Icma.az
close
up
RU
Dolğu etdirən qadınlar amputasiya həddinə qədər çürəyə bilər XƏBƏRDARLIQ

Dolğu etdirən qadınlar amputasiya həddinə qədər çürəyə bilər XƏBƏRDARLIQ

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Son illərdə estetik məqsədlərlə bədənə müxtəlif dolğu maddələrinin - gel inyeksiyalarının tətbiqi geniş yayılıb. Lakin bu prosedurların təhlükəsizliyi ilə bağlı suallar qalmaqdadır. Pasiyentlərin şikayətləri və mütəxəssislərin açıqlamaları göstərir ki, gel inyeksiyaları bəzi hallarda ağır fəsadlara - toxuma zədələnməsi, iltihab və deformasiyalara səbəb olur. Bu isə sözügedən müdaxilələrin qeyr-peşəkar və riskli şəkildə tətbiq edilməsi məsələsini gündəmə gətirir.

Sosial şəbəkələrdə də mənfi nəticlərdə üzləşmiş şəxslərin paylaşımlarına rast gəlinir. Qeyd olunur ki, bəzi pasiyentlərdə vəziyyət amputasiya riskinə qədər gedib çıxır.


Maraqlıdır, bu prosedurlardan sonra ən çox rast gəlinən fəsadlar hansılardır? Dolğu vurulan nahiyələrdə sonradan deformasiya və ya iltihab yaranmasının əsas səbəbi nədir?

Mövzu ilə bağlı Bakupost.az-a danışan plastik cərrah Rəşad Babayev bildirib ki, bədənin müxtəlif bölgələrini böyütmək məqsədilə vurulan xüsusi kimyəvi preparatların bəziləri təbii, bəziləri isə qeyri-təbii olur:

“Orqanizmdə həll ola bilməyən və bir sıra narahatlıqlar yarada bilən bu qeyri-təbii gellər əsasən çox az miqdarda dərinin altına vurula bilir. Bu halda orqanizm onu yad cism kimi qəbul etmir və bu zaman hər hansı narahatlıq törətmir. Amma bir çox pasiyentlər var ki, kosmetoloqlara müraciət edirlər və ölçülərin daha çox böyüməsini istəyirlər. Həmin kosmetoloqların istifadə etdikləri gellər normadan artıq vurulduqda isə bu maddələr təkcə dərinin altında deyil, həm də əzələdə, fassiyada və sümükətrafı toxumalarda toplanır. Bu zaman həmin yad cismin ətrafında leykositlər toplanır və irinləmə prosesi başlayır. Bu baxımdan pasiyentlərə hər zaman tövsiyə edirik ki, süni gellərdən uzaq dursunlar. Çünki onlar dodaq nahiyəsində də bir müddət sonra kapsullaşaraq narahatlıqlar yaradır".

R.Babayevin sözlərinə görə, sağrı nahiyəsinə vurulan gellər bəzən budun iç səthində, bəzən isə dizdən aşağı - baldır nahiyəsində aşkarlanır:

“Bununla bağlı sonrakı dövrlərdə fistulalar əmələ gəlir. Bu isə o deməkdir ki, gel bədəndən xaric olmaq istəyir, dəriyə yaxınlaşır və dərialtı toxuma ilə bir kanal yaradaraq davamlı irinləmə ilə müşayiət olunan problemlər törədir.

Sözsüz ki, həmin gellər daha çox damar və sinir dəstələrini sıxdıqda, orada iltihab yarandıqda aşağı ətrafların da amputasiya riski ilə qarşılaşa bilirik. Bu maddələrin 100 faiz təmizlənməsi də həkimlər üçün olduqca çətindir. Ona görə də süni gellərdən uzaq durmaq lazımdır ki, pasiyentlər belə problemlərlə üzləşməsinlər”.

Lalə Novruz, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 İyun 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri