Icma.az
close
up
RU
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? Zərbə almamısınızsa, diqqətli olun

Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? Zərbə almamısınızsa, diqqətli olun

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Dırnaqlarımızda gözlənilmədən yaranan rəng dəyişiklikləri, kiçik ləkələr və ya qəribə xətlər düşündüyümüzdən daha ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Bir çoxumuz bunu "yəqin ki, bir yerə çırpmışam" və ya "vitamin çatışmazlığıdır" deyərək keçib gedirik, lakin mütəxəssislər bu yanaşmanın çox yanlış olduğunu vurğulayırlar.

Milli.Az xəbər verir ki,  dırnaqlarımızın əsas funksiyası barmaq uclarını qorumaqla yanaşı, bədənimizdə gedən ciddi proseslərdən də xəbər verməkdir. Vitamin və mineral çatışmazlığı dırnaqları zəiflədərək qırılmasına səbəb ola bilər, lakin bəzi dəyişikliklər daha təhlükəli xəstəliklərin "həyəcan təbili"dir.

Zərbə almadan dəyişiklik baş veribsə, diqqətli olun!
Dırnağınızda qara və ya qəhvəyi rəngli bir xətt və ya ləkə görmüsünüzsə, özünüzə bu sualı verin: "Mən yaxın zamanda bu barmağımı bir yerə vurmuşam?"

Əgər cavab "xeyr"dirsə və heç bir travma (qapı arasında qalması, ağır əşya düşməsi və s.) almamısınızsa, bu ləkələr aşağıdakı üç ehtimaldan birini göstərə bilər:

Dırnaq yatağında yaranan xoşxassəli bir xal.

Səbəbi bəlli olmayan kiçik dırnaqaltı qanamalar.

Malign Melanom: Həyati təhlükə yaradan, sürətlə irəliləyən bir növ dəri xərçəngi.

Dırnağın altında sonradan yaranan tünd rəngli xətlər və ləkələr, xüsusilə də dəri xərçənginin (melanomun) tipik əlamətidir. Bu xərçəng növü olduqca aqressivdir və gecikdirildikdə bədənin digər orqanlarına yayıla bilər. Lakin vaxtında aşkarlanarsa, müalicə şansı olduqca yüksəkdir.

Aşağıdakı hallardan birini belə müşahidə etsəniz, dərhal dermatoloqa (dəri həkimi) müraciət edin:

Heç bir zərbə almadığınız halda dırnağınızda qara, qəhvəyi ləkələr və ya boyuna uzanan xətlər yaranıbsa.

Bu ləkə və ya xətlərin rəngi zamanla tündləşirsə və ya genişlənirsə.

Dırnağın ətrafındakı dəriyə doğru rəng qaralması yayılırsa.

Dırnağınızdakı kiçik bir rəng dəyişikliyi, bəlkə də həyatınızı qurtaracaq ən vacib erkən xəbərdarlıq ola bilər. İhmal etməyin!

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 İyun 2026 04:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri