Azərbaycanın çoxtərəfli diplomatiyası: yeni siyasi və iqtisadi imkanlar
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Azərbaycan-Sudan və Azərbaycan-Türkmənistan arasında keçirilən siyasi məsləhətləşmələr fonunda Bakının çoxtərəfli diplomatiya xəttinin real nəticələri daha aydın görünür. Bu təmasların Azərbaycanın həm siyasi mövqelərinə, həm də iqtisadi imkanlarına nə qazandırdığı, eləcə də regional rəqabət mühitinə necə təsir göstərdiyi diqqət mərkəzindədir.
Politoloq Tural İrfan Bakıvaxtı.az-a açıqlamasında Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi önəmin ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan müvafiq ölkələrlə əlaqələrini ardıcıl şəkildə genişləndirir və bu siyasət keçmiş Qarabağ münaqişəsinin həlli prosesində də ciddi təsirə malik olub.
Tural İrfan qeyd edib ki, Türk və ərəb ölkələri ilə yanaşı, Türkmənistanla da siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə münasibətlər inkişaf edir. Bu istiqamətdə aktual məsələlər mütəmadi müzakirə olunur, dövlət və hökumət başçıları səviyyəsində görüşlər, eləcə də hökumətlərarası nümayəndə heyətlərinin qarşılıqlı səfərləri davamlı xarakter daşıyır. Politoloqun fikrincə, ali və yüksək səviyyəli təmaslara verilən xüsusi diqqət iki ölkə arasında münasibətlərin daha sıx və etibarlı şəkildə davam etməsinə şərait yaradır:
"Azərbaycan və Türkmənistan arasında mədəni-humanitar əlaqələrin inkişafı da önəmli istiqamətlərdəndir. Bu il Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin planlaşdırıldığını xatırladan Tural İrfan din, dil, soy yaxınlığı, ortaq mədəni və tarixi dəyərlərin ölkələri daha da yaxınlaşdıran əsas amillər olduğunu diqqətə çatdırıb.
Azərbaycan ərəb və Afrika ölkələri ilə də siyasi-diplomatik, humanitar və mədəni sahələrdə əlaqələrini genişləndirir. Sudan-Azərbaycan münasibətləri də bu kontekstdə inkişaf edən əlaqələr sırasındadır. Onun sözlərinə görə, ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, həmçinin regionda mövcud vəziyyət və təhlükəsizlik məsələləri xarici işlər nazirləri səviyyəsində müzakirə olunub. Bu münasibətlərin inkişafında siyasi dialoq hər iki dövlət üçün xüsusi əhəmiyyət daşıyır".

Tural İrfan: Azərbaycan ərəb və Afrika ölkələri ilə də əlaqlərini genişlədirir
Ekspert hesab edir ki, çoxtərəfli diplomatiya siyasəti sayəsində əldə olunan uğurlar eyni xəttin gələcəkdə də davam etdirilməsini zəruri edir. Bu yanaşma Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirir, siyasi üstünlüklərini artırır və ölkəyə yeni iqtisadi platformalara çıxış imkanları yaradır. Politoloqun fikrincə, qarşılıqlı anlaşmaya əsaslanan münasibətlər ticari əlaqələrin genişlənməsinə və iqtisadiyyatın daha sürətli inkişafına şərait yaradır.
Müsahibimiz əlavə edib ki, həm dünyada, həm də regionda rəqabət təbii haldır, lakin Azərbaycanın həyata keçirdiyi siyasət regional rəqabətdə üstünlüyü təmin etməklə yanaşı, gərginlik yaratmır və balanslı xarakter daşıyır. Güclənən beynəlxalq münasibətlərin gələcək illərdə ölkəyə həm siyasi, həm də iqtisadi baxımdan daha böyük faydalar qazandıracağı gözlənilir.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 14 Yanvar 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















