Icma.az
close
up
RU
İqtisadi və diplomatik əməkdaşlığın yeni mərhələsi

İqtisadi və diplomatik əməkdaşlığın yeni mərhələsi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın xarici siyasət kursunda müsəlman ölkələri ilə əlaqələrin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Ölkəmiz hər zaman İslam dünyası ilə əməkdaşlığın gücləndirilməsinə töhfə vermiş, qarşılıqlı anlaşma və birlik mövqeyindən çıxış etmişdir. Təsadüfi deyil ki, Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında formalaşmış münasibətlər qarşılıqlı hörmətə və konstruktiv dialoqa əsaslanır. Mövcud  mədəni və mənəvi yaxınlıq bu əməkdaşlığın dərinləşməsini şərtləndirən əsas amillərdəndir. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər də məhz bu siyasətin məntiqi davamı idi. 

Milli Məclisin deputatı Rəşad Mahmudov  bildirib ki, səfər çərçivəsində aparılan müzakirələr ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəlməsinə zəmin yaratdı.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən yüksək səviyyədə qəbul olunması, eləcə də liderlərin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənədin imzalanması Azərbaycan–BƏƏ münasibətlərinin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi.

R.Mahmudov vurğulayıb ki, Prezidentlərin Əbu-Dabidə təşkil olunan “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləməsi göstərdi ki, bu təlimlərin əsas məqsədi sülhün və təhlükəsizliyin təmin olunmasıdır. Təlimlərdə müxtəlif hərbi birləşmələrin koordinasiyası və qarşılıqlı əməliyyat bacarıqları nümayiş etdirildi. Bu da regional stabilliyin möhkəmləndirilməsi və qarşıya çıxa biləcək təhlükələrə qarşı birgə hazırlığın göstəricisi oldu. Bununla yanaşı Əbu-Dabidə Prezident İlham Əliyevin Nikol Paşinyan ilə geniş tərkibdə görüşü mühüm əhəmiyyət kəsb etdi. Tərəflər sülh gündəliyini müzakirə edərək regionda sabitliyin təmin edilməsi, qarşılıqlı etimadın artırılması və uzunmüddətli əməkdaşlıq perspektivlərini nəzərdən keçirdilər. Bu görüş həmçinin inkişaf və gələcəkdə birgə layihələrin təşviqi baxımından xüsusi əhəmiyyət daşıdı. 

Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri və keçirilən görüşlər göstərdi ki, Azərbaycan İslam əməkdaşlığına böyük önəm verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, səfər zamanı aparılan görüşlər iki ölkə arasında iqtisadi və investisiya sahələrində əməkdaşlığın inkişafına şərait yaratdı. 

Eyni zamanda bu səfər iqtisadi və diplomatik əməkdaşlığın yeni mərhələsinin başlanğıcı oldu. Həmçinin, Azərbaycan-İslam əməkdaşlığının möhkəmləndirilməsi və regionda sabitliyin təmin olunmasına verdiyi önəmin bariz göstəricisi kimi yadda qaldı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Fevral 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri