Icma.az
close
up
RU
İvan Us: Təqdim olunan sülh planı Ukraynanın kapitulyasiyası deməkdir

İvan Us: Təqdim olunan sülh planı Ukraynanın kapitulyasiyası deməkdir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Kiyev, 21 noyabr, AZƏRTAC

Ukraynanın Donald Trampın təqdim etdiyi sülh planına razılıq verəcəyinə inanmıram.

Bu fikri AZƏRTAC-a açıqlamasında ukraynalı ekspert İvan Us söyləyib.

“Sözsüz ki, bu günün əsas mövzusu Donald Trampın Zelenskiyə təqdim etdiyi 28 maddəlik sülh planıdır. Bu sülh planına nəzər salanda adamda elə bir rəy yaranır ki, bu bəndlər Moskvada yazılıb. Sadəcə Amerika Birləşmiş Ştatları bunu indi təqdim edir və bilir ki, baş verən korrupsiya halları fonunda Ukrayna hakimiyyəti sanki Moskvada hazırlanmış sülh planını qəbul edəcək. Mən inanmıram ki, bu sülh planı Ukrayna tərəfindən qəbul olunsun. İlk məlumatlardan Ukraynanın bu sülh planına neqativ yanaşdığı bəlli olub”, - deyə İvan Us əlavə edib.

Ekspertin fikrincə, bu plan Ukraynanın kapitulyasiyası kimi qəbul edilir.

“Ukrayna kapitulyasiyaya hazır deyil. Bəndlərin birində qeyd edilən, Rusiyanın da daim səsləndirdiyi “Donbasın qalan hissəsinin Rusiyaya verilməsi” məsələsinə gəlincə, Ukrayna buna getməyəcək. Analitiklər də belə düşünür”, - deyə o, vurğulayıb.

İvan Us deyir ki, Donbasın Rusiyaya verilməsi ilə müharibə bitməyəcək. Sadəcə Trampın prezidentlik dövründən sonra, bəlkə də daha tez başlanılacaq növbəti müharibəyə qədər Rusiyanın mövqeyi yaxşılaşacaq: “Sülh planının bəndlərində qeyd edilən ordunun tərkibinin azaldılması, uzaqmənzilli silahlardan imtina edilməsi kimi tələblər Ukrayna üçün qəbuledilməzdir. Ukraynaya təzyiqlərin artmasına baxmayaraq, düşünürəm ki, Kiyev bu plandan imtina etməyi bacaracaq. Ukrayna deməyəcək ki, bu plan Rusiyanın maraqlarına cavab verir. Əksinə, göstərdiyi cəhdlərə görə Tramp hakimiyyətinə təşəkkürünü bildirəcək, lakin qeyd edəcək ki, ədalətli sülhün tərəfdarıdır”, - deyə ukraynalı ekspert vurğulayıb.

İvan Us hesab edir ki, əgər sülh ədalətli olmasa, sadəcə növbəti müharibəyə fasilə yaranacaq.

“Bu sülh planının qəbul ediləcəyinə inanmıram. Avropa ölkələri də ədalətli sülhün əldə edilməsi üçün Ukraynaya dəstəyini davam etdirəcək”, -deyə İvan Us bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri