Icma.az
close
up
RU
“Doğuş üsulunun müəyyən edilməsində ananın sağlamlıq vəziyyəti...” MÜSAHİBƏ

“Doğuş üsulunun müəyyən edilməsində ananın sağlamlıq vəziyyəti...” MÜSAHİBƏ

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Tuğraxanım Əlinağıyeva Nazirliyin saytına müsahibə verib.

Bakıvaxtı.az müsahibəni təqdim edir:

- Doktor, ilk öncə bilmək istərdik ki, hansı halda doğuşun təbii üsulla olmasına icazə verilir?

- Doğuşun təbii üsulla olması bir çox qadın üçün təhlükəsiz və sağlam bir seçim hesab olunur. Əgər qadın fizioloji hamiləlik keçiribsə, onun və körpəsinin sağlamlığı ilə bağlı həkim tərəfindən təyin edilmiş təhlükəli və riskli bir durum yoxdursa, bu zaman hamiləliyi təbii doğuş yolu ilə başa çatdırmaq ən düzgün qərardır. Bununla belə, əgər ana və dölün həyatı ilə bağlı hansısa bir riskli vəziyyət yarandığı təqdirdə, bu zaman ən uyğun olan doğuş üsulunun seçilməsi yalnız həkim tərəfindən tibbi göstərişlər əsasında aparılır. Bəzən belə vəziyyətdə qeysəriyyə əməliyyatına qərar verilir.

- Normal doğuşun üstünlükləri hansılardır?

- Normal doğuşun həm ana, həm körpə üçün bir sıra üstünlükləri mövcuddur. Belə ki, bu, ana üçün ən təhlükəsiz doğuş üsulu hesab olunur. Normal doğuş orqanizm tərəfindən idarə olunan təbii bir prosesdir və ümumiyyətlə daha az invazivdir. Nəticədə, o, daha az fəsadlara səbəb olur. Qeysəriyyə əməliyyatı ilə müqayisədə infeksiya, qanaxma və qonşu orqan zədələnməsi kimi fəsadlar normal doğuşda daha az müşahidə olunur. Təbii doğuş sonrası analar adətən tez sağalır, normal həyat fəaliyyətlərinə daha tez qayıda və körpəsinə özləri qulluq edə bilirlər.
Vaginal yolla doğuş edən anaların bərpa müddəti adətən 6-8 həftə, qeysəriyyə əməliyyatı zamanı isə 12 həftəyə qədər çəkə bilər. Doğuş sırasında oksitosin kimi hormonların ifrazı və doğumdan dərhal sonra körpənin erkən döşə qoyması laktasiyanın daha tez və effektiv stimulyasiyasına kömək edir. Bundan başqa, təbii doğuş edən qadınlar növbəti hamiləliyini planlamaqda hansısa bir zaman limiti olmur.
Bundan əlavə, normal doğuş üsuluyla dünyaya gələn körpələrdə tənəffüs problemlərinə daha az rast gəlinir. Körpə təbii yolla dünyaya gələndə onun dərisi, gözlərinin və ağzının selikli qişası ananın doğuş yolunda olan mikroblarla kontaktda olur. Nəticədə, orqanizm üçün vacib olan mikroblarla ilkin tanışlıq baş tutur. Bu vəziyyət körpənin immunitet sisteminin inkişafını təmin edir. Həmçinin, təbii doğuş zamanı körpənin organizmində stres hormonları ifraz olunur. Bunun sayəsində körpələr xarici mühitə daha rahat adaptasiya olur. Körpə doğulduqdan dərhal sonra ananın qarnı/döşü üzərinə qoyularaq “dəri-dəriyə təmas” yaradılır. Bu isə öz növbəsində yenidoğulmuşun bədən tempraturunun saxlanılmasını, istilik zəncirinin qorunmasını, ana ilə körpə arasında sağlam psixoloji və emosional təmasın yaranmasını təmin edir.

- Normal doğuş hamiləliyin neçənci həftələrində başlaya bilər?

- Hamiləliyin orta müddəti son aybaşı tarixinin ilk günündən hesablanan 280 gün və ya 40 həftədir. Lakin hər orqanizm bənzərsiz və individual olduğundan, müxtəlif qadınlarda mayalanma tsiklin fərqli günlərinə təsadüf edə bilər. Ona görə də, hamiləliyin müddəti 37-ci həftədən 41 həftə +6 günə kimi ola bilər. Bu zaman baş verən doğuşlar normal vaxtında doğuş hesab edilir. Belə ki, uyğun olaraq 37-ci həftədən öncə baş verən doğuşlar vaxtından əvvəl, 42-ci həftə tamamından artıq davam edən hamiləliklər isə vaxtı ötmüş hamiləlik hesab olunur.

- Normal doğuşun xəbərdaredici əlamətləri hansılardır?

- Orqanizm doğuşa hələ bir neçə həftə qalmış hazırlaşmağa başladığından, yaxınlaşan doğuşun ilk əlamətlərini diqqətli ana hələ hamiləliyin 36-37-ci həftələrində hiss edə bilər. Doğuşun yaxınlaşdığını göstərən əlamətlərdən biri qarının aşağı düşməsidir. Gələcək körpəniz doğum üçün ən rahat mövqeyə keçir. Dölün başı kiçik çanağa endiyi üçün uşaqlıq dibinin hündürlüyü azalır, buna bağlı olaraq qarının azacıq aşağı düşdüyünü hiss edilir. Adətən ilk dəfə uşaq doğan qadınlarda qarın hamiləliyin 36-38-ci həftəsində, təkrar doğum keçirənlərdə isə bu doğuşdan bir neçə gün əvvəl və ya artıq doğum fəaliyyətinin başlaması ilə baş verir. Qarının aşağı düşdüyü zaman qadın daha asan nəfəs almağa başlayır, sinə və qarın arasında ovucunu yerləşdirə bilir, sidik kisəsinə təzyiq artır və tez tez sidiyə çıxma halları qeyd olunur. Mədə qıcqırması artıq daha az-az baş verir və ya ümumiyyətlə keçib gedir.
Doğuşun digər xəbərdaredici əlaməti uşaqlıq boynundan selikli tıxacın xaric olmasıdır. Selikli tıxac bütün hamiləlik dövrü ərzində uşaqlıq boynunun kanalında yerləşən, onu mikroblardan qoruyan qatı selik yığınıdır. Doğuşun yaxınlaşması ilə bağlı uşaqlıq boynunda gedən dəyişikliklər nəticəsində doğum fəaliyyətinin başlamasından bir neçə gün qabaq selikli tıxac xaric olur.
Daha bir baş verən dəyişiklik ananın bədən çəkisinin azalmasıdır. Qadın hamiləliyin bütün dövrü ərzində çəkidə artmağa davam edir və doğuş anınadək 11-13 kq-dək çəki toplaya bilər. Doğuşa bir neçə gün qalmış qadın çəki artımının dayandığını və hətta 1-1,5 kq “arıqladığını” hiss edə bilər. Bu, şişkinliyin çəkilməsi və dölyanı maye miqdarında azalma hesabına baş verir.
Yaxınlaşan doğuşun müjdəçilərindən biri də yalançı sancılarının baş verməsidir. Brekston Hiks yığılmaları adlanan yalançı, məşq sancıları artıq hamiləliyinin 32-ci həftəsindən başlayır və doğuşdan əvvəlki günlərdə daha tez-tez baş verir. Belə sancı zamanı uşaqlıq əzəzləsinin yığılmasına bağlı qarın sanki daşlaşır, bel nahiyəsində və qarının aşağı hissəsində sızıldayan ağrılar müşahidə olunur. Məşq sancılarının əsl sancılardan əsas fərqi ondan ibarətdir ki, onlar müntəzəm deyil və bədənin vəziyyətini dəyişəndə keçirlər. Lakin hamilə qadına yadda saxlamaq lazımdır ki, bir gün məşq sancıları həqiqi sancılara keçə bilər. Buna görə də onları diqqətlə izləmək lazımdır.
Doğuş zamanının yaxınlaşdığını göstərən digər bir əlamət doğuşa bir neçə gün qalmış hamilə qadında “Yuva qurma” instinktinin yaranmasıdır. Bu instinktin yaranmasına bağlı olaraq hamiləliyin son dövrlərində hamilə qadınları əldən salan güclü yorğunluq gözlənilmədən ev təmizləmə işlərinin aparılması istəyinə çevrilə bilər. Əgər körpə ilə görüşə hazırlaşmaq istəyirsinizsə bu normaldır, lakin çalışın ki, həddindən artıq taqətdən düşməyəsiniz, çünki yaxın günlərdə çoxlu güc tələb edən doğum gözləyir.

- Təbii doğuşdan sonra bədənin bərpa prosesi nə qədər çəkir?

- Doğuşdan sonra 6-8 həftə müddətində zahılıq dönəmi adlandırdığımız bir bərpa dövrü başlayır. Bu dönəmdə hamiləlik və doğum ərəfəsində qadın oqranizmində yaranmış bir çox dəyişikliklər geriyə dönür. Dəyişikliklər əsasən cinsiyyət orqanları, süd vəzlərində, endokrin sistemdə, ürək qan damar sistemində, maddələr mübadiləsində və orqanizmin digər sistemlərində baş verir.

- Hansı hallarda qeysəriyyə əməliyyatı göstərişdir?

- Doğuş üsulunun müəyyən edilməsində ananın sağlamlıq vəziyyəti və həkimin tövsiyələri nəzərə alınır. Qeysəriyyə əməliyyatı qanaxma, infeksion, anestezioloji, koaqulopatik risklər daşıyan böyük bir əməliyyatdır. Lakin müəyyən hallarda ana və ya körpənin sağlamlığını qorumaq üçün bu üsulla doğuş əvəzedilməz hesab olunur.
Təbii doğuş üçün maneə olan səbəblər arasında ən çox görüləni dölün ana bətnində qeyri-düzgün vəziyyətləri, doğuş yollarında dölün irəliləməsinə maneə olacaq səbəblərin olması, anamnezdə uşaqlıq üzərində keçirilmiş hər hansı əməliyyatların varlığı, ciftin yerləşmə anomaliyaları,çoxdollü hamiləliklər və s səbəblərdir. Bundan başqa, ana və döl tərəfdən olan riskli durumlar (döldə inkişaf qusuru, hipoksiya, inkişaf ləngiməsi, anada hansısa ektragenital xəstəliyin olması, uzunmüddətli sonsuzluq, anamnezdə perinatal ölüm və ya ağır dərəcəli perinatal xəstəliklərin olması və s.) hamiləliyi cərrahi yolla sonlandırmağa əsas verir.
Bu və digər səbəblərin təyin edilməsi və doğuşa hazırlaşan hamilələrə dair təbii doğuş, yoxsa qeysəriyyə qərarının verilməsi üçün ana namizədləri mütəmadi olaraq ginekoloq müayinəsində olmalıdırlar. Unutmamalıyıq ki, hər hamiləlik unikaldır, ən yaxşı doğuş üsulu hamiləliyin xüsusi şərtlərini, ana və körpənin sağlamlığı nəzərə alınmaqla müəyyənləşdiriləndir.
Bütün verilən qərarlar ana və körpənin sağlamlığına yönəldilməlidir. Çünki mama-ginekoloqların əsas amalı və devizi “Sağlam ana - sağlam körpədir!”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 İyul 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see749

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see325

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see261

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see180

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see179

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see173

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see146

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see131

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see126

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see125

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri