Icma.az
close
up
RU
Donald Trampın yeni əmrləri NASA ya ağır zərbə vurdu

Donald Trampın yeni əmrləri NASA ya ağır zərbə vurdu

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın yeni sərəncamları nəticəsində NASA bir sıra fəaliyyətlərini dayandırıb. Fərqlilik proqramlarını ləğv edən kosmik agentlik bəzi elmi komitələrin bu sərəncamlara uyğun olub-olmadığını da nəzərdən keçirir.

Qaynarinfo xəbər verir ki, "SpaceNews"un məlumatına görə, NASA rəhbərliyi bəzi astrofizika və planet elmi komitələrinin fəaliyyətini müvəqqəti olaraq dondurub. NASA-nın baş ofisi tərəfindən yayımlanan bildirişdə müxtəlif qiymətləndirmə və təhlil qruplarının rəhbərlərinə onların fəaliyyətlərinin nəzərdən keçirildiyi və kosmik agentliyin Trampın son sərəncamlarına tam uyğun olub-olmadığını müəyyənləşdirənə qədər bütün iclas və tədbirlərin dayandırılması tapşırığı verildiyi bildirilib.

NASA-nın bəhs etdiyi sərəncamlara Tramp administrasiyasının federal qurumlardakı fərqlilik, bərabərlik və inklüzivlik sahəsində çalışan şəxsləri işdən çıxarma qərarı, "cinsi ideologiya ifratçılığını" dayandırmaq məqsədi daşıyan bir icra əmri və əvvəlki administrasiyanın iqlim dəyişikliyi ilə bağlı siyasətini geri götürərək "Amerikan enerjisini sərbəst buraxmaq" məqsədini daşıyan digər qərar daxildir.

Tramp administrasiyasının federal idarələrdə fərqlilik, bərabərlik, inklüzivlik və əlçatanlıq (DEIA) ofislərini bağlamaq üçün verdiyi sərəncamın ardınca NASA bu sahədəki proqramlarını sürətlə dayandırıb və bütün əlaqədar müqavilələri ləğv edib. NASA-nın müvəqqəti rəhbəri Canet Petro açıqlamasında bildirib: 

"Bəzi hökumət rəsmilərinin bu proqramları qeyri-müəyyən ifadələrlə gizlətməyə çalışdığının fərqindəyik. 5 noyabr 2024-cü ildən bu yana hər hansı bir müqavilə və ya iş elanı DEIA və ya oxşar ideologiyalarla əlaqələndirilən məqamları gizlətmək üçün dəyişdirilibsə, lütfən, bütün faktları və şəraiti bildirin".

NASA görünür ki, hər hansı bir strukturunda problem olmadığından və heç bir fəaliyyətinin Trampın son sərəncamlarını pozmadığından əmin olmağa çalışır. NASA-nın analiz qrupları, rəsmi tövsiyələr verməsələr də, Astrofizika və Planet Elmləri Departamentinə geribildirim təqdim edən və Federal Məsləhət Komitəsi Qanununa tabe olmayan müstəqil təşkilatlardır. Bu qruplar Ay və Marsın tədqiqi, digər planetlərin öyrənilməsi, eləcə də Venera, Merkuri və Günəş sisteminin digər hədəfləri ilə bağlı missiyaları nəzərdən keçirir və təhlil edirlər.

Bu qruplardan biri olan "Mercury Exploration Assessment Group" (MExAG) çərşənbə axşamı bir iclas keçirməyi planlaşdırsa da, yayımlanan bildiriş səbəbindən toplantını ləğv etmək məcburiyyətində qalıb. MExAG rəhbər komitəsinin üzvü Mallori Kinçik sosial media platforması "Bluesky"da yazıb: "İlk üzbəüz görüşümüzün bu səbəbdən ləğv edilməsi bizi çox üzdü".

Tramp administrasiyasının bir neçə həftə ərzində verdiyi çoxsaylı sərəncamların təsiri yalnız NASA ilə məhdudlaşmır. Prezidentin Milli Səhiyyə İnstitutu kimi təşkilatlarda tədqiqat qrantlarını nəzərdən keçirməyi, elmi səfərləri və təlimləri dayandırmaq qərarından sonra yanvar ayının sonlarında bir neçə elmi toplantı və görüş birdən-birə ləğv edilib.

Trampın vəzifəyə başlayarkən verdiyi "Marsda astronavt endirmək və ABŞ bayrağını sancmaq" vədi, NASA-nın Günəş sistemini araşdırmaq və fundamental elmi suallara cavab tapmaq məqsədi ilə tam uyğun gəlməyə bilər. Agentlik hazırda 2027-ci ilə qədər Ayda astronavt endirmək və 2030-cu illərdə Marsa çatmaq üçün Ay səthində davamlı insan varlığı qurmağa yönəlib. Trampın bu hədəfləri həyata keçirib-keçirməyəcəyi isə bəlli deyil, xüsusilə də Marsa insan göndərmək planının onun milyarder dostu İlon Mask tərəfindən də dəstəkləndiyi nəzərə alınarsa...

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Fevral 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri