Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Dizel yanacağı bütün dünyada bir nömrədir, eləcə də Azərbaycanda da uzun illərdir, satılır. Sürücülər uzun illlərdir ki, dizel mühərrikli avtomobillərdən istifadə edirlər. Mənim də ikinci nəqliyyat vasitəm dizel mühərrikli avtomobildir və bu barədə şikayət eşitməmişəm, görməmişəm. Avtomobil satış salonlarında alıcıya dizel və ya benzin almaq kimi seçim təklifi edilə bilər, alıcı isə seçimində sərbəstdir”.
KONKRET.az xəbər verir ki, bunu Pravda.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.
Ekspert qeyd edib ki, nəqliyyat vasitələrində istifadə olunan dizelin növ çeşidləri olmur, yanlız bir növdə olur: “Dizel bütün dünya üzrə eynidir, markalanmır. Elə eyni avtomobil modelləri var ki, onun həm benzinlə, həm də dizellə işləyən versiyası var. Dizellə işləyən həmin avtomobilin motor gücü, digər benzinlə işləyən növündən daha yüksək olması söhbəti ola bilər. Əks halda benzin dizeldən güclüdür və ya əksinə deyə bir məsələ yoxdur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 20 Avqust 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















