Icma.az
close
up
RU
Diyetoloq: Kökəlmək üçün dərman preparatları qəbul etmək təhlükəlidir

Diyetoloq: Kökəlmək üçün dərman preparatları qəbul etmək təhlükəlidir

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çəkisini azaltmaq istəyənlərlə yanaşı onu artırmaq arzusunda olanlar da var.

Diyetoloqların köməyi ilə kökəlməyə çalışanların sayı artsa da, bunu ev şəraitində kor-koranə şəkildə edənlər də tapılır.

Diyetoloq Ləman Süleymanovanın AZƏRTAC-a verdiyi məlumata görə, bədən çəkisini özbaşına artırmaq istəyənlər bəzən ciddi xəstəliklərə tutulur və ya hədsiz dərəcədə kökəlirlər. O, həmin prosesin nəzarət altında və xüsusi proqramla aparılmalı olduğunu bildirib: "Çox vaxt çəki artırmaq üçün müxtəlif preparatlar qəbul edir, iynə vurdururlar. Xüsusilə yeniyetməlik dövründə belə üsullardan istifadə etmək yolverilməzdir. Bu, ciddi hormonal pozuntuya səbəb ola bilər. Bir qədər yaşlı xanımlarda isə bu növ qaydalara əməl edilməməsi ginekoloji və mədə-bağırsaq problemlərinə, hətta xərçəng xəstəliyinə səbəb ola bilər".

Onun dediyinə görə, sağlamlığında heç bir problem olmayan, fəal həyat tərzi keçirən uşaq və yeniyetmənin arıqlığına görə narahat olmaq əbəsdir: "Belə olduqda çəki artırmaq üçün sadəcə qida rasionuna diqqət yetirmək lazımdır. Əsasən immunitetin bərpası baxımından gündə üç-dörd dəfə qidalanmaq, mövsümi meyvə-tərəvəzlər yemək, infeksiyalardan qorunmaq vacibdir. Bunun üçün ət məhsulları və C vitamini ilə zəngin sitrus meyvələrinə üstünlük verilməlidir. Vitamin, zülal və karbohidrat balansı normal çəkinin təminatıdır".

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 06:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see430

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see315

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see311

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see308

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see305

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see303

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see303

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see298

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see297

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see279

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see266

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see265

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see264

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see263

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see258

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see258

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see256

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see255

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see255

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see253
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri