Bakıda kəsim məntəqəsində 1 tondan çox yararsız at əti aşkarlanıb, 2 nəfər tutulub
Icma.az bildirir, Operativ MM portalına istinadən.
Daxili İşlər Nazirliyi (DİN) və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən (AQTA) istehlakçı hüquqlarının qorunması, təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarının satışının təmini məqsədi ilə birgə tədbirlər davam etdirilir.
DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, növbəti əməliyyat zamanı Yasamal rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız at əti məhsullarının satıldığı aşkarlanıb. Nəticədə qanunsuz fəaliyyətlə məşğul olan iki nəfər-Kamal Əkbərov və Mehman Cəfərov saxlanılıblar.
Sexə baxış zamanı 1 tondan artıq qidaya yararsız at əti aşkar olunub.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər mənşəyi məlum olmayan, qidaya yararsız at ətini keyfiyyətli mal əti kimi satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin labaratoriyasına göndərilib.
Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Abşeron rayonu ərazisində baş vermiş quldurluq cinayətinə görə boksçu kimi tanınan Tulin Ələkbərova və onun tələbəsi saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dekabrın 4-də onlar 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirib, quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinirlər.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 21 yaşlı Tulin Ələkbərova və 19 yaşlı Abbas Rəhimli tutulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 05 Dekabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















