Icma.az
close
up
RU
Doğrudanmı, dünyanı yalanın caynağından xilas etmək olar?!

Doğrudanmı, dünyanı yalanın caynağından xilas etmək olar?!

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Oldos Haksli deyir: "Tibb o qədər inkişaf etdi ki, artıq heç birimiz sağlam deyilik".

Texnologiya o qədər inkişaf etdi ki, artıq heç birimiz azad deyilik.

Mütəxəssislərin proqnozlarına görə, 2045-ci ildə süni intellekt (Sİ) hər şeyi bizim əvəzimizdən edəcək.

Supreme Nanobiotics LTD şirkətində ixracat departamentinin direktoru işləyən Müşfiq Hüseynov öz sosial media hesabında bu haqda maraqlı paylaşım edib. Onun yazdığına görə, yapon alimləri yeni Sİ yaradıblar. Həmin "proqram insanın göz bəbəyinin hərəkətini analiz edərək, 96% dəqiqliklə yalan danışıb, danışmamağını təyin edə bilir".

Təkcə elə bu icad insanlar arasında münasibətlərdə inqilabi dəyişiklik yarada bilər. Təsəvvür edin, insanlar bir-birinə yalan danışmasa, necə bir dünya qurmaq olar. Dünyada, xüsusilə, rüşvətxorluğun, korrupsiyanın, büdcə talanının tüğyan etdiyi ölkələrdə çox şey yalan üzərində qurulub. Adamlar dövlət rəhbərinə mədhiyyə deyə-deyə, normal insanı da diktatora çevirirlər. Mədhiyyə nədir? Əlbəttə, yalan. Yaxud dövlət məmurları yağlı tenderləri saxta sənədlərlə öz yaxın adamlarının (özlərinin) şirkətlərinə ötürür, büdcəni talayırlar. Bu da yalanın qələbəsi deməkdir. Yalanı aradan qaldırmaq mümkün olsa, tenderdə həmin şirkət qalib gələ bilməz. Yalan ortadan qalxsa, heç bir məmur öz qohumunu daha hazırlıqlı kadr kimi qabağa itələyə bilməz. İşə, yaxud dərsə gecikənlər yalandan bəhanə uydura bilməyəcək. Qohumlar bir-birindən borca, yaxud kömək istəyəndə, bir-birinə yalandan "sən öl" vura bilməyəcək. Ən başlıcası, insanlar bir-birinə yalandan: "Sevirəm" deyə bilməyəcək.

Müşfiq Hüseynov belə bir proqnozu da paylaşıb: "Dil bilmək və öyrənmək tarixə qovuşacaq. Qulağınıza taxılmış xüsusi çiplərlə dünyanın istənilən dilinə ani və sinxron tərcümə ediləcək".

Belə olsa, bir şirkətə SV göndərəndə, gənc kadrlardan rus, ingilis, ...moltanı dilini bilməyi tələb edən olmayacaq. Hər kəs hər dili biləcək, öyrənmədiyi dildən istifadə edə biləcək.

Sİ ilə bağlı başqa çox proqnozlar var. Onları da başqa yazılarda şərh edərik.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 İyul 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri