Icma.az
close
up
RU
Donald Tramp İran rejimini diplomatik masaya oturtmaqla yanaşı, təzyiq mexanizmini öz əlində saxlayır

Donald Tramp İran rejimini diplomatik masaya oturtmaqla yanaşı, təzyiq mexanizmini öz əlində saxlayır

Icma.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp deyib ki, o, “uyğun zamanda” ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarını ləğv edə bilmək istəyir. "Bizim İrana qarşı ağrılı, çox ağrılı sanksiyalarımız var. Mən də istərdim ki, bu sanksiyaları lazımi vaxtda ləğv edə bilim, onlara [iranlılara> sağalmaq şansı verək. Mən İranın sülh yolu ilə sağalmasını görmək istərdim, nəinki onların etdikləri kimi “Amerikaya ölüm, ABŞ-a ölüm, İsrailə ölüm” şüarını səsləndirməsin”, - Donald Tramp deyib. ABŞ prezidenti son həftələrdə bir neçə dəfə oxşar bəyanatlar verib. Eyni zamanda, Tramp İranın ali dini lideri Ayətullah Əli Xameneinin iyunun sonundakı çıxışından sonra Tehrana qarşı məhdudiyyətlərin yumşaldılmasına getməmək qərarına gəldiyini iddia edib. Həmin çıxışda Xamenei İranın ABŞ və İsrail üzərində qələbəsini elan etmişdi.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Trampın açıqlamasında "klassik Tramp diplomatiyası" yer alır.

Sadiq İsabəyli

“Maksimum təzyiq, üstəlik, şərti danışıqlar təklifi Trampın həyata keçirdiyi diplomatiyadır. ABŞ prezidenti bir çox istiqamətlərdə bu formuldan istifadə edir. Eyni zamanda İranın apardığı fəaliyyətlərlə bağlı da eyni formul həyata keçirilir. Donald Tramp bu mesajla İranı masaya oturtmaqla yanaşı təzyiq mexanizmini öz əlində saxlayır və imkan vermir ki, İran rejimi hər hansı bir şərt irəli sürə bilsin. İran rejimi də çalışır ki, bölgədə baş verən böhranların Netanyahu hakimiyyəti tərəfindən aparılan fəaliyyətlərin nəticəsi olduğuna dair sübut göstərsin. Bu fəaliyyətlərin də ardından Netanyahu çalışır ki, Amerikanı öz yanında göstərsin. Ona görə də Amerika İsrail hökumətinə və yaxud Netanyahuya dəstək verməməlidir. Əgər bu dəstək olmazsa, bu bölgədə sülh və sabitlik olar”- deyə Sadiq İsabəyli qeyd edib.

“Fars molla rejimi 46 ildir ki, “İsraili məhv edərik”, “ölüm olsun Amerikaya, ölüm olsun İsrailə” şüarından əl çəkmək fikrində deyil. Bir sıra ayətullahlar Trampın ölüm fitvasını veriblər. Bu gün isə rejim həm radio-televiziya vasitəsilə, həm də öz sosial mediasından istifadə edərək, Trampın öldürülməsi ilə bağlı pul toplayır. Son məlumata görə, 20 milyon dollardan çox pul yığılıb ki, Donald Trampı öldürsünlər. Yəni kim öldürərsə,  pul ona veriləcək. Bu da qlobal səviyyədə terrora çağırış, terrora maddi dəst vermək və terroru leqallaşdırmaq, dini baxımdan halal elan etməkdir. Bu da İran rejimində olan həm dini, həm siyasi şəxslər tərəfindən həyata keçirilən bir fəaliyyətdir.

İran rejiminin “İsrail dövləti, Netanyahu hökuməti bölgədə sülhü baltalayır və çalışır ki, bölgəni savaşa sürükləsin” arqumentləri mənasız və yersiz arqumentlərdir. İsrail dövləti terrorizmə qarşı mübarizə aparırsa, bu da ona görədir ki, həmin terror şəbəkələri birbaşa İsrail dövləti və dövlətçiliyini, İsraildə yaşayan yəhudi xalqını hədələyir və onların mövcudluğuna yönəlmiş bir hədədir”-deyən siyasi şərhçi bildirib ki, heç bir dövlət icazə verə bilməz ki, onun ətrafında terror şəbəkələri formalaşsın və bu şəbəkələr birbaşa hansısa rejim tərəfindən, hansısa dövlət tərəfindən dəstəklənsin.

Sadiq İsabəyli hesab edir ki, İran rejimi birbaşa İsraili hədəf göstərirsə, onun konkret səbəbləri var.

“Benyamin Netanyahu Amerikaya səfər edib ABŞ prezidenti ilə Donald Trampla görüşüb. Həmin görüşdə Netanyahu deyib ki, “biz bu xərçəng xəstəliyi kimi bölgədə yayılmağa çalışan İran rejiminin nüvə və uzun mənzilli raket ambisiyasını məhv etməliyik. Əgər buna yenidən təşəbbüs göstərməyə çalışacaqsa, biz buna imkan verməyəcəyik”. Çox ehtimal ki, bunun "yaşıl işığı"nı da Donald Trampdan alacaqlar. Donald Tramp da deyib ki, İrana yenidən hücum olmayacağına zəmanət yoxdur”-deyən Sadiq İsabəyli bildirib ki, Donald Tramp əgər diplomatiyaya və müzakirələrə dəvət edirsə, bu dəvətlərin əsasında fars molla rejiminin siyasətlərinin kökündən dəyişdirilməsidir.

“İran rejiminin ideoloji və siyasi baxışı, apardığı fəaliyyətlər tamamilə dayandırılmalıdır. Bu, həm də təslim olmaq anlamına gəlir. Yəni fars molla rejimi artıq nəinki ancaq Amerikanın, eyni zamanda İsrailin və ərəb dövlətlərinin qarşısında məğlubiyyətini qəbul etməlidir”-deyə siyasi şərhçi qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 İyul 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri