Dondurmada bakteriya aşkarlandı Satışı dayandırıldı
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dondurma məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinq keçirib.
“Yeni Sabah” AQTA-ya istinadən xəbər verir ki, monitorinq çərçivəsində 13 istehsalçıya məxsus 27 dondurma nümunəsi götürülərək laborator müayinələrə cəlb olunub.
Müayinələrin nəticələrinə əsasən, istehsalçı fiziki şəxs Qasımov Tahir Adil oğluna məxsus məhsul nümunəsində uyğunsuzluq aşkarlanıb. Belə ki, müəssisədə istehsal olunan “Fantaziya” əmtəə nişanlı “Matroskin” südlü dondurmasından götürülmüş nümunədə E.Coli və Enterobacteriacea göstəriciləri üzrə mikrobioloji uyğunsuzluq müəyyən edilib. pizza sifarişi
Bundan əlavə, məhsulun etiketində kərə yağından istifadə olunduğu qeyd edilsə də, laborator müayinələr zamanı onun tərkibində bitki sterini aşkarlanıb.
Bununla əlaqədar qanunvericiliyə uyğun inzibati tədbir görülüb. Müəssisədə dondurma istehsalı dayandırılıb, uyğunsuz məhsul partiyasının satışının qadağan edilməsi, dövriyyədən çıxarılması və geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.
Nəticədə ticarət şəbəkələrindən geri çağırılan 38,4 kq və müəssisənin anbarında olan 120 kq olmaqla, ümumilikdə 158,4 kq uyğunsuz dondurma məhsulu AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 25 Avqust 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















