Icma.az
close
up
RU
Doğuşayardım Komissiyası: Son illər hamilələr arasında xəstələnmə göstəriciləri çox artıb

Doğuşayardım Komissiyası: Son illər hamilələr arasında xəstələnmə göstəriciləri çox artıb

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ana ölümlərində azalma müşahidə olunur

Azərbaycanda son illərin statistik göstəricilərə nəzər salsaq görərik ki, ana ölümləri ilə bağlı azalma tendensiyası var.

Bunu APA-ya müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri, Sumqayıt Tibb Mərkəzinin direktor müavini, Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli deyib.

Statistika hələ də hədəflərdən uzaq olduğumuzu göstərir

"2023-cü ildə 33, 2024-cü ildə isə 29 ana ölümü qeydə alınıb. Lakin dövlətimizin sosial-iqtisadi inkişaf strategiyasında qarşıya qoyulan hədəflərdən çox uzağıq. Bunun üçün doğuşayardım xidmətində bir çox iş görülməlidir", - o, əlavə edib.

Son illər hamilələr arasında xəstələnmə göstəriciləri çox artıb

Doğuşayardım Komissiyasının sədri hamilələr arasında xəstələnmə göstəricilərinin çoxaldığını deyib:

"Dövlət Statistika Komitəsinin rəqəmlərinə istinadən deyə bilərəm ki, son illər hamilələr arasında xəstələnmə göstəriciləri çox artıb. Onlarda ürək, qan-damar sistemi xəstəlikləri, tənəffüs pozuntusu, karbohidrat mübadilə pozğunluğu, endokrin pozğunluq xəstəlikləri müşahidə olunur. Bunlar da təbii ki, analoji olaraq ana ölümləri statistikasına öz təsirini göstərir".

Doğuşayardım Komissiyası həkim səhvlərini araşdırır

Təranə Rəcəbli, eyni zamanda, doğuş zamanı ölüm halları ilə əlaqədar olaraq həkim səhlənkarlığı məsələsinə də toxunub:

"Biz Doğuşayardım Komissiyasında həkim səhvlərini araşdırırıq. Həkim səhlənkarlığı ilə hüquq-mühafizə orqanları məşğul olur. Həkim səhvi bütün sahələrdə olduğu kimi, bu doğuşayardım xidmətində də olur və birbaşa insan sağlamlığına təsir etdiyi üçün cəmiyyətdə birmənalı qarşılanmır.

Həkim səhlənkarlığı hüquq-mühafizə orqanlarının diqqətindədir

Bütün tibb müəssisələrində çalışan mütəxəssislərimizin vəzifə borcuna dair 70 nömrəli əmrimiz var. Bu vəzifə borcunun pozulması həkim səhlənkarlığı sayılır. Bununla da hüquq-mühafizə orqanları məşğul olur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Aprel 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see887

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see334

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see306

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see304

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see212

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see195

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see193

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see189

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see181

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see167

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see166

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see166

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see163

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see160

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see159

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see138

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri