Icma.az
close
up
RU
Doqquz faiz səs toplayan namizəd prezidentliyi necə oğurladı? Böyük Manipulyator

Doqquz faiz səs toplayan namizəd prezidentliyi necə oğurladı? Böyük Manipulyator

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əvvəlki yazı 

Böyük Manipulyator

36-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

YA ARXAMCA ADDIMLA, YA DA GƏBƏR

Başqa cür necə ola bilərdi ki? Makron özü də etiraf etdi ki, o, prezidentliyi “oğurladı”. 2016-ci ilin noyabrında prezidentliyə namizədliyini elan edəndə, əhali arasındakı rəsmi sorğulardan məlum olmuşdu ki, bu adam, ən yaxşı halda, yalnız 9 faiz səs toplaya biləcək... Buna baxmayaraq, bu adam dövlət başçısı seçildi – nəyin və kimin hesabına? Etiraf etmək lazımdır ki, Makron sağçılar partiyasının, eləcə də solçular partiyasının xeyli görkəmli şəxsiyyətlərini özünə tərəf çəkə bildi. Etiraf etmək lazımdır ki, Makron metodik şəkildə siyasi düşmənlərinin çevrələrindən və şəbəkələrindən istifadə edə bildi. Etiraf etmək lazımdır ki, Sosialist Partiyasından prezidentliyə namizədin bütün klanlarını, bütün şəbəkələrini ustalıqla ələ keçirib onu məhv elədi. Makron bu əməllərində çoxuna yaxşı təsir bağışlayan, çoxuna xoş gələn orijinal bir strategiyadan da istifadə etdi – prezident Fransua Hollanda olan nifrətindən!

Düz beş il – Fransua Holland hakimiyyətə gəldiyi gündən hakimiyyətdən gedənə qədər – Makron ona kin-küdurət bəslədi və seçkilər zamanı, o, prezidentə olan nifrətini və kin-küdurətini oyuna qoyub onun müqabilində xeyli səs qazandı. 2016-cı ilin iyun ayında "Hərəkətdə!" hərəkatının yaranmasından bir neçə həftə sonra Emmanuel Makron Fransua Hollandın rəsmi məsləhətçilərindən biri olan Jülien Draya müraciətlə demişdi ki: “Fransua prezidentliyə ikinci dəfə namizəd olmayacaq, sən vaxtını boş yerə sərf edirsən...”.

İqtisadiyyat naziri prezident Hollanda olan nifrətini get-gedə daha açıq şəkildə göstərir. Aprelin əvvəllərində Amien şəhərində təşkil olunan seçicilərlə ilk görüşündən bir neçə gün əvvəl, nazir Makron prezident Hollandın gələcək kampaniyası üçün Yelisey sarayında təşkil olunan seminara gəlmir. O, yalnız bu münasibətlə verilən naharda iştirak edir. Ən başlıcası da odur ki, Hollandın komandası JDD jurnalına seminarda iştirak edənlərin adlarını verir. İqtisadiyyat nazirinin adı o siyahıda yoxdur... İlin əvvəlindən (2017) Makron tərəddüd etmədən hara getdi, harada oldu, yeri gəldi, gəlmədi, prezident Hollandı tənqid atəşinə tutur. Qışın ortalarında prezidentlə Baş nazir Manuel Valls arasında terroristləri vətəndaşlıqdan məhrum edib-etməmək haqqında fikir ayrılığı yaranır. Təbii ki, öz aralarında – mətbuatda və ictimai yerlərdə yox. Düzdür, Makron Kristian Tobira (Ədliyyə naziri) kimi deyil. Amma gənc İqtisadiyyat naziri qəsdən belə bir söz-söhbət yayır ki, guya o bu məsəldə Baş nazir Manuel Vallsın mövqeyini dəstəkləmir. Əslində, bu çox real və düzgün bir mövqe idi. O dövrdə Makron, hər şeydən əvvəl, fürsətdən istifadə edib Hollanddan bezən sosialistlərin rəğbətini qazanmağa çalışırdı. Etiraf edək ki, əla texnika idi. Əslində, Makronun motoru lap çoxdan – 2015-ci ilin yayından işə düşmüşdü.

LANKASTER HOTELİNDƏ GİZLİ GÖRÜŞLƏR

O vaxt bu məsələdən bir neçə nəfərin xəbəri vardı. Ancaq onun toy şahidlərindən biri, keçmiş Baş nazir Mişel Rokarda yaxın olan milyonçu Henri Hermand Makronu məcbur edir ki, prezident olmaq istəyini mümkün qədər tez ortaya çıxarsın. Uzun illərdir ki, bu iki nəfər Hermandın ofisinin iki addımlığında, Parisin 8-ci rayonunun Lamennis küçəsində yerləşən Lankaster hotelinin restoranında bir yerdə ya nahar edir, ya da axşam yeməyi yeyirlər. Restoranda onlar üçün xüsusi bir salon ayrılıb – o salon ki, vaxtilə orada Marlen Ditriş, Qreta Qarbo və ya Bürt Reynold kimi məşhur artistlər nahar ediblər. Bu iki adam bir-biri ilə qeyri-rəsmi danışır, bir birinə “sən” deyə müraciət edir, hətta hərdən bir-biri ilə sərt mübahisələr də edirlər. Hermand gənc dostuna hər şeyi, o cümlədən onun həyasızlığını və tərsliyini bağışlayır, bəzən onu zarafatca “cavan canavar” deyə çağırır. Bu sosial-liberal əvvəllər Mişel Rokarda maddi cəhətdən dəstək verib. Sonralar isə mətbuata, o cümlədən 1980-cil illərdə Le Matinde Paris qəzetinə, eləcə də Le Un jurnalına sponsorluq edib. Makronla Rokarddan başqa, Hermand müntəzəm olaraq Fransua Holland, Marisol Turan (2012-2017-ci illərdə Səhiyyə naziri), nadir hallarda Manuel Valls, həmçinin Sarkozinin naziri olmuş Kristian Blan, eləcə də sağçılar partiyasının nüfuzlu şəxsiyyətləri Dominik dö Villpənt və Jan-Lui Debre ilə də çörək kəsir. Bu insanın öz vərdişləri var. Belə ki, o hər cümə axşamı ya şəhər kənarındakı mülkünə qayıdır, ya Brehat adasındakı evinə gedir, ya da Mərakeşə – Tanjer şəhərindəki malikanəsinə uçur. Yayda bir-iki dəfə ikinci arvadı Beatrislə birlikdə Brijit və Emmanuel Makron ilə nahar edir. İki dost tək qalanda, nahardan sonra ya siqar çəkir, ya da yaşıl şartröz likörü içirlər. Onların axşam yeməyi bəzən gecə saat 2-yə qədər uzanır. Belə vaxtlarda, ikisi də qalstuklarını çıxarıb kənara atır, sonra “cavan canavar”ın gələcəyi haqqında danışırlar. Onlar bir-birinə etibar edir, bir-birinə güvənir və bir-birini dəstəkləyirlər. Ancaq bəzisirlər bu dəbdəbəli restoranın divarları arasından çıxır: “Görəcəksiniz, günlərin bir günü o, (Makron) prezident olacaq”, – deyə Hermand hələ Fransua Hollandın beş illik hakimiyyətinin ilk ilində bu sözləri yaxın bir adamının qulağına pıçıldayır.

Qətiyyən təəccüblü deyil ki, Makron İqtisadiyyat naziri keçən kimi, 2003-cu ildə Mişel Rokard, Dominik Stros-Kan və Pier Moskoviç tərəfindən yaradılmış “Avropa solçuları” assosiasiyasının şəbəkələrinin bir hissəsini ələ keçirir. Üç ildən sonra bu birliyə Marisol Turan başçılıq edir. Orada 2006-cı ildə Dominik Stros-Kanın namizədliyini dəstəkləyən gənclərə rast gəlmək olar. İsmael Emelien, Sedric O, Benjamin Qrivo və Stanislas Qerini artıq ordadırlar. Bu adamların, demək olar ki, hamısı 2015-ci ilin payızında – Makron "Hərəkətdə!" hərəkatını yaradanda – ona qoşulacaqlar. Hələlik isə bu gənc nəsil, Dominik Stros-Kan Sosialist Partiyasının birinci katibi Martin Obriilə mübarizədə uduzandan sonra, nazirlər kabinetinin strategiyasını tənqid edən Pier Moskoviçini dəstəkləyəcək. Ancaq buna baxmayaraq, ən yaxşı kartlar Makronun əlindədir. O, Hollandın ətrafındakı Jan-Pyer Juyeni, (Ümumi Maliyyə İnstitunun direktoru) eləcə də keçmiş Baş nazir Mişel Rokardın siyasətini dəstəkləyən Jerom Kauzakı yaxşı tanıyır. 2010-cu ildən Milli Assambleyada maliyyə komissiyasının direktoru olan bu adam da iddialı gəncə (Makron) kifayət qədər simpatiya bəsləyir. 2011-ci ilin iyun ayında Makron Mişel Rokardı, Jerom Kauzakı və 2012-ci ildə prezidentliyə namizədliyini irəli sürən Fransua Hollandı və onun həyat yoldaşı, jurnalist Valeri Trierveyeri şam yeməyinə dəvət edir. “Makron özü, heç vaxt heç bir kollektiv yarada bilməyib, o, ancaq qurulmuş, hazır şəbəkələrdən istifadə edib”, – deyə onun köhnə həmkarlarından biri acı-acı etiraf edir. 2017-ci il prezident seçkiləri gələndə, bu sosialist şəbəkələrin hamısı, sözün əsl mənasında, solçu olmasalar da, Sosialist Partiyasından olan namizəd Benua Hamonu yox, "Hərəkətdə!" hərəkatının banisi, heç bir partiyası olmayan Makronu dəstəkləyəcəklər.

Ardı var…

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 İyun 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri