Diş fırçalayarkən suyu boş yerə axıdırıq Deputat
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, su kranını açıq qoyub gedirik, bağlamağı unuduruq:
"Diş fırçalayarkən suyu boş yerə axıdırıq. Maşın və həyət yuyarkən ehtiyacdan artıq su sərf edirik. Sızan kranı isə günlərlə təmir etdirmirik. Amma sayğac gələndə davranışımız dəyişir. Çünki artıq hər litr suyun hesabını görürük. Suyun neçə kubmetr sərf edildiyini bilirik və daha diqqətli oluruq. Bəs suyun sayğacı olmasaydı, yenə də qənaət edərdikmi? Əsl məsuliyyət suyun pulunu ödəməkdən deyil, onun dəyərini anlamaqdan başlayır. Çünki suya qənaət etməyimizin səbəbi yalnız hesabın çox gəlməsi olmamalıdır.
Bir tərəfdə insanlar bir damla su axtarır, digər tərəfdə isə tonlarla suyu düşünmədən israf edirik. Suyun qiyməti sayğacda görünür, amma əsl dəyəri həyatdadır. Bu gün bir kranı bağlamaq, sızan borunu təmir etdirmək, ehtiyacdan artıq su istifadə etməmək kiçik addım kimi görünə bilər. Amma böyük israf da məhz kiçik səhlənkarlıqlardan başlayır. Suyu puluna görə deyil, həyatımıza görə qoruyaq. Çünki bu gün israf etdiyimiz su sabah ən böyük ehtiyacımıza çevrilə bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 20 Avqust 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















