“Doğru sözə nə deyərlər?” Ərdoğan Trampın şəxsi ilə bağlı fikirlərinə münasibət bildirib AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
“Bizim müxalifətdən başqa hamı Türkiyənin gücünün fərqindədir”.
“AzPolitika” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trampın şəxsi ilə bağlı dediyi müsbət fikirlərə münasibət bildirərkən deyib.
Trampın sözlərinin onun və administrasiyasının önümüzdəki aylarda formalaşdıracağı Türkiyə baxışını ümumiləşdirdiyini vurğulayan Ərdoğan deyib:“Əslində bəzi şeylərdən xəbərdardırlar, amma həqiqəti deməyə öyrəşmədikləri üçün faktları təhrif edirlər. Türkiyənin diplomatiyada artan gücü haqqında beynəlxalq beyin mərkəzlərindən tutmuş mediaya qədər hamı yazır. Biz də bu gücün fərqindəyik. Dərdimiz millətimizədaha yaxşı şəkildə xidmət etmək, torpaqlarımızı qorumaq, ölkəmizi inkişaf etdirməkdir”.
“Cənab Tramp situasiya qiymətləndirməsi etməklə əslində ölkəmizin gücünü və effektivliyini vurğulayır. Doğru sözə nə deyərlər? Qiymətləndirmələr yerindədir. Həqiqətən də aramızda heç bir problem yoxdur. İndiyə kimi onun seçildiyi andan görüşlərimiz olub. Cənab Tramp praqmatik siyasətçidir. O, ölkəsi və müttəfiqləri üçün xərclər yaradan siyasətləri dəyişdirmək vizyonuna malikdir”,-deyə Ərdoğan qeyd edib.
Xatırladaq ki, ABŞ-nin yeni prezidenti Donald Tramp Suriyadakı son hadisələri dəyərləndirərkən Türkiyənin əhəmiyyətli bir güc olduğunu, prezident Rəcəb Tayyib Ərdoğanla yaxşı anlaşdığını və ağıllı bir insan olduğunu bildirib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 20 Dekabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















