Icma.az
close
up
RU
Doğuşda kliniki ölüm keçirən qadın xilas edildi, körpəsi öldü YENİLƏNİB

Doğuşda kliniki ölüm keçirən qadın xilas edildi, körpəsi öldü YENİLƏNİB

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Ağdamda doğuş zamanı kliniki ölüm keçirən qadın Bakıdakı xəstəxanalardan birinə yerləşdiriləcək.

"Hurriyyet.az" "Report"a istinadla xəbər verir ki, Fatimə Yusifovanın vəziyyəti nəzərə alınaraq onun paytaxtda fəaliyyət göstərən xəstəxanalardan birinə köçürülməsi qərara alınıb. 

Hazırda F.Yusifovanın təcili tibbi yardım avtomobili ilə paytaxta göndərilməsi prosesi həyata keçirlir.

***

Ağdamda dölün ana bətnində tələf olmasının ilkin səbəbi açıqlanıb.

TƏBİB-dən bildirilib ki, bu gün saat 10:30 radələrində 2004-cü il təvəllüdlü şəxs hamiləliyin 41-ci həftəsinin doğuş sancıları ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, ona təkdöllü spontan doğuş, hamiləliyin sonunda döl başının tibbi yardım göstərilməsini tələb edən yüksək duruşu, döl qişalarının vaxtından əvvəl cırılması diaqnozları təyin olunub.

Məlumata görə, müraciət zamanı qadının səhhətinin ağırlaşması səbəbindən saat 11:10 radələrində Cərrahiyyə blokuna yerləşdirilib. Zəruri instrumental-diaqnostik müayinələrə baxmayaraq, vətəndaşın kliniki ölüm halı qeydə alınıb.

Həkimlərin çoxsaylı müdaxiləsi sayəsində qadının həyatı xilas edilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Ölü doğulan körpənin meyiti təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

***

Ağdamda doğuş vaxtı kliniki ölüm keçirən 24 yaşlı qadın xilas edilib, bətnindəki körpə isə ölüb.

"Hurriyyet.Az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Doğuş üçün əməliyyat otağına götürülən 2004-cü il təvəllüdlü Fatimə Məzahir qızı Yusifovanın halı anidən pisləşib və əməliyyat masasında kliniki ölüm keçirib.

Həkimlər onun həyatını xilas etmək üçün CPR-dan (“Cardiopulmonary Resuscitation” – ürəyin qapalı masajı) istifadə edib. Lakin nəticə olmadığı üçün o, defibrilyasiya edilərək həyata geri qaytarılıb. Körpənin həyatını isə xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Aprel 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see358

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see190

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see147

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see137

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see127

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see116

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri