Donald Tramp 907 ci düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində avqustun 8-də imzalanacaq.
Prezident İlham Əliyev ilə amerikalı həmkarı Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olan bu sənəd 33 il əvvəl Azərbaycanın məruz qaldığı ədalətsizliyə son qoymuş olacaq.
Xatırladaq ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə rəsmi Bakının Ermənistana guya "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsinə qadağa qoyan qanunu qəbul edib.
Sonrakı dövrlərdə ABŞ prezidentləri 907-ci düzəlişin icrasını müvəqqəti dayandırsalar da, Bayden-Blinken administrasiyası bu ədalətsiz qərarı yenidən qüvvəyə mindirərək, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb.
Donald Tramp 907-ci düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 08 Avqust 2025 06:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















