Icma.az
close
up
RU
Dohada nəticəsiz danışıqlar...

Dohada nəticəsiz danışıqlar...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Növbəti mərhələdə razılıq olarsa, Qəzzada atəşkəs elan ediləcək

İsrail ilə HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəsin əldə olunması ilə bağlı dolayı danışıqların ilk raundu nəticəsiz başa çatıb. Bu barədə “Sky News Arabia” telekanalı məsləhətləşmələrin gedişatı ilə tanış olan fələstinli rəsmilərə istinadən xəbər verib. Qeyd edək ki, İsrail və HƏMAS nümayəndələrinin iştirakı ilə danışıqlar iyunun 6-da axşam saatlarında Qətərin paytaxtı Dohada baş tutub.

İsrail HƏMAS-ın təkliflərini qəbulolunmaz hesab edir

İsrail nümayəndə heyəti Qəzza zolağında atəşkəs və orada saxlanılan girovların azad edilməsi haqqında razılaşma əldə etmək məqsədilə HƏMAS hərəkatı ilə dolayı danışıqların aparılması üçün Dohaya səfər etmişdi. Danışıqlar öncəsi İsrailin aş naziri Benyamin Netanyahunun Ofis bəyanat yayaraq bildirmişdi ki, Fələstinin radikal HƏMAS hərəkatının Qətərin Qəzza zolağında nizamlanma ilə bağlı təklifinə etdiyi dəyişikliklər İsrail üçün qəbuledilməzdir: “HƏMAS-ın Qətər təklifinə etdiyi düzəlişlər bizə ötürülüb və İsrail üçün qəbuledilməzdir”. Qeyd edilib ki, Netanyahu dolayı dialoq formatında danışıqlara dəvətə cavab verməyi və Qətər təşəbbüsü əsasında girovların qaytarılması ilə bağlı təmasları davam etdirməyi tapşırıb. Lakin göründüyü kimi, danışıqların ilk raundu uğursuz oldu.

Tramp hansı halda Qəzzada atəşkəs elan edə bilər?

Əgər İsrail və HƏMAS nümayəndələrinin iştirakı ilə Dohada danışıqlar uğurla baş tutsaydı, ABŞ Prezidenti Donald Tramp iyulun 7-də Qəzza zolağında atəşkəsi elan edə bilərdi. Bu barədə “National” nəşri öz mənbələrinə istinadən bildirib. Nəşr qeyd edib ki, atəşkəs barədə qərar İsrail və HƏMAS-ın Dohadakı dolayı danışıqların nəticələrindən asılıdır. Əgər münaqişə tərəfləri sazişin ayrı-ayrı parametrləri ilə bağlı fikir ayrılıqlarını həll edərlərsə, Tramp müvəqqəti atəşkəs elan edəcək, HƏMAS-ı silahı yerə qoymağa və bütün girovları azad etməyə çağıracaq.

Nəzərə alaq ki, bu danışıqlar Netanyahunun Vaşinqtona səfəri fonunda keçirilir. İsrailin baş naziri artıq ABŞ-a səfər edib və onun təyyarəsi ABŞ-n Endryus hərbi bazasına enib. Bu, özlüyündə qarşı tərəfə bir mesaj kimi də qəbul olunur.

İsxak Hersoqdan xəbərdarlıq

İsrail prezidenti İsxak Hersoq isə Qəzza zolağında girovların azad edilməsi üçün razılaşmaların əldə olunacağına ümid etdiyini bildirib və bunun üçün çətin qərarların tələb oluna biləcəyi barədə xəbərdarlıq edib. Prezident Hersoq bu açıqlamaları baş nazir Binyamin Netanyahunun ABŞ-a səfəri ərəfəsində verib: “İsrail baş nazirinin Vaşinqtona səfəri girov götürülmüş qardaş və bacılarımızın azad edilməsi üçün razılaşmaya nail olmaq üçün irəliləyişə yönəlmiş vacib bir missiyadır. Bu vəzifəni yerinə yetirmək bizim ən yüksək mənəvi borcumuzdur”. İsrail prezidenti “çətin və ağrılı qərarların qəbul edilməsi lazım olan hallarda belə, bu cür səylərə tam dəstək” ifadə edib.

İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir də HƏMAS ilə İsrail girovlarının azad edilməsinə dair razılaşmanın bağlanmasını dəstəklədiyini bildirib. E.Zamir hesab edir ki, Qəzza zolağında hərbi əməliyyatın davam etdirilməsi İsrail girovlarının həyatını təhlükə altına atır: “İsrailin aş naziri Benyamin Netanyahu isə öz növbəsində HƏMAS-ın anklavda hakimiyyətdən uzaqlaşdırılması və radikalların tam tərk-silah edilməsi zəruriliyində israr edir”.

“Hizbullah” da  tərksilah olunmaq niyyətində deyil

Bütün bunların fonunda HƏMAS tərksilah olunmasını qəbul etmir. Onunla yanaşı, “Hizbullah” da  hərbi birləşmələrini tərksilah etməyi planlaşdırmır. Bu barədə qruplaşmanın lideri Naim Qasem bəyan edib. “Təhdidlər bizi təslim olmağa məcbur etməyəcək, bu gün bizdən silahı yerə qoymağı, bəzi məsələlərdə mövqeyimizi yumşaltmağı tələb etməyin”, - deyə o bildirib.

Livanın paytaxtı Beyrutun sakinlərinə müraciətində Qasem qeyd edib ki, İsraillə vəziyyətin normallaşması üçün qarşı tərəfin “işğal edilmiş əraziləri tərk etməsi, təcavüzü dayandırması, məhbusları azad etməsi” tələb olunur. “Hizbullah” başçısının sözlərinə görə, bu şərtlər yerinə yetirildikdən sonra regionda gərginliyin azaldılması üçün növbəti addımları müzakirə etmək mümkün olacaq.

Xarici mətbuat isə qeyd edir ki, bu bəyanatlar ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın Livana səfəri ərəfəsində səslənib. Gözlənilir ki, Livan hakimiyyəti ona “Hizbullah”ın hərbi qanadının tərksilah edilməsi tələbinə cavab verəcək.

Belə bir şəraitdə əsas diqqət İsrailin aş naziri Netanyahunun ABŞ-a səfəri çərçivəsində aparılan danışıqlar, xüsusilə Prezident Trampla görüşünün nəticələrinə yönəlib. İki müttəfiqin görüşdə aldığı qərarlar Qəzza zolağı ilə bağlı vəziyyətin gələcək taleyinə ciddi təsir göstərə bilər. 

N.BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 İyul 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see301

Yekun sülh sazişinə gedən yolda növbəti siyasi addım

11 Avqust 2026 16:39see286

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see268

Livan İsrail danışıqları niyə uzadılır? AÇIQLAMA

11 Avqust 2026 14:39see236

Prezident ordunu ayağa qaldırdı Fövqəladə vəziyyət elan olundu

11 Avqust 2026 01:56see230

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see222

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see220

Nijnekamsk şəhərinə edilən dron hücumunda ölən Özbəkistan vətəndaşlarının sayı səkkizə çatıb

11 Avqust 2026 07:57see207

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see207

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see203

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see199

“Moody’s” ölkəmizin kredit reytinqini yüksək dəyərləndirib

10 Avqust 2026 19:00see194

Samsung bu modüllərlə yollarını ayırır: SİYAHI

11 Avqust 2026 02:24see186

Arsenal 3 futbolçusunu satmaq istəyir

11 Avqust 2026 08:21see183

“Agentstvo“: Vyanada 20 Rusiya diplomatı xüsusi xidmətlərlə bağlıdır

10 Avqust 2026 23:05see179

BİZİM TƏQVİM:11 avqustda baş vermiş tarixi hadisələr

11 Avqust 2026 08:03see178

Zukerberq süni intellektin mərkəzləşdirilməsindən imtina etməyə çağırıb

11 Avqust 2026 07:49see172

Avqustun 12 də nə baş verəcək?

11 Avqust 2026 02:17see161

Baş nazirin yemiş zarafatı Avstraliyanı qarışdırdı Üzr istəmədi

11 Avqust 2026 15:39see156

Rusiyanın ən varlı qadınının biznes imperiyası belə çökür...

10 Avqust 2026 09:10see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri