Icma.az
close
up
RU
Doğmaları itkin düşmüş, yaralanmış, işgəncələrə məruz qalmış şəxslər səbəbkarları ittiham edirlər

Doğmaları itkin düşmüş, yaralanmış, işgəncələrə məruz qalmış şəxslər səbəbkarları ittiham edirlər

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 8-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs Lənkəran Cəfərli 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ağdam rayonunun Çəmənli kəndində mülki əhalinin təxliyəsi ilə məşğul olarkən Ermənistan silahlı qüvvələrinin atdığı mərminin partlaması nəticəsində xəsarət aldığını bildirib. 

Şəmsi Kazımlı ifadəsində Vətən müharibəsi zamanı oktyabrın 19-da Hadrutda iki güllə yarası aldığını bildirib. Zərərçəkmiş şəxs 2021-ci ilin mayın 12-də Azərbaycan-Ermənistan şərti sərhədində, Laçın rayonunda, Gorus-Sisyan istiqamətində ona küt alətlə xəsarət yetirildiyini deyib. 

Azad Axundov da özündən əvvəl ifadə vermiş Ş.Kazımlının dediklərinə oxşar ifadə verib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs 2021-ci il mayın 12-də Azərbaycan-Ermənistan şərti sərhədində silahın qundağı ilə vurulması nəticəsində xəsarət aldığını söyləyib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran Ranil Abdullayev ifadəsində Vətən müharibəsi zamanı, oktyabrın 21-də Suqovuşanda minaatan mərmisinin partlaması nəticəsində yaralandığını bildirib.

Zərərçəkmiş şəxs Elvin Kərimovun hüquqi varisi - Niyaz Kərimov ifadəsində qardaşının Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olduğunu deyib.

Zərərçəkmiş şəxs İdris Mirzəyev 1994-cü ilin aprel ayında Tərtər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. Əsirlik zamanı döyülüb, işgəncələrə məruz qalıb, o cümlədən başında butulka sındırılıb. Aldığı xəsarətlər nəticəsində onurğa sütunu zədələnib, bu səbəbdən axsayır.

Həbib Əliyev 1992-ci ildə Laçında həqiqi hərbi xidmətdə olarkən, döyüşlər zamanı yaralanması nəticəsində əsir götürüldüyünü söyləyib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş şəxs bildirib ki, yaralı vəziyyətdə döyülüb, işgəncələrə məruz qalıb. Əsir əsgər yoldaşı gözləri qarşısında yandırılıb. Həbib Əliyev əsirliyinin 1 il 8 ayını zirzəmidə saxlanılıb. 1995-ci il mayın 8-də əsirlikdən azad olunub.

Mahir Əbilov 2021-ci ilin noyabr ayında Laçın rayonunun Güləbird kəndində “Azərişıq” ASC-nin əməkdaşı qismində çalışarkən mina partlayışı nəticəsində xəsarət aldığını bildirib.

Diləfruz Ələkbərova ifadəsində 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunun İsmayılbəyli kəndini işğal etməsi nəticəsində ailə üzvləri ilə birlikdə məcburi köçkün düşdüyünü bildirib. Onların bütün mülkləri həmin vaxt işğal edilmiş ərazilərdə qalıb.

Tovuz Cəlilova ifadəsində həyat yoldaşı Bədirxan Cəlilovun 1994-cü il aprelin 17-də Ağdam rayonunun Güllücə kəndində döyüşlər zamanı itkin düşdüyünü bildirib.

Gülizar Salahova ifadəsində övladı Salahov Valeh Vaqif oğlunun 1994-cü il yanvarın 10-da Füzuli rayonunun Əbdürrəhmanlı kəndində döyüşlər zamanı itkin düşdüyünü söyləyib.

Rasim Bağırov ailə üzvləri ilə birlikdə Xankəndidən məcburi köçkün düşdüyünü deyib.

Ofeliya Almuradova ifadəsində Ermənistan silahlı qüvvələrinin Zəngilan rayonunu işğal etməsi nəticəsində 6 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə məcburi köçkün düşdüyünü bildirib. Qardaşı yaralanıb, əmisi oğlu itkin düşüb.

Zərərçəkmiş şəxs Cəfərov Emin Xeyrulla oğlunun hüquqi varisi Zümrüd Əbdülrəhimova ifadəsində qardaşının 1993-cü il dekabrın 26-da Füzuli rayonunda gedən döyüşlərdə şəhid olduğunu söyləyib.

Mahir Ağayev ifadəsində 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin açdığı artilleriya atəşi nəticəsində Füzuli rayonunda yaşadığı ikimərtəbəli evin dağıldığını, bir müddət sonra isə işğal səbəbindən məcburi köçkün düşdüyünü bildirib.

Gəncəli Kərimov 1992-ci ilin may ayında Laçın rayonunun Xanalılar kəndindən məcburi köçkün düşdüyünü bildirib. O deyib ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri kənddə evləri talan edərək yandırıblar.

Sevinc Əsgərova 1993-cü ildə Zəngilan rayonunun Mincivan kəndindən məcburi köçkün düşdüklərini bildirib. O deyib ki, həmin vaxt Araz çayı vasitəsilə İrana keçiblər.

Həbib İmanlı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə, Xocalı soyqırımı zamanı atasının və babasının həlak olduğunu bildirib.

Sevindik Əliyev ifadəsində deyib ki, yaşadığı Füzuli rayonunun Aybasanlı kəndinin 1993-cü il mayın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən top atəşinə tutulması nəticəsində anası Sitarə Əliyeva həlak olub. Bir müddət sonra isə məcburi köçkün düşüb.

Zərərçəkmiş şəxslər - Tahir Nəcməddinov, Firudin Yaqubov, Rasim Şükürov. Mübariz Zülfüqarov. Eldar Əsgərov, Azər Sadıqov, Əhməd Əhmədov, İradə Məmmədova, Rövşən Niftalızadə, Qəzənfər Abbaszadə və Şahsuvar Abbasov ifadələrində Ermənistan silahlı qüvvələrinin müxtəlif tarixlərdə təxribatları, hücumları nəticəsində zərər çəkdiklərini bildiriblər.

Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, o cümlədən Levon Mnatsakanyanın, David Manukyanın, David Babayanın, Davit İşxanyanın, təqsirləndirilənlərin müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi avqustun 11-də davam etdiriləcək.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Avqust 2025 06:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri