Donan sayğaclar, kəsilən qaz, bağlanan yollar: Qışa hazırlıq nə yerdədir?
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şaxtalı günlər, güclü qar və leysan yağışlar başlayanda eyni problemlər yenidən üzə çıxır, yəni su sayğacları donur, bəzi evlər qazsız qalır, elektrik enerjisində fasilələr yaranır, yollar bağlanır və avtomobillər saatlarla hərəkətsiz vəziyyətdə qalır. Qış mövsümü hər il oxşar çətinliklərlə yadda qalır. Xüsusilə yanvarın ilk günlərində qaz təchizatında yaşanan problemlər çoxsaylı vətəndaşın narazılığına səbəb olub.
Bəs aidiyyəti qurumlar qış mövsümünə real şəkildə hazırlaşır, yoxsa görülən tədbirlər yalnız sənədlər üzərində qalır?
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qış aylarında kanalizasiya və yağış sularının ötürülməsi üçün kollektorlar yuyulur, baxış quyuları və yağış barmaqlıqları təmizlənir, nasos stansiyaları təftiş olunur.
Qurum eyni zamanda xəbərdarlıq edir ki, qış aylarında problemlər əsasən donvurma səbəbindən yaranır və bu, xüsusilə izolyasiya olunmayan su xətləri və açıq havada quraşdırılmış sayğaclarla bağlıdır. Vətəndaşlara sayğacların qorunması üçün qabaqlayıcı tədbirlər görmək tövsiyə olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə dağlıq və dağətəyi ərazilərdə qarla mübarizə tədbirlərinin davam etdiyini bildirib: "Bütün texnika hazır vəziyyətdə saxlanılır, duz-qum qarışığı səpilərək yolların buzlaşmasının qarşısı alınır".
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin məlumatına görə isə paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahlar yaradılıb, xüsusi texnikalar yoxlanılıb və kifayət qədər duz ehtiyatı formalaşdırılıb. Qar yağan zaman yalnız kommunal qurumların deyil, idarə və təşkilatların, bələdiyyələrin və özəl sektorun texnikalarının da prosesə cəlb olunması nəzərdə tutulur.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 19 Yanvar 2026 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















