Icma.az
close
up
RU
“Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimat mərasimi keçirilib FOTOLAR

“Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimat mərasimi keçirilib FOTOLAR

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bakı Kitab Mərkəzində “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimat mərasimi keçirilib.
“Füyuzat”ın məlumatına görə, təqdimatda yazarlar, naşirlər, rəsmi şəxslər, media və ictimaiyyət nümayəndələri iştirak edib.
Toplu MİMTA Fondunun layihəsi əsasında British Petroleum (bp) şirkətinin dəstəyi ilə MİMTA Yayımlarında nəşr olunub.
Tədbiri giriş sözü ilə açan bp şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bp şirkəti müxtəlif sahələrə – təhsil, yerli icmaların inkişafı, ətraf mühitin qorunması, xalqın zəngin mədəni irsi və tarixinin tədqiqi və təbliğinə öz töhfələrini verməyə davam edir. Belə qiymətli töhfələrdən biri də məhz “Dirilik” jurnalının transliterasiyasıdır. Natiq MİMTA Fonduna layihəni uğurla başa çatdırdığı üçün təşəkkür edərək bildirib ki, Azərbaycan milli mətbuatının 150 illiyinə hədiyyə olaraq bp-nin dəstək verdiyi bu nəşr milli mətbuatın tarixi və müasir ənənələrinə, cəmiyyətdə zəngin məfkurənin formalaşmasındakı və xalqın mənəvi inkişafındakı roluna verdiyi yüksək dəyərin ifadəsidir.
Daha sonra layihənin müəllifi, MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov çıxış edərək bildirib: “Fondumuzun əsas qayələrindən biri irsimizi bərpa və təbliğ etməkdən ibarətdir. Bu il 20 illiyi tamam olan MİMTA Fondu fəalliyyət göstərdiyi bu müddət ərzində bir çox layihələrə imza atıb. Bunlardan biri də mətbuat irsimizin bərpası və transliterasiya sahəsində görülən işlərdir. Fondumuzun transliterasiya işində böyük təcrübəsi var. Daha öncə Azərbaycanda ilk qadın mətbuatı olmuş “İşıq” qəzetinin saylarını da transliterasiya edərək toplu şəklində yayımlamışdıq. Həmçinin MİMTA Fondu ictimai fikir tariximizdə mühüm yeri olan “Füyuzat” jurnalını və “İşıq” qəzetini də dərgi formatında ilk nəşrindən 100 il sonra bərpa edib. “Dirilik” məcmuəsinin transliterasiyası ilə bağlı tədqiqatı öz imkanlarımız hesabına aparmışıq və gərgin fəaliyyət nəticəsində bu toplunu hazırlamışıq. Bundan sonra da bənzər istiqamətdə layihələrimiz olacaq. bp şirkətinə toplunun çapına verdiyi dəstəyə görə təşəkkür edirəm”.
Daha sonra çıxış edənlər – Mətbuat Şurasının sədri Rəşad Məcid, akademik Nizami Cəfərov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, millət vəkili Ceyhun Məmmədov, Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir və başqaları “Dirilik” jurnalının Azərbaycanda milli məfkurənin formalaşmasındakı rolundan danışıb, transliterasiya toplusunu yüksək qiymətləndirərək milli mətbuatın 150 illiyinə qiymətli töhfə olduğunu bildiriblər.
Qeyd edək ki, toplu XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və ədəbi həyatında mühüm rol oynamış mətbuat orqanlarından “Dirilik” jurnalının transliterasiya olunmuş saylarını əhatə edir. 1914–1916-cı illərdə nəşr olunan, ümumilikdə 28 sayı işıq üzü görmüş jurnal Azərbaycanda milli kimlik və maarifçilik ideyalarının daşıyıcısı kimi fəaliyyət göstərib. “Dirilik” məcmuəsi dövrün aparıcı fikir tribunalarından biri olmaqla yanaşı, həmçinin Azərbaycan xalqının milli özünüdərk prosesinə nəzəri və ideoloji əsaslar bəxş edib.
“Dirilik” məcmuəsinin transliterasiya toplusunun rəyçisi və ön sözün müəllifi Mətbuat Şurasının sədri Rəşad Məcid, akademik məsləhətçisi isə f.e.d., professor Nizami Cəfərov, redaktoru Əsəd Aslanoğludur. Transliterasiya toplusu MİMTA Fondunun tərcümə və nəşriyyat şöbəsinin əməkdaşları – Muxtar Cəfərli, Vüqar Mirzə və Əsəd Aslanoğlu tərəfindən transliterasiya edilib.
Toplu XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi mühiti, milli fikrin təşəkkül dövrünü araşdıran tədqiqatçılar, ümumilikdə ötən əsrin ilkin onilliklərinə aid mətbuat və ədəbiyyat tarixi ilə maraqlananlar üçün qiymətli mənbədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 İyul 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri