Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? Rəsmi açıqlama

Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? Rəsmi açıqlama

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sosial media hesabımda direktoru olduğum məktəbin problemləri ilə bağlı tənqidi paylaşımlarıma, həmçinin yazılı əmr olmadan təhsil müəssisəsində yoxlama aparılmasına etirazlarıma görə cəzalandırılaraq işdən çıxarılmışam. Mayın 6-sı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun imzaladığı Əmrə əsasən mənimlə müqaviləyə Əmək Məcəlləsinin “70Ç” maddəsi əsasında (işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilib”.

Bu şikayətlə “Qafqazinfo”ya Füzuli rayonu 33 nömrəli tam orta məktəbin keçmiş direktoru Mədinə Hallacova müraciət edib.

Onun sözlərinə görə, əmrdə M.Hallacovanın əmək müqaviləsi üzrə öhdəliklərinin mütəmadi pozulduğu, məktəbdə şagird davamiyyəti yoxlanılanda onun üzrsüz səbəbdən iş yerində olmadığının ortaya çıxdığı iddia edilir: “2023-cü il aprelin 11-dən həmin məktəbə direktor kimi təyinat almışam. İşdən azad edilməyim haqda əmri oxuyanda mənə məlum oldu ki, haqqımda bir neçə akt tərtib ediblər. Füzuli rayonu üzrə təhsil sektoru o aktları nə vaxt, necə tərtib edib, məlum deyil. Əgər belə aktlar olubsa, niyə sonradan çağırıb mənə bu barədə məlumat verilməyib?

Mən bütün işlərimi qayda-qanunlar çərçivəsində görmüşəm. 2024-cü il sentyabrın 27-si şəhidlərin Anım Günü ilə əlaqədar ailələri ziyarət edərkən Füzuli rayonu üzrə təhsil sektorunun əməkdaşları məktəbə gəlib və çəkiliş ediblər. Bu çəkilişə görə mən Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət etdim. Çünki heç kimin ixtiyarı yoxdur ki, gəlib bu şəkildə məktəbdə çəkiliş etsin, şantaj etsin. Onlar dedilər ki, çəkilişə icazələri var. Bununla bağlı Qarabağ Regional Təhsil İdarəsinə sorğu göndərildi”.

Mədinə Hallacova qeyd edib ki, sosial şəbəkə hesabında paylaşımlarından sonra işdən çıxarılması qətiləşdirilib: “Rəhbərlik etdiyim məktəbdə yağış yağarkən ciddi problemlər, elektrik sistemində təhlükəli vəziyyət yaranırdı. Həm bunu, həm də məktəbdəki bir sıra başqa problemləri “Facebook” hesabında paylaşaraq ictimailəşdirdim. Bu paylaşımlardan sonra işdən çıxarılmağımı qətiləşdirdilər. Mən ADA-da ixtisasartırma təhsili alıram və orada praktika günüm olmalıydı. Bir də əvvəldən 25 günlük məzuniyyətim qalmışdı. Elektron şəkildə Füzuli rayonu üzrə təhsil sektoruna məktub göndərdim ki, sabah bu məsələ ilə əlaqədar Bakıya gedirəm. Mənə problem yaradılsın deyə təhsil sektorunun müdiri məzuniyyət götürüb və elektron ərizəmə baxmayıb. Axşam saat 10-da mənə zəng olundu ki, ərizə gərək əlbəəl verilsin. Dedim ki, eybi yox, sabah işçimə deyərəm, gətirib çatdırar. Ertəsi gün isə bildirdilər ki, ərizəniz keçərsizdir. Akt tərtib etdilər ki, Mədinə Hallacova iş yerində yoxdur. Bu cür davranmaqda məqsəd sosial şəbəkələrdəki tənqidlərimə görə məni işdən çıxarmaq üçün zəmin yaratmaq idi”.

Sözügedən şəxsin iddiaları ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Füzuli rayon 33 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışan Hallacova Mədinə Məhəmməd qızı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib, Əmək Məcəlləsinin müvafiq maddəsinin, Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nın, Nazirliyin, Agentliyin və İdarənin təlimatlarının tələblərini pozub.

Nəticədə, adıçəkilən məktəbdə təlim-tərbiyə prosesi, əmək və icra intizamı pozulub, ümumi təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyib. Qeyd edilənləri nəzərə alaraq Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən adıçəkilən şəxs barəsində intizam tənbeh tədbiri tətbiq olunub və işindən azad edilib”.

Gülnar Əliyeva



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 İyun 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri