Icma.az
close
up
RU
Dayanıqlı İnkişaf Məqsədləri və universitetlərin beynəlxalq əməkdaşlıq təcrübəsi müzakirə edilib AZƏRTAC

Dayanıqlı İnkişaf Məqsədləri və universitetlərin beynəlxalq əməkdaşlıq təcrübəsi müzakirə edilib AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

COP29 çərçivəsində Yaşıl zonada Bakı Dövlət Universiteti və EkoSfera Ekoloji Sosial Mərkəz İctimai Birliyinin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri və universitetlər: beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirin moderatoru, BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yoxsulluq, bərabərsizlik, iqlim dəyişikliyi və keyfiyyətli təhsil kimi qlobal problemləri həll etmək üçün universal bir çağırış olduğunu deyib. O qeyd edib ki, universitetlər təhsil, tədqiqat və əməkdaşlıq yolu ilə bu məqsədlərin inkişafında mühüm rol oynayır.

BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Fariz Quliyev, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə çıxışlarında Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında ali təhsil müəssisələrinin rolundan danışıblar. Vurğulanıb ki, dayanıqlı inkişaf, iqlim fəaliyyətləri və qlobal sağlamlıq haqqında kurslar tələbələrə real problemləri həll etmək üçün bilik və bacarıqlar qazandırır. Universitetlər beynəlxalq əməkdaşlıq edir, təcrübələri bölüşür, birgə tədqiqatlar aparır və genişmiqyaslı həll yolları hazırlayır. Birgə tədqiqat təşəbbüsləri bərpaolunan enerji və ya ictimai sağlamlıq kimi məsələləri həll edir. Beynəlxalq əməkdaşlıq vasitəsilə universitetlər innovasiyaları təşviq edir, gələcək liderləri davamlı və ədalətli bir dünya qurmağa hazırlayır.

BDU-nun rektoru Elçin Babayev isə çıxışında universitetlərin ümumi fəaliyyətlərində Dayanıqlı İnkişaf Məqsədlərinin təsirindən danışıb. Tədbirdə iştirak edən müxtəlif universitet nümayəndələrini beynəlxalq reytinqlərdəki uğurlarına görə təbrik edən rektor bildirib ki, bu nailiyyət də son illər ali təhsil müəssisələrinin Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edən fəaliyyətlərinin nəticələrindən biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri