Icma.az
close
up
RU
Dost ölkələrin açıq dəstəyinin parlaq göstəricisi

Dost ölkələrin açıq dəstəyinin parlaq göstəricisi

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələrin möhkəmlənməsində xalqların bir-birinə bəslədiyi dərin rəğbət, mənəvi yaxınlıq və əsl dostluq mühüm rol oynayır. Bakı, Ankara və İslamabad coğrafi baxımdan fərqli bölgələrdə yerləşsələr də, onları ortaq tarix, zəngin mədəni irs, dini dəyərlər və qardaşlıq bağları birləşdirir. Bu xalqlar bir-birinin sevincinə şərik olur, çətinliklər zamanı isə dəstək göstərirlər. Eyni dini-mədəni köklərə sahib olan dövlətlər bənzər tarixi sınaqlardan keçmişlər. Burada ilk növbədə münaqişəli ərazilər məsələsi nəzərdə tutulur. Azərbaycan uzun illər ərzində Qarabağ probleminin ağrı-acısını yaşamış, Pakistan Kəşmir məsələsi, Türkiyə isə Şimali Kipr problemi ilə qarşılaşmışdır. Bu ortaq taleyüklü məsələlər hər üç dövləti daha da yaxınlaşdıraraq aralarındakı həmrəyliyi gücləndirmişdir.

Yeri gəlmişkən, qeyd edək ki, mayın 28-də erməni işğalından azad edilən Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşü keçirilib. Adətən, dostlar və qardaşlar əlamətdar günlərdə bir araya gəlirlər. Azərbaycanın Müstəqillik Günündə belə yüksək səviyyəli bir görüşün baş tutması həm də bütün dünyaya verilmiş strateji bir mesaj idi. Artıq beynəlxalq ictimaiyyət bu üçlü ittifaqın - Azərbaycan, Türkiyə və Pakistanın mövqelərini və maraqlarını nəzərə almadan xarici siyasət kursunu müəyyənləşdirməkdə çətinlik çəkəcək. Məsələn, Pakistana qarşı hər hansısa bir dövlət təxribat törətməyə cəhd gösətərəcəksə, Bakı və Ankara buna dərhal reaksiya verəcək. Elə bir neçə həftə öncə Hindistan bu ölkəyə hücum edərkən, Prezidentlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan qardaş Pakistan xalqı ilə həmrəy olduğunu dilə gətirdilər. Həmçinin Azərbaycan Ermənistanın hücumuna məruz qalanda Şahbaz Şərifin təbirincə desək, Türkiyə və Pakistan bir qaya kimi ölkəmizin yanında oldu.

Onu da qeyd edək ki, Laçında keçirilən Zirvə görüşü sayca ikincidir. İlk belə toplantı 2024-cü il iyulun 3-də Astanada baş tutub. Ölkə Liderləri həmin görüşdə beynəlxalq təşkilatlar çərçivəsində bir-birlərinə dəstəyi davam etdirməkdə qərarlı olduqlarını bildiriblər. Eyni zamanda, regional və qlobal məsələlərdə vahid mövqenin vacibliyi vurğulanıb. Bu görüş, üç qardaş ölkənin əməkdaşlığını yalnız siyasi səviyyədə deyil, institusional səviyyədə də möhkəmləndirmək əzmini ortaya qoyub.Azərbaycanın dost və qardaş ölkələri ilə ticarət dövriyyəsi sahəsində də müsbət dinamika müşahidə olunur. 2024-cü ildə Azərbaycanın ixrac etdiyi məhsulların əsas istiqamətləri arasında Türkiyə 14,4 faizlə ikinci yerdə qərarlaşıb. Həmin il iki ölkə arasında ümumi ticarət dövriyyəsi 6,13 milyard ABŞ dolları təşkil edib. Bunun 3,82 milyard dolları ixracın, 2,31 milyard dolları isə idxalın payına düşüb. Bu rəqəmlər Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin yüksək səviyyəsini və dayanıqlığını əks etdirir. Türkiyə şirkətləri işğalldan azad olunmuş ərazilərin dirçəlməsində xüsusi rol oynayırlar. Bundan başqa, Azərbaycan və Türkiyə regional enerji və nəqliyyat-logistika sisteminin əsas aparıcı qüvvələrinə çevriliblər. Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Avropaya çatdırılır, enerji təhlükəsizliyinə mühüm töhfə verilir. Bakı-Tbilisi-Qars dəmir yolu isə Orta Dəhlizin əsas sütunlarından biri olaraq Asiya ilə Avropanı quru yolla birləşdirir. Azərbaycan və Türkiyənin birgə əməkdaşlığının ən uğurlu simvollarından biri Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməridir.

Azərbaycan ilə Pakistan arasında ticarət əlaqələri nisbətən kiçik miqyasda olsa da, artan templə inkişaf edir. 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 22 milyon 048 min ABŞ dolları təşkil edib. Bu, 2021-ci ildəki 11 milyon 732 min dollarlıq göstərici ilə müqayisədə iki dəfəyə yaxın artım deməkdir və əməkdaşlığın potensialının geniş olduğunu göstərir. Turizm sahəsində də əlaqələr güclənməkdədir. 2024-cü ildə Pakistandan Azərbaycana gələn turistlərin sayı əvvəlki illə müqayisədə 46,7 faiz artaraq 81 min 427 nəfərə çatıb. Bu göstərici Azərbaycan-Pakistan xalqları arasında artan qarşılıqlı marağın, həmçinin əlaqələrin mədəni və sosial səviyyədə dərinləşdiyinin göstəricisidir. Pakistan eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası, iqtisadiyyatının dirçəldilməsi və reinteqrasiyası prosesində daha fəal rol oynamaq istəyən əsas tərəfdaşlardan biridir. Qarabağ bölgəsinə Pakistan investisiyalarının cəlb olunması istiqamətində praktiki addımların atılması gözlənilir. Azərbaycan da öz növbəsində, Pakistan iqtisadiyyatına yönələcək yeni investisiya layihələri üzərində işləməyi nəzərdə tutur. Pakistan şaxələndirilmiş enerji mənbələrinə can atır və Azərbaycanın enerji ixracatçısı kimi rolu mühüm əhəmiyyət kəsb edir. Maye təbii qaz tədarükü, neft və qaz kəşfiyyatı və bərpaolunan enerji sahəsində əməkdaşlıq haqqında sazişlər yeni iqtisadi dəhlizlər açıb. Nəticə etibarilə, Azərbaycan, Türkiyə və Pakistan arasında iqtisadi və ticari əməkdaşlıq strateji tərəfdaşlıq ruhunda inkişaf edir.

Üç ölkə arasında müdafiə sahəsində əməkdaşlıq da dinamik şəkildə inkişaf edir və daha da güclənməkdədir. Bu sahədə atılan praktiki addımlar, hərbi-strateji tərəfdaşlığın nə qədər önəmli və davamlı olduğunu göstərir. Bu əməkdaşlığın bariz nümunələrindən biri 2021-ci ildə keçirilmiş "Üç Qardaş - 2021" beynəlxalq hərbi təlimi olub. Təlimdə Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələri iştirak ediblər. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması olub.Azərbaycan, Türkiyə və Pakistan arasında qurulan strateji müttəfiqlik yalnız ikitərəfli və üçtərəfli münasibətlərlə yekunlaşmır. Bu qardaş ölkələr beynəlxalq və regional təşkilatlarda da bir-birlərinə ardıcıl və prinsipial dəstək göstərirlər. Hər üç dövlətin mövqeləri bir çox beynəlxalq platformalarda üst-üstə düşür, bu da əməkdaşlığın güclənməsinə və siyasi həmrəyliyin dərinləşməsinə xidmət edir. Bakı, Ankara və İslamabad Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və D-8 kimi nüfuzlu beynəlxalq və regional təşkilatlarda qarşılıqlı olaraq milli maraqlarını müdafiə edirlər. Qeyd etmək lazımdır ki, Azərbaycanın 2024-cü ildə inkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı - D-8-ə üzv qəbul olunmasında da Türkiyə və Pakistanın rolu əvəzsiz olub. Təşkilatın 11-ci Zirvə görüşündə Azərbaycanın üzvlüyü yekdilliklə təsdiq olunub ki, bu da ölkəmizin beynəlxalq nüfuzunun artmasının və dost ölkələrin açıq dəstəyinin parlaq göstəricisidir.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 May 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri