Icma.az
close
up
RU
Doğulmağın və ölməyin qadağan olduğu vahiməli şəhər

Doğulmağın və ölməyin qadağan olduğu vahiməli şəhər

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Baku TV-də Svalbard adası haqqında araşdırma materialı yayımlanıb.

Şimal Buzlu okeanda yerləşən bu arxipelaqın digər adı Şpitsbergendir. Svalbard həm də "Qiyamət günü" anbarının olduğu şəhərdir. Nuh peyğəmbərlə bağlı əfsanəyə əsasən, dünyanın ən şimal şəhərində "Qiyamət günü" anbarı tikmək fikri ortaya çıxıb. 1983-cü ildən başlayaraq norveçli mütəxəssislər "Qlobal Toxum Anbarı" layihəsini həyata keçirərək Nuhun tufanından sonrakı həyatı davam etdirən addımı təkrarlayıblar.

Şpitsbergen adasında, buzlaqlar arasındakı iri bir dağın 130 metr altında - mağarada inşa edilən və 9 milyon dollara başa gələn Svalbard Qlobal Toxum Anbarı 2008-ci ilin mart ayından fəaliyyət göstərir. Divarları atom bombasına qarşı davamlı olan anbarda, qlobal istiləşmə və dağıdıcı fəlakətlər baş verəcəyi halda bəşəriyyətin məhv olmaması üçün dünyanın hər bir guşəsindən gətirilən 4 milyon müxtəlif bitki toxumu saxlanılır.

Bu şəhər haqqında maraqlı məqamlardan biri də Svalbardda övlad dünyaya gətirməyin mümkün olmamasıdır. Çünki buradakı xəstəxana doğum üçün nəzərdə tutulmayıb. Belə bir hal qaçılmaz olarsa, ananı helikopterlə Tromsö şəhərinə aparırlar. Həmçinin Svalbardda dünyasını dəyişənləri də torpağa vermirlər. Səbəb isə odur ki, torpaq buzlaqlardan ibarətdir. İnsanlar burada dəfn olunsalar belə, şaxta torpağın altında olan hər şeyi üzə çıxaracaq. Buna görə də dünyasını dəyişənləri adadan aparırlar.

Ürəyi istəyən hər kəs Svalbardda gəlib yaşaya və işləyə bilər. Bunun üçün Şengen vizası almaq kifayətdir. 2020-ci ilin siyahıyaalınmasına görə, burada 2 939 nəfər yaşayır. Svalbardda hər kəs qonaqdır. Müxtəlif millətlərin nümayəndələri bir yerdə yaşayır və bundan razıdırlar. Adətən özünü axtaran, bu dünyadakı yerini, həyatın mənasını anlamaqda çətinlik çəkənlər Svalbarda üz tuturlar.

Ətraflı süjetdə:

Doğulmağın və ölməyin qadağan olduğu vahiməli şəhər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Yanvar 2025 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri