Icma.az
close
up
RU
Doha Forumunun son günündə humanitar fəaliyyət, rəqəmsal idarəetmə və beynəlxalq əməkdaşlıq mövzuları müzakirə edilib AZƏRTAC

Doha Forumunun son günündə humanitar fəaliyyət, rəqəmsal idarəetmə və beynəlxalq əməkdaşlıq mövzuları müzakirə edilib AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Qahirə, 8 dekabr, AZƏRTAC

Qətərdə “İnnovasiyanın zəruriliyi” mövzusunda 22-ci Beynəlxalq Doha Forumu bu gün işini yekunlaşdırıb.

AZƏRTAC Qətərin informasiya agentliyinə istinadla xəbər verir ki, dekabrın 7-də başlanan forumun son günündə humanitar fəaliyyət, rəqəmsal idarəetmə və beynəlxalq əməkdaşlıq mövzuları müzakirə edilib. Qlobal sistemin üzləşdiyi çətinliklər, onun böhranlara və qlobal problemlərə reaksiyasını gücləndirmək üçün istifadə edilə biləcək mexanizmlər və vasitələr müzakirə mövzularından olub.

"Seçki ilindən sonra mümkün tərəqqi" adlı sessiyada natiqlər 2024-cü ildə hökumətlərdəki dəyişikliklərin beynəlxalq münasibətlərə və qlobal böhranlara cavab perspektivlərinə təsiri barədə danışıblar. Çıxışlarda beynəlxalq sistemin bir çox böhranlar və qlobal problemlərlə mübarizədə uğursuz olduğu bildirilib, qlobal sistemin gücünü artırmaq üçün yeni yanaşmaların və digər təsirli tərəflərin iştirakının vacibliyi vurğulanıb.

Builki forumun açılış mərasimində Qətər Dövlətinin, Seneqal, Dominikan, Namibiya, Bosniya-Herseqovina, Qazaxıstan, Ruanda və Mərkəzi Afrika respublikalarının dövlət başçıları, ümumilikdə 150-dən çox ölkədən 4 min 500-dən çox nümayəndə, o cümlədən hökumət başçıları, nazirlər, parlament üzvləri, akademiklər, biznes dairələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və müxtəlif ölkələrdən ekspertlər iştirak ediblər.

Forum zamanı 80-dən çox iclasda qlobal miqyasda ən aktual və təhlükəli çağırışlar üçün innovativ həll yolları müzakirə olunub. Müzakirələr geosiyasi gərginliklərdən və qlobal təhlükəsizlikdən tutmuş, humanitar böhranlar və texnoloji inkişaflara qədər geniş mövzuları əhatə edib.

Forum çərçivəsində Qətərin vasitəçilik və qlobal sülh quruculuğu sahəsindəki səylərini əks etdirən “Sülhə aparan yol” adlı sərgi də keçirilib.

21-ci Doha Forumu 2023-cü ilin dekabrında baş tutub. Tədbirdə 120 ölkədən 3 min 500-dən çox qonaq və 270-dən çox spiker iştirak edib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2024 22:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri