Icma.az
close
up
RU
Doğuşun süni stimulyasiyasının təhlükələri

Doğuşun süni stimulyasiyasının təhlükələri

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Doğuş vaxtı gələndə qadının orqanizmində müəyyən mexanizmlər işə salınır, hormonlar, bioloji aktiv maddələr ifraz olunur ki, bütün bunlar qadına körpəni dünyaya gətirməkdə kömək edir.

Nənələrimizdən biz dəfələrlə eşidirdik ki, onlar özləri və həmçinin onların anaları, nənələri və s. evdə, hətta tarlada, həkimsiz, dərmansız uşaq dünyaya gətirirdilər. Bu əsil həqiqətdir. Əksər hallarda qadınlara doğuş zamanı heç bir tibbi müdaxilə lazım deyil.

Lakin hal hazırda biz daha tez-tez eşidirik ki, doğuş zamanı stimulyasiyadan istifadə olunur. Doğuşun stimulyasiyası nə deməkdir? Stimulyasiya zamanı qadının orqanizminə (vaginal şamlar, damardaxili inyeksiyalar, həblər şəklində) xüsusi dərman preparatları yeridilir ki, bu preparatlar doğuş fəaliyyətinin başlanmasına təkan verir, doğuş prosesini sürətləndirir. İlk baxışdan burada pis bir şey yoxdur. Lakin bu yanlış fikirdir.

Doğuşun stimulyasiyası heç də ziyansız deyil. Bu təbii doğuş prosesinə olan müdaxilədir. Stimulyasiya körpədə oksigen çatışmazlığına səbəb ola bilər ki, bu uşağın sağlamlığı üçün ziyanlıdır.

Digər tərəfdən süni şəkildə yaradılmış doğuş sancıları təbii doğuş sancılardan daha ağrılıdır. Bunu stimulyasiyadan keçmiş qadınların əksəriyyəti təsdiq edə bilər. Doğuş zamanı qadının qanına xüsusi təbii ağrısızlaşdıran maddələr ifraz olunur ki, qadın hətta güclü doğuş ağrısına dözə bilir. Lakin doğuş prosesinə olan müdaxilə (stimulyasiya) bu incə mexanizmləri pozur və doğuş daha ağrılı keçir. Bəzən ağrılar o dərəcədə güclü olur ki, həkimlər doğuş zamanı epidural anesteziyadan istifadə etmək məcbur olurlar. Anestetiklər isə həm qadın, həm də körpə üçün heç də ziyansız deyil.

Bəzən stimulyasiya heç bir effekt vermir. Bəzən isə hiperstimulyasiyaya səbəb olur ki, bunun nəticəsində uşaqlıq hətta yırtıla bilər.

Bütün bu səbəblərə görə doğuşun stimulyasiyasından yalnız buna ciddi səbəblər  yarandıqda istifadə olunmalıdır. Həkim 100% əmin olmalıdır ki, stimulyasiya həqiqətən zəruridir və körpə məhz indi və məhz bu üsulla dunyaya gəlməlidir.

1. İlk növbədə stimulyasiya gecikmiş doğuşlarda istifadə oluna bilər. Normal hamiləliyin müddəti 40 həftə sayılır. Uşaqların əksəriyyəti 38-41 həftələr arası doğulur. Əgər hamiləliyin 41-ci həftəsi tamam olubsa, lakin doğuş fəaliyyəti yoxdursa, bu halda həkimlər doğuşun stimulyasiyasını tətbiq edə bilərlər. Daha çox ana bətnində qalmaq uşaq üçün ziyanlıdır. Cift qocalır və öz fəaliyyətini tam yerinə yetirə bilmir, uşağa oksigen və qidalı maddələr lazım olan miqdarlarda çatmır, uşaqda xroniki oksigen çatışmazlığı inkişaf edə bilər ki, bu onun sağlamlığı və hətta həyatı üçün təhlükəlidir.

Dölün vəziyyətindən asılı olaraq stimulyasiya hamiləliyin 40-cı həftəsində də tətbiq oluna bilər.

2. Qadında olan və onun özünün və körpəsinin sağlamlığı üçün təhlükəli olan bəzi xəstəliklər və pozulmalar, döldə olan bəzi pozulmalar doğuşun hətta 38-ci həftəsində stimulyasiyası üçün səbəb ola bilər.

3. Bəzən qadında dölyanı sular açılır, lakin doğuş fəaliyyəti (doğuş sancıları) başlamır. Əgər bu halda doğuş fəaliyyəti 12 saat ərzində başlamazsa, qadına doğuşun stimulyasiyası təyin olunur.

4. Bəzən doğuş fəaliyyəti zəif olduqda, uşaqlıq boynu açılmadıqda, doğuş sancıları azaldıqda, qadın doğuş zamanı çox yorulduqda da stimulyasiya tətbiq oluna bilər.

Stimulyasiyanın müxtəlif üsulları mövcuddur. Dərman preparatların arasında bu məqsədlə bu kimi preparatlardan istifadə olunur:

- Prostaqlandinlər. Bu fizioloji aktiv maddələr orqanizm tərəfindən ifraz olunur. Doğuş zamanı onlar uşaqlıq boynunu yumşaldır və açır. Süni sintez olunmuş prostaqlandinlər preparatları qadına şam və ya gel formasında vaqinaya yeridilir. Bir neçə saatdan sonra doğuş sancıları başlayır. Lakin bəzən bu baş vermir və həkimlər təkrar bu preparatdan istifadə edir və ya digər stimulyasiya üsullarına müraciət edirlər.

- Oksitosin. Bu süni şəkildə sintez olunmuş təbii oksitosin hormonunun analoqudur. Oksitosin doğuş zamanı qadının orqanizmində hazırlanır və uşaqlığın yığılmasını təmin edir.

Doğuşun stimulyasiyası məqsədi ilə süni oksitosin damardaxili sistem şəklində qadının orqanizminə yeridilir. Yüksək dozada orqanizmə düşdükdə oksitosin körpədə oksigen çatışmazlığına və hiperstimulyasiyaya səbəb ola bilər. Bu səbəbdən oksitosin həkimin nəzarəti altında yeridilir və bu zaman körpənin vəziyyətinə (ürək döyüntüsü və s.) ciddi nəzarət edilir.

- Antihestagenlər (mifepriston və s.). Hal hazırda doğuşun stimulyasiyası üçün mama-ginekoloqlar süni sintez olunmuş antihestagenləri (həblər şəklində) istifadə edirlər. Bu həblər doğuş fəaliyyətin inkişaflna təkan verir, uşaqlıq boynunun yetişməsini və açılmasını sürətləndirir.

Bütün tibbi prosedurlarda olduğu kimi doğuşun stimulyasiyasının da müəyyən əks-göstərişləri var. Məsələn, əgər qadının uşaqlığında (Qeysəriyyə kəsiyi və digər cərrahiyyə əməliyyatlardan sorna) çapıqlar varsa, bu doğuşun stimulyasiyası üçün əks-göstəriş sayılır. Bu zaman hiperstimulyasiya uşaqlığın yırtılmasına səbəb ola bilər. Dölün uşaqlıqda düzgün olmayan yerləşməsi (köndələn və s.), gölün vəziyyətində olan bəzi pozulmalar, qadında olan bəzi xəstəliklər və patologiyalar, istifadə olunan preparatlara qarşı fərdi dözümsüzlük və s. stimulyasiyanın tətbiq edilməsi üçün əks-göstəriş sayılır.

Mənbə: www.mama66.ru

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri