Icma.az
close
up
RU
Menu

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Direktor əməkdaşdan işdən çıxmağı tələb edir?

Direktor əməkdaşdan işdən çıxmağı tələb edir?

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hicran Əyyubova kollecimizə müvəqqəti direktor təyin olunduqdan bir neçə gün sonra heç bir səbəb olmadan məndən ərizəmi yazıb işdən çıxmağımı tələb edib. Dəfələrlə işdən çıxmayacağımı bildirmişəm. O isə məni işdən çıxara bilmədiyi üçün təzyiqlərə başlayıb”. 

Bu iddialarla “Qafqazinfo”ya Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecdə dəftərxana müdiri vəzifəsində çalışan Nigar Haşımlı müraciət edib. 

Təxminən 1 ildir bu vəzifədə çalışdığını deyən N.Haşımlı bildirir ki, işlədiyi dövr ərzində kollecin əvvəlki direktoru ilə heç bir problemi olmayıb: “İşimdə hər zaman məsuliyyətli və diqqətli olmuşam. Himayəmdə iki azyaşlı körpəm var. Övladlarımın birinin 2, digərinin isə 6 yaşı var. Bu il iyulun 9-da kollecə Hicran Əyyubova 3 aylıq (müvəqqəti) direktor təyin olunduqdan sonra ilk öncə mənim maaşa olan əlavəm kəsildi. Bunun səbəbini soruşduqda, büdcədə pulun qalmadığını bildirdi. Kollecin bütün işçilərinə maaşa olan əlavə verilib. Necə ola bilər ki, əvvəlki rəhbərin dövründə büdcədə pul var idi, Hicran Əyyubova gəldikdən sonra bitdi?! Dəfələrlə əmək məzuniyyəti və ödənişsiz məzuniyyət üçün ərizə ilə müraciət etmişəm, lakin rədd cavabı almışam. Pozulan əmək hüquqlarımın bərpası üçün aidiyyəti üzrə müraciətlər etmişəm”. 

Şikayətçi deyir ki, H.Əyyubova daha əvvəl Tovuz Dövlət Sosial-İqtisadi kollecində çalışıb: “Orada həyata keçirdiyi qanunsuzluqları Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecdə də həyata keçirir. Onun şəxsi istək və arzusundan irəli gələn idarəçiliyindəki fəsadlı əməlləri, qanun pozmaları və sənəd saxtakarlıqları Tovuz Dövlət Sosial-İqtisadi kollecdəki rəhbərlik dövründə çıxan xəbərlərdən hamıya məlumdur. Tovuz kollecində rəhbərliyi dövründə etdiyi qanunsuz ixtisarlar, təhdidlər, çıxarılan müəllimlərin və işçilərin məhkəmə müraciətləri buna sübutdur. Hicran Əyyubova Tovuz kollecində fəaliyyətinin ilk aylarında yol verdiyi nöqsanlara görə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən şiddətli töhmətlə cəzalandırılıb. Lakin bu belə onun qanunsuz əməllərinə mane olmayıb. Qanunsuz əməlləri, sənəd saxtakarlıqları haqqında saysız-hesabsız məqalələr, şikayətlər olmasına baxmayaraq, yenə də vəzifə səlahiyyətlərindən sui-istifadə edir”.

İddialarla bağlı hazırda kollecin direktoru olan Hicran Əyyubova ilə əlaqə saxladıq. O bildirdi ki, hər hansı şəxsin işdən azad olunması barədə qərar qəbul edilməyib: “BDU nəzdində İqtisadiyyat və Humanitar Kolleci PHŞ-yə direktor təyin olunduqdan sonra Kollecdə audit yoxlaması aparılıb. Bir sıra nöqsanlar aşkarlanıb, onlardan biri də kadr siyasətinin düzgün aparılmaması olub. Bütün proses Elm və Təhsil Nazirliyinin nəzarətindədir. Tərəfimizdən hər hansı şəxsin işdən azad olunması barədə qərar qəbul edilməyib”. 

Məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Agentlikdən müraciətimizə cavab olaraq bildirildi ki, daxil olan bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun araşdırılır və nəticəsinə uyğun tədbirlər görülür: “Qeyd edilən iddialarla bağlı rəsmi müraciət daxil olduğu halda Agentlik araşdırma aparır. Oxşar hallarla üzləşən şəxslərin də məsələnin obyektiv həlli üçün rəsmi qaydada müraciət etməsi vacibdir”.

Lamiyə Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see331

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see327

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see320

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see319

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see282

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see220

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see218

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see216

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see206

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see203

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see187

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see179

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see176

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see171

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see161

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see156

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri