Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Doktorantura pilləsi AMEAnın yeniləşmə kursu kontekstində

Doktorantura pilləsi AMEAnın yeniləşmə kursu kontekstində

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Elm və təhsilin inteqrasiyası

AMEA-nın yeniləşmə kursunda elmlə təhsilin inteqrasiyası məsələsi ayrıca yer tutur. Onun başlıca fəlsəfi anlamı haqqında akademik İsa Həbibbəyli kifayət qədər aydın və konkret fikir bildirmişdir. Əsas tezis ondan ibarətdir ki, AMEA-nın yeniləşməsində elmlə təhsilin inteqrasiyası nəzəri, konseptual, metodoloji və praktiki-tətbiqi aspektlərin vəhdəti formasında baş verməlidir. Bu poses özündə iki mühüm özəlliyi ehtiva etməlidir.

Birincisi, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi ölkənin strateji inkişaf kursunun mahiyyətinə, məzmununa, məqsədlərinə tam uyğun olmalıdır.

İkincisi, elmlə təhsilin vəhdətində elmi araşdırmaların müasir kriteriyalara cavab verən sərbəstliyi və innovativliyi ilə hər iki sferanın harmonik inkişafında tədqiqatçı məsuliyyəti ciddi surətdə təmin edilməlidir.

Burada bir vacib məqamı vurğulamaq lazımdır. AMEA prezidentinin vurğulanan fəlsəfi xarakterli tezisi həm də fəaliyyət prinsipidir. Onun başlıca elmi məqsədi isə Azərbaycanda yeni ideyalar formalaşdıra bilən elitar intellektual mühiti yeni səviyyəyə yüksəltməkdən ibarətdir. Bu mühit ölkədə ulu öndər Heydər Əliyev tərəfindən bütövlükdə formalaşdırılmışdır.

Hazırkı mərhələdə isə Prezident İlham Əliyev mükəmməl strateji kursu ilə onu ən müasir tələblər və çağırışlar fonunda inkişaf etdirir. AMEA rəhbərliyi hesab edir ki, məhz bu aspektdə ölkənin ali elmi təşkilatı dövlət başçısının hazırladığı kursun reallaşdırılmasının, dövlət müstəqilliyinin və dövlətçiliyin davamlı inkişaf xəttinin aktiv iştirakçılarından olmaldır.

Bizim yuxarıda ümumi halda vurğuladığımız tədqiqatçı sərbəstliyi ilə alim məsuliyyətinin nisbəti məsələsinin məhz bu bağlılıqda AMEA-nın yeniləşmə kursunda konkret məzmunu və məqsədi müəyyən edilmişdir.

Ümumilikdə bu mövzunun əhatə dairəsi çox genişdir. Bu məqalədə onların sırasından bir məqamı önə çəkmək istərdik. Bu, AMEA-nın 2024-cü ildə yeniləşmə prosesində növbəti mərhələyə qədəm qoyması ilə əlaqəlidir. Bu mərhələnin başlıca özəlliyi, mənim anladığım qədəri ilə, təşkilat rəhbərliyinin müəyyən etdiyi nəzəri-konseptual yeniləşmə müddəalarının konkret praktiki həyata keçirilməsi ilə bağlıdır. Məsələnin bu tərəfinə yeni tarixi dövrdə Azərbaycan Milli Elmlər Akademiyasının yaxın və uzaq müddətdə fəaliyyəti üçün əsas prioritetləri fonunda nəzər salmaq faydalı olardı.

7 prioritetdən biri

Müəyyən edilmiş yeddi əsas prioritet istiqamətlərdən altıncısı belə adlanır: “Azərbaycan elmində, o cümlədən də Elmlər Akademiyasında doktorantura təhsilinin Qərb modelinə uyğunlaşdırılmasına ehtiyac vardır. Doktorantura özünəməxsus tədris planı, fənn proqramları, kredit vahidləri, dərs sistemi olan bir təhsil səviyyəsinə çevrilməlidir”.

Şübhəsiz ki, məsələ strateji kontekstdə qoyulur. Yəni söhbət birdəfəlik və qısa müddətdə həll ediləcək problemdən deyil, tədrici, davamlı, müasir qabaqcıl elm və təhsil təcrübələrini mənimsəməklə, müxtəlif təşkilatlarla təcrübə mübadiləsi aparmaqla AMEA-nın optimal doktorantura modeli axtarışına əsaslanır. 2024-cü ildə təşkilat faktiki olaraq bu prosesin nəzəri-konseptual axtarışları ilə praktiki-tətbiqi aspektinin Azərbaycan üçün ən səmərəli nisbətinin müəyyən edilməsinə başlamışdır.

Altıncı prioritet istiqamətin məzmunundan göründüyü kimi, bu prosesin strateji hədəfini Azərbaycan elmi və təhsili üçün ideyayaradıcı mühitin formalaşdırılması təşkil edir. Yəni başqa təcrübələrin statik tətbiqindən söhbət getmir. Elə bir doktorantura struktur-funksional vahidi yaratmaq məqsədi vardır ki, o, özünütəşkil edən, özünüinkişaf etdirən və hər bir yeniliyə açıq olan sistemə çevrilsin. Bu cür prosesdə AMEA Rəyasət Heyəti Aparatının “Elm və təhsil” şöbəsinin aktiv iştirakı və hətta aparıcı rol oynaması tamamilə təbii və gözləniləndir.

Doktorantura məsələsinə yeni yanaşma

2024-cü il dekabrın 27-də AMEA Rəyasət Heyətinin həmin məsələyə xüsusi iclasının həsr olunması bütün bunlara görə, yerində olan və təşkilat rəhbərliyinin məsələyə verdiyi önəmin ifadəsi kimi qəbul edilməlidir.

İclasda AMEA Rəyasət Heyəti Aparatının “Elm və təhsil” şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavərinin “Doktorantura təhsili: mövcud vəziyyət, beynəlxalq təcrübə və qarşıda duran vəzifələr” adlı məruzəsi maraqla qarşılandı. Məruzəçi məsələni AMEA-nın prioritet kimi müəyyən etdiyi yeddi istiqamətin məzmunu, məqsədi və həyata keçirilmə fəlsəfəsi kontekstində təqdim edə bildi.

Məruzədə altıncı bəndə uyğun olaraq doktorantura pilləsinin Qərb modelinə uyğunlaşdırılması konteksti önə çəkilmişdi. Detallara varmadan məruzədə yer almış bir sıra ümumi xarakterli tezislər üzərində dayanaq.

Düşünürük ki, həmin tezislər AMEA sərhədlərini aşır və onların bütövlükdə ölkə elm və təhsil məkanında doktoranturanın yeri və rolunun adekvat müəyyən edilməsi üçün faydası ola bilər.

Doktoranturaya AMEA-da yeni yanaşmanın 8 aspektinin məruzədə təhlilin bazası kimi təqdim edilməsi maraqlıdır. Onlar faktiki olaraq ölkənin sosial-iqtisadi, mədəni-mənəvi, ideoloji tələbləri çərçivəsində və müasir dünyanın elmi-texnoloji çağırışları fonunda 7 istiqamətdən ibarətdir.

Buradan aydın görünür ki, AMEA doktorantura məsələsinə beynəlxalq təcrübə, elmi istiqamtlərin yeni təsnifatı, elmi fəaliyyətin yeni təşkili və qiymətləndirilməsi, Akademiyanın nüfuzlu beynəlxalq qurumlara üzvlüyünün təmin edilməsi, çevik və innovativ modellərin, o cümlədən rəqəmsal texnologiyaların tətbiqi ilə elmi idarəetmənin təkmilləşdirilməsi, elmi istiqamətlərlə elmi müəssisələrin strukturu arasında optimal struktur modellərinin müəyyənləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, azərbaycançılıq ideologiyasının və multikulturalizm konsepsiyasının, o cümlədən milli ideyanın elmi-nəzəri əsaslarının tədqiqi və elektron elmin inkişafı istiqamətlərinin sintezində baxır.

Bütövlükdə, AMEA-da islahatların ümumi istiqamətlərinin bu cür qarşılıqlı əlaqəsi prizmasından doktorantura təhsil pilləsi üçün aktual olan aspektləri aşağıdakı qruplarda birləşdirmək olar: beynəlxalq təcrübənin öyrənilməsi, Azərbaycanda məsələ ilə bağlı mövcud vəziyyətin təhlili və proqnozlaşdırılması və həmin əsasda qarşıda duran vəzifələrin müəyyən edilməsi. Deməli, AMEA məsələyə davamlı və dinamik bir yeniləşmə prosesinin tərkib hissəsi kimi baxır. Bu mövqedən vurğulanan istiqamətlərin hər birinin öz yeri vardır.

Beynəlxalq təcrübənin öyrənilməsi

Doktorantura təhsil pilləsində adekvat model seçmək üçün bu prinsipin ciddi əhəmiyyəti vardır. Çünki artıq dünya üzrə uğurlu və faydalı sayıla biləcək nümunələr mövcuddur. Onların əsaslı araşdırılması vacibdir. Eyni zamanda, beynəlxalq tərübənin müqayisəli araşdırılması Azərbaycan üçün səmərəli olan modelin həm seçilməsi və həm də bu seçimin mümkün strateji nəticələrini proqnozlaşdırmaq aspektində əhəmiyyətlidir. Məruzədəki təqdimatdan görünür ki, AMEA Qərb, Şərq, Türk dövlətləri və Rusiya təcrübələrinə qarşılıqlı əlaqədə yanaşır.

Əlbəttə, aydındır ki, beynəlxalq təcrübə Azərbaycan üçün bir sınaq sahəsidir. Əsas məsələ ölkənin elm və təhsil sistemi üçün perspektivli ola biləcək modelin müəyyən edilməsidir. Bu isə beynəlxalq təcrübənin öyrənilməsində də bütövlükdə ölkənin elm və təhsil ocaqlarının aktiv surətdə müzakirələr aparması zərurətini ortaya qoyur. Buradan məruzədə digər aktual məsələyə məntiqi keçid edilmişdir.

Vəziyyətin təhlili və proqnozlaşdırılması

Özlüyündə bu istiqamət kifayət qədər zəhmət və obyektiv yanaşma tələb edəndir. Çünki çox fərqli yanaşmalar və qiymətləndirmələrə rast gəlinir. Onlarda bəzən subyektiv amilin üstünlük təşkil etdiyini görürük. AMEA üçün isə reallığa uyğun, adekvat mənzərənin formalaşması lazımdir. Bu baxımdan ölkədə doktorantura təhsilinin gerçək vəziyyətinin bütün ayrıntılarına qədər müəyyən edilməsi olduqca əhəmiyyətlidir. Məruzədən belə görünür ki, həmin istiqamətdə araşdırmaların və alınan nəticələrin təhlilinin davamlı proses kimi aparılması üsulu seçilmişdir.

Ölkənin elm və təhsil dairələrinin ifadə etdikləri fikirlər də bu mövqenin düzgün olduğunu göstərir.

Bütün bunların əsasında AMEA-nın qarşıda duran vəzifələrinin müəyyən edilməsi bir zərurət kimi ortaya çıxır.

Qarşıda duran vəzifələr

Qarşıda duran vəzifələrin ümumi istiqamətverici və müəyyənedici çətiri AMEA-nın yeniləşmə kursunda müəyyən edilmiş prioritet istiqamətlərdən ibarətdir. Bunun fonunda “Doktorantura təhsil səviyyəsində, dünya təcrübəsi nəzərə alınmaqla, yüksək ixtisaslı elmi kadr hazırlığı prosesinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması”, “Dissertasiya mövzularının müəyyənləşdirilməsində tədqiq olunan elmi problemin elmilik, obyektivlik, aktuallıq (ölkənin real sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə bağlı tələbatların həllinə yönəlməsi) və əhəmiyyətlilik (həm milli maraqlar, həm də beynəlxalq çağırışlar baxımından tətbiq imkanlarının olması) kimi meyarları nəzərə alınmaq şərtilə elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantlar üçün elmi müəssisələrdə mövzular bankının yaradılması”, “AMEA Rəyasət Heyətinin 23 fevral 2023-cü il tarixli 9/1 nömrəli qərarına uyğun olaraq, fəlsəfə doktoru və elmlər doktoru pilləsi üzrə dissertant və doktorantlara mövzular verilərkən görkəmli tarixi şəxsiyyətlərin, xalq qəhrəmanlarının, elm və mədəniyyət xadimlərinin, yazıçı və şairlərin çoxcəhətli fəaliyyətlərinin tədqiqinin müxtəlif elmi aspektlərini əhatə edən mövzuların tövsiyə edilməsi”, “son dövrlər dünya elmində baş verən sürətli dəyişikliklər, İKT-nin, süni intellekt texnologiyalarının, multidisiplinar və transdisiplinar tədqiqatların inkişafı, əmək bazarının tələblərinin dəyişməsi və s. nəzərə alınmaqla, digər aidiyyatlı dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatı”nın təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması” və digər vəzifələr müəyyən edilmişdir.

Perspektivlər

Müzakirələr göstərir ki, doktorantura təhsil pilləsinin dövrün tələblərinə uyğun təşkil edilməsi Azərbaycan elmi və təhsili üçün strateji xarakterli problemdir. Bu prosesdə AMEA-nın fəal rolunu akademik İsa Həbibbəyli yekunda bir daha vurğuladı. Belə anlaşılır ki, AMEA rəhbərliyi doktorantura məsələsi üzərində çox ciddi dayanmışdır və onun yeniləşməsi istiqamətlərini dəqiqləşdirməkdə israrlıdır. Ölkənin ali elmi təşkilatı bu vəzifənin öhdəsindən başqa aidyyəti təşkilatlarla birgə gəlinməsinin mümkünlüyünə tam inam ifadə edir. Bu məqam AMEA Rəyasət Heyətinin məsələ ilə bağlı qəbul etdiyi qərarın məzmunundan aydın görünür.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Dekabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see909

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see500

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see356

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see322

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see296

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see292

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see278

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see267

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see266

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see259

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see251

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see248

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see246

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see235

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see230

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see228

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see228

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see206

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see198

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri