Icma.az
close
up
RU
Direktor olmaq istədi, 98 min manatı getdi (TƏFƏRRÜAT)

Direktor olmaq istədi, 98 min manatı getdi (TƏFƏRRÜAT)

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonu, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin sabiq direktor əvəzi Əzizə Abdiyevanın 98 min manatını mənimsəyən şəxslərə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, ittihama əsasən, Bakı şəhər sakini Hökümə Əliyev tanışları Hicran Süleymanova, Aydın Cəfərov, Elsəvər Usubov, Könül Əliyeva və Şahlar adlı şəxlərlə əlbir olaraq, cinayət əlaqəsinə girərək Əzizə Abdıyevanın etibarından sui-istifadə etməklə ona qarşı külli miqdarda dələduzluq ediblər.  

Elsəvər Usubov bir neçə il əvvəl dünyasını dəyişdiyi üçün istintaqa cəlb edilməsinə xitam verilib. 

Təqsirləndirilən şəxslər özlərini elm və təhsil nazirinin müavini Firudun Qurbanovun yaxın adamları kimi təqdim edərək, zərərçəkmiş şəxs Əzizə Abdiyevanın 43.000 manatını diplomun təsdiqi, 55.000 manatını isə direktor vəzifəsinə təyinatı üçün alıblar. Həmin pulları müxtəlif bəhanələrlə mənimsəyiblər. 

Aparılan araşdırma zamanı məlum olub ki, Hicran Süleymanovanın nazirliyin sabiq əməkdaşı, Aydın Cəfərovun "Gənc Alim" Mənzil İstehlak Kooperativinin İdarə Heyətinin sədri olduğu və digər təqsirləndirilən şəxslərin də müxtəlif vəzifələrdə çalışdığı bildirilib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli biliniblər. Hicran Süleymanova 5 il 6 ay, Könül Əliyeva 5 il, Aydın Cəfərov 6 il 8 ay müddətinə həbs cəzası alıbkar. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Şahlar adlı şəxsə isə təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzası ev dustağlığı ilə əvəz edilib. 

Qeyd edək ki, Əzizə Abdıyevanın atası Elbəy Abdıyev də Abşeron rayonu Məmmədli kənd tam orta məktəbinin direktorudur və rayonda tanınmış şəxslərdəndir. 

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Dekabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see303

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see288

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see265

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see261

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see256

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see249

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see247

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see245

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see229

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see222

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see213

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see212

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see209

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see208

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see207

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see206

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see204

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see188

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see173

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri