Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Dörd ölkədən müdafiə həmləsi: ABŞ dən asılılıq azalır

Dörd ölkədən müdafiə həmləsi: ABŞ dən asılılıq azalır

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan nə “Məkkə Sazişi” və “Bədr müqaviləsi”nə qoşulub. Azərbaycan hərbi texniki istehsalda ikitərəfli əlaqələrə üstünlük verir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Pakistan, Türkiyə, Qətər və İndoneziya arasında imzalanan müdafiə memorandumu və dörd ölkənin hərbi-texniki əməkdaşlıq perspektivləri ilə bağlı özünün “Facebook” hesabında paylaşdığı təhlildə bildirib.
O qeyd edib ki, Pakistan, Türkiyə, Qətər və İndoneziya arasında oktyabrın 21-də Dohada müdafiə memorandumu imzalanıb:

“Sənədə imza atan ölkələr müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməyi hədəfləyiblər. Memorandumun məqsədi dörd ölkə arasında müdafiə istehsalı, texnologiya və təlim sahələrində əməkdaşlığı dərinləşdirməkdir. 

Razılaşma çərçivəsində əsasən müdafiə məhsullarının istehsalı sahələrində daha sıx əməkdaşlıq nəzərdə tutulub. Bu çərçivəyə birgə tədqiqat layihələri, müdafiə komponentlərinin istehsalı, texniki təlim və mühəndislik təcrübəsinin mübadiləsi daxildir. Tərəflər birgə hazırlanan məhsulları hər ölkənin tələblərinə uyğunlaşdırmağı və beynəlxalq bazarlarda satışını həyata keçirməyi də planlaşdırırlar”.

Politoloq əlavə edib ki, memorandumu imzalayan 4 ölkə arasında hərbi-texniki istehsal sahəsində Türkiyə və Pakistan irəlidədirlər:

“Türkiyə son 20 ildə hərbi sənaye kompleksini xeyli inkişaf etdirib. Bu sıraya modern pilotsuz uçuş aparatlarından tutmuş hərbi gəmilər, zirehli texnika və döyüş təyyarələri istehsalına qədər sahələr aiddir. Türkiyə 2012-ci ildən 2026-cı ilin ilk doqquz ayınadək təxminən 54 milyard dollarlıq müdafiə və aerokosmik məhsul ixrac edib. Bu məbləğin 30 milyard dollardan çoxu 2023–2026-cı illərdə qeydə alınıb və 14 illik dövr üzrə ixracın 55 faizindən çoxunu təşkil edib”.

Onun sözlərinə görə, böyük maliyyə imkanlarına malik olan Qətər son illərdə məhz Türkiyənin hərbi texnikasına üstünlük verir:

“İndoneziya Türkiyənin “Atmaca” gəmi əleyhinə raketlərinin tədarükünü və birgə istehsalını da planlaşdırır. Pakistan isə Çinin dəstəyi hesabına hərbi istehsalını modernləşdirə bilib. Qətər və İndoneziya “Bədr müqaviləsi”nə imza atmaqla Türkiyə və Pakistanın hərbi-texniki inkişafından daha çox faydalanmağa üstünlük verirlər”.

O vurğulayıb ki, “Bədr müqaviləsi”nin əsas məqsədlərindən biri sənədə imza atan ölkələrin ABŞ-ın hərbi texnikasından asılılığı azaltmaqdır:

““Bədr müqaviləsi”nə imza atan dövlətlərin hər biri keçmişdə ABŞ-dən müxtəlif növ hərbi texnika alıblar və bu proses uzun illər davam edib. Ancaq bu işbirliyi getdikcə çətinləşib.  Çünki ABŞ-dən modern hərbi texnika almaq üçün yalnız bu ölkənin Prezidentinin və Pentaqonun razılığı kifayət etmir. Konqres istənilən dövlətə hərbi texnika satışını əngəlləyə bilər. Misal üçün Türkiyə pulunu ödədiyi “F-35” hərbi təyyarələrini ABŞ-dən ala bilmir. ABŞ Prezidenti Donald Tramp satışa qarşı çıxmasa da, bunun həlli ondan asılı olan məsələ deyil. 

Demokratlar Partiyasının Konqresə keçirilən ara seçkilərdə qələbə qazanması, Nümayəndələr Palatasıyla Senata nəzarəti ələ keçirməsi Türkiyənin, Pakistanın və digər dövlətlərin ABŞ-dan modern hərbi texnika alışını daha da çətinləşdirib. Bu səbəbdən “Bədr müqaviləsi”nə imza atan ölkələr ABŞ-a ehtiyac duymadan öz aralarında hərbi-texnika istehsalını genişləndirməyə, bunun üçün zəruri addımları atmağa qərar veriblər.

Ümumiyyətlə, “Məkkə” və “Bədr” müqavilələri ABŞ-nin bölgədə hegemoniyasının azalmasını əks etdirir. Bölgədə bir-birinə tərəfdaş olan ölkələrin hərbi-texniki sahədə əməkdaşılqalrını şaxələndirməyə ehtiyaclar duyurlar. “Məkkə Sazişin” və “Bədr müqaviləsi”nə yeni dövlətlər qoşularsa, bu ABŞ-nin Avrasiya bölgəsində mövqelərinin zəifləməsinə şərait yaradacaq”.  

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Noyabr 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri