Icma.az
close
up
RU
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır 1400 manatdan başlayır

Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır 1400 manatdan başlayır

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gələn il martın 3-də dövlət qurumlarının balansında olan nəqliyyat vasitələri açıq hərraca çıxarılacaq. Hərraca müxtəlif nazirliklərə, dövlət qurumlarına və publik hüquqi şəxslərə məxsus minik, yük, avtobus və xüsusi təyinatlı avtomobillər təqdim olunacaq. Avtosfer.az xəbər verir ki, təqdim olunan nəqliyyat vasitələrinin bir hissəsi 25 və 50 faiz endirimlə təkrar hərraca çıxarılır.

Hərraca çıxarılacaq ən bahalı avtomobil Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsinə məxsus 2014-cü il buraxılışlı "Audi A6"nın start qiyməti 19 min manatdır. Ən ucuz nəqliyyat vasitəsi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin balansında olan "KamAZ 6520" yük avtomobilidir, onun start qiyməti isə 1 400 manat təşkil edir.

Hərraca çıxarılan nəqliyyat vasitələri arasında Müdafiə Nazirliyinin balansında olan 1998-ci il buraxılışlı "IVECO" markalı avtobus, 2003-cü il buraxılışlı "Mercedes-Benz S350" minik avtomobili və bir neçə "PAZ-3205" avtobusu yer alır. Bu nəqliyyat vasitələrinin start qiymətləri 3 750 manatdan 15 000 manata qədər dəyişir.

Hesablama Palatasına məxsus 2014-cü il buraxılışlı iki "Toyota Camry" minik avtomobili müvafiq olaraq 10 min 500 və 10 min 750 manat start qiyməti ilə hərraca çıxarılacaq. Nazirlər Kabinetinin İşlər Müdiri Aparatının balansında olan "BMW 730Li" və "BMW 760Li" avtomobillərinin start qiymətləri isə 5 min 500 - 6 min manat aralığında müəyyən edilib.

Xarici İşlər Nazirliyinə məxsus 2014-cü il buraxılışlı "BMW 528i" avtomobili 14 min manat start qiyməti ilə satışa çıxarılacaq.

Hərrac barədə daha ətraflı məlumatı buradan izləyə bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:266
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Dekabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri