Icma.az
close
up
RU
Doğulmağın və ölməyin qadağan olduğu vahiməli ŞƏHƏR

Doğulmağın və ölməyin qadağan olduğu vahiməli ŞƏHƏR

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Baku TV-də Svalbard adası haqqında araşdırma materialı yayımlanıb.

Milli.Az bildirir ki, Şimal Buzlu okeanda yerləşən bu arxipelaqın digər adı Şpitsbergendir. Svalbard həm də "Qiyamət günü" anbarının olduğu şəhərdir. Nuh peyğəmbərlə bağlı əfsanəyə əsasən, dünyanın ən şimal şəhərində "Qiyamət günü" anbarı tikmək fikri ortaya çıxıb. 1983-cü ildən başlayaraq norveçli mütəxəssislər "Qlobal Toxum Anbarı" layihəsini həyata keçirərək Nuhun tufanından sonrakı həyatı davam etdirən addımı təkrarlayıblar.

Şpitsbergen adasında, buzlaqlar arasındakı iri bir dağın 130 metr altında - mağarada inşa edilən və 9 milyon dollara başa gələn Svalbard Qlobal Toxum Anbarı 2008-ci ilin mart ayından fəaliyyət göstərir. Divarları atom bombasına qarşı davamlı olan anbarda, qlobal istiləşmə və dağıdıcı fəlakətlər baş verəcəyi halda bəşəriyyətin məhv olmaması üçün dünyanın hər bir guşəsindən gətirilən 4 milyon müxtəlif bitki toxumu saxlanılır.

Bu şəhər haqqında maraqlı məqamlardan biri də Svalbardda övlad dünyaya gətirməyin mümkün olmamasıdır. Çünki buradakı xəstəxana doğum üçün nəzərdə tutulmayıb. Belə bir hal qaçılmaz olarsa, ananı helikopterlə Tromsö şəhərinə aparırlar. Həmçinin Svalbardda dünyasını dəyişənləri də torpağa vermirlər. Səbəb isə odur ki, torpaq buzlaqlardan ibarətdir. İnsanlar burada dəfn olunsalar belə, şaxta torpağın altında olan hər şeyi üzə çıxaracaq. Buna görə də dünyasını dəyişənləri adadan aparırlar.

Ürəyi istəyən hər kəs Svalbardda gəlib yaşaya və işləyə bilər. Bunun üçün Şengen vizası almaq kifayətdir. 2020-ci ilin siyahıyaalınmasına görə, burada 2 939 nəfər yaşayır. Svalbardda hər kəs qonaqdır. Müxtəlif millətlərin nümayəndələri bir yerdə yaşayır və bundan razıdırlar. Adətən özünü axtaran, bu dünyadakı yerini, həyatın mənasını anlamaqda çətinlik çəkənlər Svalbarda üz tuturlar.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Yanvar 2025 06:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri