Icma.az
close
up
RU
Dizlərim niyə ağrıyır?

Dizlərim niyə ağrıyır?

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Bir çox insanlar dizlərdə olan ağrılarla üzləşir.

Bəzi hallarda bu ağrılar çox təhlükəli xəstəliklərin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər dizlərinizdə ağrılar tez-tez təkrarlanırsa, buna laqeyd yanaşmayın və həkimə müraciət edin. Dizlərdə olan ağrılarla (ağrıların səbəbindən asılı olaraq) revmatoloq, travmatoloq və ortoped    məşğul olur.

Beləliklə, dizlərdə olan ağrıların səbəbləri:

1. Diz oynağın artroz xəstəliyi (qonartroz).

2. Menisklərin zədələnməsi (meniskopatiya).

3. Oynağın iltihabı (artrit).

4. Bud-çanaq oynağın artroz xəstəliyi (koksartroz).

5. Diz oynaqlarda qan dövranın pozulmaları.

6. Diz vətərlərin iltihabı.

- Diz oynağın artroz xəstəliyi dizdə olan ağrıların ən yayılmış səbəblərdən biridir. Adətən artroz 40 yaşından yuxarı olan insanlarda inkişaf edir. Artroz həm bir, həm də hər iki oynağı zədələyə bilir.

Xəstəlik asta-asta bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir. Əvvəllər dizdə olan ağrılar çox zəif ifadə olunur və yalnız insan uzun müddət ərzində gəzdikdən sonra əmələ gəlir. Vaxt keçdikcə ağrılar güclənir, hətta çox az müddət ərzində gəzdikdən sonra əmələ gəlir. Stuldan qalxmaq, pilləkənlə qalxmaq və ya düşmək xəstə üçün  xüsusilə çətin olur. Lakin dinc vəziyyətdə dizlər, demək olar, ağrımır və xəstə gecə saatlarında ağrıdan oyanmır.

Xəstəliyin növbəti mərhələsində ağrılarla yanaşı dizdə xırtıltı səsi əmələ gəlir və oynaq deformasiya olunur (öz normal formasını dəyişir). Qonartrozun bütün əlamətləri (ağrı, oynağın deformasiyası) illər keçdikcə daha da ağırlaşır, xəstə çətinliklə gəzir, köməksiz stuldan dura bilmir və s.

- Menisklərin zədələnməsi də dizdə olan ağrıların yayılmış səbəblərdən biridir. Menisk oynağın içərisində olan və amortizator rolunu oynayan qığırdaqdır. Meniskin zədələnməsi hər yaş dövründə ola bilər. Əksər hallarda 1 oyaq zədələnir.

Meniskin zədələnməsi travma nəticəsində olur. Qonartrozla müqayisədə meniskopatiya  çox tez inkişaf edir. Bir çox hallarda bunun sədəbi yerimə, hoppanma, qaçma zamanı baş verən uğursuz hərəkətdir. Meniskopatiya idmançılarda daha tez-tez inkişaf edir.

Zədələnmə zamanı insan dizdə xırtıltı səsi eşidir və kəskin ağrı hiss edir. Ağrı o dərəcədə güclü olur ki, insan hətta addım ata bilmir. Bəzən 10-15 dəqiqədən sonra ağrı azalır və xəstə hərəkət edə bilir. Lakin ertəsi gün və ya bir gündən sonra oynaq şişə bilər. Bu zaman meniskin zədələnməsinin xarakterli əlaməti meydana çıxır. Dizdə iynə sancması hissi yaranır, bəzi xəstələr şikayət edir ki, onlarda belə hiss yaranır ki, "dizə mıx çalınıb" və ya "diz sanki indi sınacaq".

Xəstəliyin kəskin dövrü 2-3 həftə çəkir, daha sonra xəstənin vəziyyəti yüngülləşir. Düzgün müalicə olunmadan xəstəlik illərlə davam edir - ağrılar gah yox olur, gah da yenə əmələ gəlir. Kəskinləşmə adətən güclü fiziki gərginlikdən, uğursuz hərəkətdən sonra inkişaf edir.

Qonartrozla müqayisədə meniskopatiya zamanı oynaq adətən deformasiya olunmur, Lakin bəzi hallarda meniskin zədələnməsi artrozun inkişafına səbəb olur.

- Artrit da diz ağrıların səbəbi ola bilər. Artrit hər yaş dövründə inkişaf edə bilər, lakin əksər hallarda xəstəlik cavan yaşlarda başlayır. Artrit zamanı həm bir, həm də hər iki oynaq iltihablaşa bilər. Artritin bir neçə növü var.

Artrit tez inkişaf edir (1-3 gün ərzində). Oynaq ödemləşir və şişir. Artritin ən xarakterik simptomu gecə ağrılarıdır (təxminən gecə saat 3-4 radələrində). Ağrılar o dərəcədə güclü olur ki, insan ağrıdan yuxudan oyanır. Gecə saatlarında insan yatanda ağrı gündüz saatlarla müqayisədə insan aktiv olanda, gəzəndə və s. hərəkətlər edəndə, daha güclü olur. Vəziyyətin dəyişməsi, soyuq, isti ağrını azaltmır. Yalnız xüsusi iltihabəleyhinə preparatların qəbulu ağrını azaldır.

Artroz və meniskopatiya zamanı isə, əksinə olaraq, ağrılar insanı gecə saatlarında narahat etmir, əksinə gecə saatlarında ağrılar azalır və ya heç olmur. Nadir hallarda bu xəstəliklər zamanı da ağrılar gecə saatlarında əmələ gələ bilər (xəstə yuxuda çevirdikdə və ya xəstə ayaq narahat vəziyyətdə olduqda). Lakin ayağın vəziyyətini dəyişildikdən sonra ağrılar tez keçir.

Artritin, demək olar, bütün növləri bir yox, bir neçə oynağın iltihabına səbəb olur (diz oynaqlardan əlavə ayaq və əl barmaqları oynaqları, dirsək, baldır-pəncə oynaqları da zədələnir).

- Nadir hallarda olsa da bud-çanaq oynağın artrozu (koksartroz) dizlərdə yaranan ağrılara səbəb ola bilir. Bu halda ağrı "əks olunmuş" xarakter daşıyır. Bu zaman diz oynaqların hərəkətliliyi pozulmur, diz oynaqları şişmir, deformasiya olunmur.

- Qan dövranın pozulması da dizlərdə ağrılara səbəb ola bilər. Adətən belə ağrılar insanda yeniyetmə dövründə ilk dəfə əmələ gəlir. Məsələ burasındadır ki, bu zaman orqanizm sürətlə inkişaf edir və bəzən sümüklərin böyüməsi damarların inkişafını çox qabaqlayır. Nəticədə isə pozulma yaranır.

Belə ağrılar ilk dəfə əmələ gəldikdən sonra insanın ömrünün sonuna kimi saxlanıla bilir. 18-20 yaşından sonra ağrılar azalır (məsələn, artrozda isə, əksinə olaraq, illər keçdikcə ağrılar daha da artır).

Qan dövranın pozulması ilə bağlı olan diz ağrıları diz oynağının hərəkətliliyini pozmur.

Ağrılar hər iki dizdə hiss olunur. Belə ağrıların yaranmasına havanın dəyişilməsi, soyuq, soyuqlama, fiziki gərginliklər səbəb ola bilər. Əksər hallarda belə ağrılar xüsusi isidici məlhəmlərin sürtülməsi, masaj (və ya özü-özünü masaj) və xüsusi damarları genişləndirən preparatların qəbulundan sonra keçir. Belə hal heç bir xüsusi müalicəni  tələb etmir.

- Diz vətərlərin iltihabı dizlərdə ağrılara səbəb ola bilər. Bu xəstəlik adətən 40 yaşından yuxarı olan qadınlarda daha tez-tez inkişaf edir. Ağrılar adətən qadın pilləkənlə düşdükdə, ağır çantaları daşıdıqda əmələ gəlir. Düz səthdə gəzdikdə ağrılar çox nadir hallarda olur.

Ağrı bütün dizi əhatə etmir, dizin içəri səthində hiss olunur. Artrozdan, artritdə, meniskospatiyadan fərqli olaraq, bu zaman oynağın hərəkətliliyi pozulmur, dizin forması dəyişilmir, diz şişmir, deformasiya olunmur.

Ümumillikdə diz oynaqları insan bədənində ən zəif oynaqlardan biri sayılır. Bu səbəbdən onları imkan daxilində qorumaq lazımdır.

Mənbə: http://www.evdokimenko.ru

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri