Icma.az
close
up
RU
DÖŞ GİLƏSİ ÇATININ YENİDOĞULMUŞLARIN ANA SÜDÜ İLƏ QİDALANMASINA TƏSİRİ

DÖŞ GİLƏSİ ÇATININ YENİDOĞULMUŞLARIN ANA SÜDÜ İLƏ QİDALANMASINA TƏSİRİ

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ana südü hər bir uşağın tələbatını ideal şəkildə ödəyən “canlı” qidadır. Onun tərkibində qanın tərkibindəki qədər canlı hüceyrələr var.

Bu hüceyrələr bakteriyalar, göbələklər və bağırsaq parazitlərini aktiv şəkildə parçalayır və immun sistemini stimullaşdırır.

Ana südünün tərkibində olan infeksiya əleyhinə müdafiə faktorları uşağı müxtəlif xəstəliklərdən qoruyan təbii “dərmandır”, o, təmiz (steril), daimi əlverişli temperaturda olan qidadır.

Ana südünün tərkibində olan bifidogen amillərin təsirindən uşağın bağırsağınınnormal florası formalaşır və bu proses 2 yaşa qədər davam edir. Ona görə də, müqəddəs dini kitab “Qurani Kərim”də körpələrin 2 yaşa qədər ana südü ilə qidalandırılması tövsiyə edilir.

Təbii – ana südü ilə qidalanma ana ilə körpə arasında funksional (emosional və fiziki) əlaqələri təmin edir. Ana südünün tərkibində olan bir çox faydalı maddələr körpənin sinir sisteminin inkişafına qoruyucu təsir edir, gələcəkdə uşağın sosial adaptasiyasını və psixi inkişafını müəyyən edir.

Təbii qidalanma (döşlə əmizdirmə) zamanı ana tərəfindən yaranan bəzi çətinlikləri (döş giləsinin çatı, süd vəzilərinin bərkiməsi, süd vəzinin iltihabı, qeyri-düzgün formalı döş giləsi – batıq, kiçikölçülü, yastı, uzunsov və iri olması) nəzərə almaq lazımdır. Artıq əmizdirməyə başlayan anaların əksəriyyəti bu səbəbdən əmizdirmədən imtina edirlər. Qeyd olunanların heç biri döşlə əmizdirməyə əks göstəriş deyil, bütün hallarda döşlə əmizdirmə davam etdirilməlidir.

Döş giləsi çatı və bərkiməsi zamanı müvafiq müalicə (lanolintərkibli  krem) istifadə edilməklə əmizdirmə davam etdirilməlidir. İlk növbədə düzgün əmizdirmə texnikasını anaya başa salmaq lazımdır. Çatların profilaktikası və artıq yaranmış çatları aradan qaldırmaq üçün lanolin tərkibli kreminin döşgilələrinə çəkilməsi tövsiyə olunur.Lanolin tərkibli krem dəri səthində müvəqqəti hava keçirici baryer yaratmaqla, dərini nəmləndirir vəyaraların sağalmasını sürətləndirir.Təbabətdə istifadə edilən tibbi lanolin təmiz və qatqısız olub, dadsız, qoxusuz, hipoallergen olması ilə digər vasitələrdən ciddi fərqlənir. Əmizdirmədən öncə silinməsinə ehtiyac yoxdur. Lanolin iltihab əleyhinə, antimikrob və qoruyucu xüsusiyyətlərə malikdir. Tibbi lanolin tərkibli  kremlərdən istifadə edildikdə döş giləsinin çatının ölçüsü kiçilir və ağrının azalması müşahidə edilir.

Süd vəzinin iltihabı zamanı isə körpəni döşə tez-tez qoymaqla əmizdirmə aparılmalıdır.

Müəllif:

Azərbaycan Tibb Universitetinin Neonatologiya kafedrasının müdiri,
t.e.d., professor Həsənov Səfixan Şamil oğlu

İstinadlar

Sayed Ahmed EM et al. Evidence Based Guideline Using to AlleviateTraumatic Nipple among Nursing Mothers. World Journal of Nursing Sciences., 2015;1(3):35-44.
Coca KP et al. An evaluation of the effect ov lanolin in healing nippleInjuries. Acta Paul Enferm 2008;21(1):11-6.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri