Icma.az
close
up
RU
Dollar və manatın məzənnəsi ilə bağlı mühüm proqnoz: Yaxın illərdə... RƏSMİ

Dollar və manatın məzənnəsi ilə bağlı mühüm proqnoz: Yaxın illərdə... RƏSMİ

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bir neçə iqtisadçı ilə görüşüb. Məlumata görə, burada pul siyasəti, manatın məzənnəsi, kart hesablarından pulların oğurlanması və digər aktual məsələlər müzakirə olunub.

Mərkəzi Bankın sədri başqa nələr danışıb?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, məzənnə siyasəti ilə bağlı AMB-nin yeni qərarı yoxdur:

“Bu məsələ ekspertlərlə keçirilən görüşlərdə mütəmadi müzakirə olunur. Dünənki görüşdə mən xaric, iştirak edən 14 ekspertin hər biri məzənnə siyasətinin indiki şəkildə davam etməsinin tərəfdarı oldu. Əvvəla, “Manatın məzənnəsini sabit saxlayır” ifadəsi yanlışdır. Bunu AMB-də keçirilən müzakirələrdə də bildirdim. Çünki Mərkəzi Bank manatın məzənnəsini təyin etmir. AMB dolların məzənnəsini sabit saxlayır. Yəni hazırda Azərbaycanda sabit olan dolların məzənnəsidir, manatın deyil. Dolların məzənnəsi 1,7 manat səviyyəsində saxlanılır, digər valyutalar da buna uyğun olaraq sabitləşdirilir. Manatın məzənnəsi isə müxtəlif valyutalara görə dəyişir”.

Elçin Rəşidov

Ekspert qeyd edib ki, manatın məzənnəsi ilə bağlı əsas arqument iqtisadiyyatın sabit qalmasıdır:

Həmçinin oxuyun:

Banka pul qoyanlar mütləq oxusun – DİQQƏT

“Lakin bu siyasətə qarşıyam və hesab edirəm ki, belə yanaşma, əslində qeyri-sabitlik yaradır. Makroiqtisadi stabilizatorlar inflyasiya səbəbindən ölkənin ixracını zəiflədə bilər. Bu zaman ixracın azalması nəticəsində xarici valyutanın ölkəyə daxil olması azalır. Nəticədə, yerli valyuta zəifləməli və bu, ixracın bərpa olunmasına səbəb olmalıdır. Amma mövcud siyasət nəticəsində biz bu stabilizatorlardan məhrum olmuşuq. Bu da iqtisadiyyatın dayanıqlığını və stabilliyini itirməsinə səbəb olur. Hazırda AMB dolların məzənnəsini sabit saxlayaraq, əslində faiz dərəcəsi siyasətini həyata keçirə bilmir. Bundan əlavə, mövcud məzənnə siyasəti qeyri-neft sektorunu məhv edir və bu sahənin inkişafına ciddi ziyan vurur”.

E.Rəşidov vurğulayıb ki, bank ilə Maliyyə Nazirliyinin düzgün koordinasiya olmaması nəticəsində iqtisadiyyatımız tələyə düşür:

“Nəticədə makroiqtisadi vəziyyət qeyri-neft sektorunun inkişafına imkan vermir, əməyin məhsuldarlığını artırmaq mümkün olmur. Çünki indiki vəziyyətdə qeyri-neft sektoru, əsasən daxili tələbatı qarşılamaqla məhdudlaşır.  Gələcək proqnozlara gəldikdə, Taleh Kazımovun ümumi çıxışından belə nəticə çıxarmaq olar ki, dolların məzənnəsinin dəyişməsi gözlənilmir və mövcud siyasət indiki rejimdə uzun müddət davam edəcək. Sədr qeyd etdi ki, yalnız yeni iqtisadi model olarsa, mövcud məzənnə siyasətindən çıxa bilərik. Lakin  bu haqda konkret bir plan mövcud deyil. Bu vəziyyətdə hər hansı bir dəyişiklik etməyə hazırlaşmırlar”.

İqtisadçı Əkrəm Həsənov isə bildirib ki, müzakirə olunan əsas mövzu sabit məzənnə rejimindən üzən məzənnəyə keçidin olub-olmayacağı ilə bağlı idi:

Əkrəm Həsənov

“Prinsipcə, AMB-nin sədri və ekspertlərin əksəriyyəti Azərbaycan şəraitində sabit məzənnə rejiminin saxlanılmasının vacib olduğunu hesab edir. Üzən məzənnə rejiminə keçmək üçün ölkəmizdə lazımi şərait mövcud deyil və ehtiyac da yoxdur. Bu, əks effekt verə bilər. AMB tərəfindən sabit məzənnə rejiminin saxlanılması məqsədəuyğundur və prosesi bu qaydada davam etdirir. Ölkədəki makroiqtisadi vəziyyət və valyuta ehtiyatlarımızın səviyyəsi göstərir ki, manatın məzənnəsi yaxın perspektivdə heç bir təhlükə ilə qarşılaşmayacaq”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 İyul 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri