Icma.az
close
up
RU
“Divanü lüğatittürk”ün 950 illiyi UNESCO çərçivəsində qeyd olunacaq

“Divanü lüğatittürk”ün 950 illiyi UNESCO çərçivəsində qeyd olunacaq

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Parisdə dekabrın 13-də UNESCO-nun mənzil-qərargahında “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk”ün 950-ci ildönümü” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Moderator.az xəbər verir ki, Mahmud Kaşğarinin Türk dünyasının ən qiymətli kitablarından biri olan məşhur “Divanü lüğat-it-türk”ün 950 illiyi UNESCO çərçivəsində qeyd olunacaq. Türk dillərinin ilk ensiklopedik lüğəti olan "Divanü lüğat-it-türk" UNESCO-nun 2024-2025-ci illərdə qeyd olunacaq yubileylər siyahısına daxil edilib.

İstanbul Millət Kitabxanasında qorunan və yeganə nüsxənin son səhifəsində qeyd edilən məlumatlara əsasən, Mahmud Kaşğari bu şah əsəri 1072-ci ildə yazmağa başlayıb və 1074-cü ildə tamamlayıb. Müxtəlif mənbələrdə qeyd edilir ki, Kaşğarlı bu əsərini dövrün türk hökmdarı Sultan Məhəmməd Alp Arslana təqdim etmək niyyətində idi. Lakin Alp Arslanın şəhid edilməsi səbəbilə əsər 1075-1095-ci illərdə Bağdadda hökmranlıq etmiş Abbasi xəlifəsi Məhəmməd əl-Muqtədi bi-əmrillaha təqdim olunub.

Bu əsər Mahmud Kaşğari tərəfindən ərəblərə türkçəni öyrətmək və türk dilinin ərəb dilindən daha zəngin olduğunu göstərmək məqsədilə yazılmış ilk türk dili lüğəti kimi qəbul edilir. Mahmud Kaşğari bu əsəri yazarkən XI əsrdəki türk bölgələrini bir-bir gəzmiş və əsərini bilavasitə özü tərəfindən toplanmış dil materiallarına əsasən hazırlamışdır. Bununla yanaşı, bu əsər yalnız bir lüğət deyil, türk dilinin XI əsrdəki xüsusiyyətlərini əks etdirən, fonetik və morfoloji bilgilərə işıq salan bir qrammatika kitabıdır. Əsər, həmçinin türk boylarının, şəxslərin və yer adlarının mənbəyi olmaqla yanaşı, türk tarixi, coğrafiyası, mifologiyası, folkloru və xalq ədəbiyyatı haqqında zəngin məlumatları ehtiva edir. Bundan başqa, o dövrün tibb və müalicə üsulları haqqında məlumat verən ensiklopedik bir əsər kimi də diqqət çəkir.

Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələrək əsərin tarixi, dilçilik və mədəni əhəmiyyətini müzakirə edəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri