Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

PKK nın ipi öz əlində deyil ANALİZ

PKK nın ipi öz əlində deyil ANALİZ

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təşkilatı dəstəkləyən və təlimatlandıran güclər də təşkilatla bağlı konkret qərar verməyiblər


PKK terror təşkilatının bir qrupu 11 iyulda İraqın Süleymaniyyə şəhərində tərksilah olacaq. Bu barədə Türkiyənin DEM Partiyasının sözçüsü Ayşegül Doğan bildirib. O qeyd edib ki, DEM partiya prosesi yerində izləyəcək. Ötən gün terrorçu başı Abdullah Öcalan növbəti dəfə PKK-ya “silahı yerə qoyun” çağırışı edib:

 "Mən silahın gücünə deyil, siyasətin gücünə inanıram. Sizi bu prinsipə əməl etməyə çağırıram". Öcalan qeyd edib ki, PKK "milli dövlət" yaratmaq məqsədindən əl çəkərək, əsas hərbi strategiyasından da imtina edib və mövcudluğunu bitirib. DEM Partiyasının rəhbərliyi İmralı adasında Öcalanla danışıqlar aparır. Türkiyə Prezidenti də DEM Partiya heyətini bir neçə dəfə qəbul edib. Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.

Politoloq Əli Oruclu Sherg.az-a  deyib ki, PKK özünü buraxmaq və tərkisilah olunmaq barədə bir neçə ay əvvəl qərar qəbul etsə də, indiyədək bu istiqamətdə  ciddi və real addımlar atılmayıb. Siyasi şərhçi bildirib ki, təşkilat təslim olmağa tələsmir:

 "Görünür,  PKK-nı dəstəkləyən və təlimatlandıran güclər də təşkilatla bağlı konkret qərar verməyiblər. PKK mövzusu təkcə bu qurum daxilində müzakirə olunaraq həll edilmir. Bu alətdən xarici qüvvələr həmişə Türkiyəyə qarşı təziq vasitəsi kimi istifadə ediblər. Düşünmürəm ki, bu cür alətdən asanlıqla imtina edilsin. Sülh prosesi hələ illər öncə də başlanılıb. "Kürd açılımı" deyilən prosesdən separatçılar və terrorçular mövqelərini möhkəmləndirmək üçün sui-istifadə ediblər. Nəticədə Türkiyə xeyli itkilər hesabına terrorçuları möhkəmləndirilmiş ərazilərdən uzaqlaşdırdı. Doğrudur, dünyada və regionda gedən dəyişiklik, Ankaranın qlobal siyasətdə söz sahiblərindən birinə çevrilməsi yeni reallıqlar yaradıb. PKK-nın patronları təşkilatı əvvəlki kimi silah-sursatla təmin edə və digər vacib ehtiyaclarını qarşılaya bilmir. Həmçinin, Türkiyə ilə konfrantasiyaya getmək istəmir. Bir zamanlar terrorçuların düşərgələri və qanlı yuvaları olan Suriya, İraq və İran kimi dövlətlər artıq özləri ciddı problemlər içindədir. İsrail qonşularına qarşı genişmiqyaslı hərbi əməliyyatlar aparır. ABŞ və Qərb Rusiyanın artan ambisiya və iddialarının yaratdığı təhlükələrin qayğısı ilə məşğuldur. İstanbul dünyanın siyasi, diplomatik məruzəsinə çevrilib. Belə olan halda PKK-nın silahı yerə qoymaqdan başqa yolu qalmayıb". 


Analitik hesab edir ki, A.Öcalanla dialoq qurmaqdansa, PKK-nı Türkiyə siyasətinə gətirməkdənsə, onu tamamilə məhv etmək daha doğru seçim olardı:

 "PKK-nın silahı buraxıb siyasətə gəlməsi heç də separatizmə son qoyulması demək deyil. Əksinə, bu, kürd millətçilərinin əlini daha da gücləndirə bilər. Maraqlı məqamlardan biri də əli 35 mindən çox günahsız insanın qanına bulaşan, minlərlə mehmetçiyi şəhid olmasına səbəb olan şəxlərin aqibətləri ilə bağlıdır. Bu canilər necə əfv olunub siyasətdə iştirak edəcəklər?! Bu, mümkünsüzdür. PKK-nın İrandakı qolu olan PJAK qərara uymayacağını və vuruşacağını bəyan etdi. Ehtimal ki, Qəndildəki bir çox militanlar da PJAK-ın tərkibində terrorçu fəaliyyətini davam etdirəcək. Yaxud hansısa ad altında yenidən zühur edəcək. Faktiki olaraq tərksilah prosesi çox ləng gedir və bu, qaneedici deyil. Nəzərə almaq lazımdır ki, təslim olunanlar da filtirozasiyadan keçməlidir və onların qanlı aktlarda iştirak edib etməmələri müəyyənləşməlidir. PKK Türkiyə dövlətinə təslim olmalıdır . Vurulan ziyan da ödənilməlidir. Bu daha ədalətli olardı. PKK-nın ipi öz əlində olmadığından tərksilah olunma məsələsinə, sülhə meyl göstərəcəyinə bir qədər şübhə ilə yanaşıram".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 İyul 2025 07:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri