Icma.az
close
up
RU
“Divanı lüğətit türk”ün Bakı nəşri NyuYorkda

“Divanı lüğətit türk”ün Bakı nəşri NyuYorkda

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Nyu-Yorkdakı Türk Evində Mahmud Kaşğarinin “Divanı lüğət-it türk” əsərinin 86 il sonra tapılmış, repressiya qurbanı, özbək əsilli türkoloq Xalid Səid Xocayevə məxsus latın qrafikalı ilk əlyazmasının nəşrinin təqdimatı və sərgisi keçirilib.

Bu təqdimatı əsərin 950 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərdən fərqləndirən ən əsas məqam Xalid Səid Xocayevin yadigarı – Kanadada yaşayan nəvəsi Əfruz Məmmədovanın ailəsi ilə birgə məclisdə iştirak etməsi olub. Təqdimatda, həmçinin Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin, Türk Amerikan Yönləndirmə Komitəsinin (TACS) üzvləri və digər türk ölkələrinin nümayəndələri iştirak ediblər.

Layihə rəhbərinin UNESCO Elektoral qrupunun eksperti, Dünya Dilləri Atlası layihəsinin koordinatoru, AMEA Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva olduğu və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin xüsusi dəstəyi ilə keçirilən təqdimatda əvvəlcə “Divan”ın tarixinə həsr olunmuş video göstərilib. Sonra nəşrin “Ön söz” müəllifi – AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Türk aləmində rezonans yaradan bu böyük tapıntı barədə danışıb.

Tədbirdə Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, AMEA Dilçilik İnstitutunun direktoru, Türk Dil Qurumunun fəxri üzvü, professor Nadir Məmmədli, Türk Mədəniyyəti və İrsi Fondunun 1-ci katibi Leyla Həsənova, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Özbəkistan Milli Elmlər Akademiyasının vitse-prezidenti, professor Bəhrəm Abdulxalimov, Xalid Səid Xocayevin nəvəsi Əfruz Məmmədova, tədqiqatçı-jurnalist, Azərbaycan folklorşünası, publisist, AMEA Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamil, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun şöbə müdiri Almaz Ülvi Binnətova və BDU-nun professoru Yeganə İsmayılova çıxış ediblər.

Təqdimatda Xalid Səid Xocayevin həyatı, yaradıcılığı, ailəsi haqqında qısametrajlı film və sərgi də nümayiş olunub. Sərgidə kitabın elmi redaktorunun Türk Dil Qurumunun rəhbəri, professor Osman Mertin olduğu, professor Nadir Məmmədlinin rəhbərliyi ilə hazırlanaraq, çap olunmuş yeni nəşri, Xalid Səid Xocayevin arxivi – “Keçmiş günlər”, “Müxtəsər üslubiyyat” və s. elmi-publisistik əsərlərinin siyahısı, özü yazdığı tərcümeyi-halı, ailə fotoları, görkəmli türkoloqdan bəhs edən kitablar yer alıb.

Ə.ƏLİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Noyabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see286

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see275

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see253

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see249

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see241

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see236

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see235

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see223

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see211

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see210

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see210

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see207

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see202

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see186

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see165

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri