DÖNGƏ Hüseyn Dəryanın mahnısını oxudu
Icma.az, Olay.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
DÖNGƏ rok qrupu mərhum reper Hüseyn Dəryanın "Məktub" mahnısına çəkilmiş klipi təqdim edib.
OLAY yazır ki, musiqiçilər kompozisiyanı öz üslublarında təqdim edərək, orijinalın rep ruhunu rok səslənməsi ilə birləşdiriblər. "Məktub"un yeni versiyası DÖNGƏ-nin üslubunda aranjiman olunub və mahnı ilə yanaşı videoklip də təqdim edilib. Mahnı və klip Hüseyn Dəryanın xatirəsinə həsr olunub.
Videoklipin süjeti tamaşaçını 2000-ci illərin ab-havasına aparır. Səhnələrdən birində televizorda Hüseyn Dəryanın iştirak etdiyi veriliş nümayiş olunur. Klipin əsas qəhrəmanlarından biri isə reperin yaradıcılığına böyük maraq göstərən oğlandır.
Bu obraz vasitəsilə klip müəllifləri Hüseyn Dəryanın mahnıları ilə böyüyən və onun yaradıcılığını yaxından izləyən bir nəslin sənətçiyə münasibətini çatdırmağa çalışıblar.
"Məktub" DÖNGƏ üçün Hüseyn Dəryanın musiqi irsinə yeni janr formatında müraciət olub. Rok aranjimanı kompozisiyaya fərqli səslənmə qazandırsa da, mahnının tanış əsasını qoruyub saxlayıb.
Qrupun rəsmi səhifəsində həmçinin bildirilib ki, "Məktub" DÖNGƏ-nin təqdim edəcəyi son Hüseyn Dərya mahnısı olmayacaq. Musiqiçilər yaxın zamanda reperin daha bir kompozisiyasını təqdim etməyi planlaşdırırlar. Lakin növbəti mahnının adı hələlik açıqlanmayıb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 28 Sentyabr 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















