Yaponiya hökuməti 135 milyard dollarlıq iqtisadi dəstək paketini qəbul edib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 21 noyabr, AZƏRTAC
Yaponiya hökuməti 21,3 trilyon yen (135,27 milyard dollar) məbləğində iqtisadi dəstək paketini təsdiqləyib. Bu, COVID-19 pandemiyasından sonra ən böyük stimullaşdırıcı paketdir.
AZƏRTAC xəbər verir ki, iqtisadi dəstək paketi əsasən yaşayış xərclərinin artması fonunda maliyyə çətinliyi yaşayan ailələrə dəstək məqsədi daşıyır. Sanae Takaitinin rəhbərlik etdiyi yeni hökumət bu məsələni həll edəcəyinə vəd verib.
Təsdiq edilmiş paketə həm elektrik enerjisi üçün subsidiyalar və hər uşaq üçün 20 min yen (təxminən 127 dollar) birdəfəlik nağd ödənişlər kimi təcili dəstək tədbirləri, həm də gəlir vergisi həddinin artırılması və benzinə müvəqqəti aksiz vergisinin ləğvi kimi daha uzunmüddətli addımlar daxildir. Hökumətin proqnozuna görə, bu tədbirlər gələn ilin fevral-aprel ayları arasında Yaponiyada inflyasiyanın orta hesabla 0,7 faiz azaldılmasına kömək edəcək.
Bundan əlavə, hökumət müdafiə sahəsinə, fəlakətlərin nəticələrinin aradan qaldırılmasına, yarımkeçiricilər sənayesinə və süni intellektin inkişafına investisiyalar üçün əlavə resurslar ayıracaq. Hökumət, tədbirlər paketinin növbəti üç il ərzində Yaponiyanın ümumdaxili məhsulunun artım tempinə müsbət təsir edəcəyini gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 21 Noyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















