Icma.az
close
up
RU
Direktorun xəbəri olmadan heç bir müəllim pul yığımı ilə məşğul ola bilməz İlqar Orucov

Direktorun xəbəri olmadan heç bir müəllim pul yığımı ilə məşğul ola bilməz İlqar Orucov

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Məktəblərdə istər Müəllimlər Günü, istərsə də hər hansı əlamətdar günlə bağlı, yaxud belə bir gün olmasa belə, pul yığılması və ya pul tələb edilməsi birmənalı şəkildə qəbuledilməzdir. Bu, nə təhsil adına, nə də məktəb adına yaraşan hərəkət deyil".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti İlqar Orucov Beynəlxalq Müəllimlər Günü ilə bağlı yayılan səs yazılarından danışarkən bildirdi.

"Mən də açığı, bir neçə belə səs yazılarına rast gəlib dinləmişəm və onları ürək ağrısı ilə dinləmişəm. Çünki məktəb, təbii ki, tərbiyə müəssisəsidir. Bu kimi hallar uşaqların tərbiyəsinə birbaşa və mənfi təsir göstərən hallardandır", - deyə o, qeyd etdi.

Müsahibimiz əlvə etdi ki, məktəbdə işləyən müəllim və ya hər hansı rəhbər şəxs gördüyü işin müqabilində müvafiq əməkhaqqı alır:

"Müəllimlik peşəsinə isə hər zaman xüsusi hörmət və ehtiram olub. Biz daim müəllim nüfuzunun qaldırılmasının, cəmiyyətdə əvvəlki nüfuzunun bərpasının vacibliyindən danışırıq. Amma görünən odur ki, bir çox hallarda məktəblərdə baş verən bu kimi hallar həm müəllim nüfuzuna, həm də məktəbin nüfuzuna xələl gətirir. Əlbəttə ki, bu hallar qəbuledilməzdir. Belə hallara qarşı sərt tədbirlər görülməlidir. Çox vaxt bu məsələlər ictimailəşəndə “bununla bağlı bizə konkret ad və ünvan deyin” - deyə qeyd olunur. Amma insanın səsi artıq yayılıb, fakt ortadadır. Bu kimi hallar indiyə qədər neçə dəfə baş verib? Mən açığı, çox az sayda müəllim və məktəb rəhbərliyinin bu əməllərinə görə cəzalandırıldığının şahidi olmuşam. Təbii ki, məktəb rəhbərinin xəbəri olmadan heç bir müəllim orada qanunsuz pul yığımı ilə məşğul ola bilməz. Deməli, direktorun da bu işdə əli var. Əgər onun məlumatı yoxdursa, deməli, o, normal direktor deyil".

Onun sözlərinə görə, bu işlərin başında, əslində, məktəb direktorları dayanır:

"Məktəbi biznes kimi görən və bu müqəddəs peşəyə hörmət gətirməyən şəxslər təhsil sistemindən birmənalı şəkildə uzaqlaşdırılmalıdır. Düşünürəm ki, artıq bunun zamanı çoxdan çatıb. Bir daha qeyd edirəm: bu kimi hallara qarşı çox az hallarda ciddi tədbirlərin görüldüyünü müşahidə etmişəm. Halbuki kifayət qədər əsaslar var. Bəzən elə gəlir ki, əgər direktorların bu əməllərində əli varsa və onlar cəzalandırılmırlarsa, deməli, onları himayə edənlər mövcuddur. Mən açığı, bir neçə dəfə şahidi olmuşam ki, bəzi məktəb direktorları məktəbin nüfuzunu zədələyən, məktəbə şəxsi müəssisə kimi baxan, müəllimlərdən qanunsuz pul tələb edən, dərs saatlarının bölünməsi üçün rüşvət alan şəxslər olub. Onlar bu ittihamlarla üzləşsələr də, ən yaxşı halda yalnız töhmət alıblar. Amma necə ola bilər ki, belə əqidəyə malik, qanunsuzluğa yol verən insanlara yenidən məktəb etibar olunsun? Siz nə düşünürsünüz, o, islah olunacaq? Əlbəttə ki, olunmayacaq. Ona görə də bu kimi şəxslərə qarşı sərt tədbirlər vacibdir".

İlqar Orucov düşünür ki, ictimaiyyət bu məsələdə tələbkar olmalıdır:

"Elm və Təhsil Nazirliyi isə bu işdə ciddi mövqe sərgiləməlidir. Yalnız direktorları deyil, onları himayə edən şəxsləri də, əgər onlar nazirlik və ya təhsil idarəetməsi sistemindədirsə, vəzifədən uzaqlaşdırmaq lazımdır ki, bu, digərləri üçün dərs olsun. Belə hallar nə xalqımıza, nə də dövlətimizə yaraşır. Mənim fikrimcə, bu kimi əməllər təkcə xoşagəlməz hal deyil, həm də cinayətdir və eyni zamanda şagirdlərin tərbiyəsinə mənfi təsir göstərir".

Ekspertin dediyinə görə, valideynlər təhsilin əsas subyektlərindən biridir:

"Onların məktəbdə ictimai fəaliyyət göstərməsi yalnız təhsil naminə olmalıdır. Amma əksər hallarda biz başqa mənzərə görürük, məktəb rəhbərləri və sinif rəhbərləri valideyn komitələrinə elə şəxsləri cəlb edirlər ki, onların vasitəsilə bu xoşagəlməz işləri həyata keçirsinlər. Təəssüf ki, bu üsul hələ də işləkdir. Mən bir daha qeyd edirəm: valideyn komitələrinin olması faydalıdır, amma yalnız təhsil naminə fəaliyyət göstərdikdə. Onlar bu kimi qanunsuz işlərdə məktəb rəhbərliyinə və ya müəllimlərə dəstək olmamalıdırlar. Əksinə, belə hallara qarşı ən çox mübarizə aparan elə valideyn komitələrinin özləri olmalıdır".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Oktyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri