Icma.az
close
up
RU
“Dostluğa sıfırdan başlamaq niyyətindəyəm” Elçin

“Dostluğa sıfırdan başlamaq niyyətindəyəm” Elçin

Icma.az bildirir, Olay.az portalına istinadən.

“Dostluğa sıfırdan başlamaq niyyətindəyəm” - Elçin

“Mənə qarşı hörmətsizlik ediləndə acı tərəfim üzə çıxır. Başqa acı tərəfim yoxdur”.

OLAY yazır ki, bu sözləri Elçin Cəfərov qonaq olduğu “Həmin Zaur” verilişində deyib.

Sənətçi “Mahnı yazmaq yoxsa ifa etmək” sözlərini belə davam etdirib:

“Mən mahnı da yazıram, musiqi də bəstələyirəm. Amma oxumağı daha çox sevirəm. Mahnı yazıb satıram da…  Mən istedadı olmayan müğənniyə mahnı vermərəm nə də ki sataram. Ümumiyyətlə istedadı olmayan bir şəxs niyə müğənnidir? Müğənni olmasın, getsin başqa işlə məşğul olsun. İstedadı olan müğənniyə mahnım qurbandır. Mən hər müğənninin səsinə uyğun mahnı yazıram”.

“Həyatınızın hansı dövrünü yaşayırsınız?” sualına Cəfərovun cavabı belə olub:

“Hazırda həyatımın ən məsuliyyətli dövründəyəm. Mənim 40 yaşım tamam oldu. Mənə elə gəlir ki, bir insanın ikinci və doğru həyatı 40 yaşından sonra başlayır. O məsuliyyəti də üzərimdə hiss edirəm”.

Elçin bir müddət əvvəl Türkiyəyə getməsinin səbəbində də danışıb:

“Mənim Türkiyəyə getməyim sənətimlə əlaqədar deyil idi. Özümü başqa sahədə sınamaq istədiyim üçün qardaş ölkəyə üz tutdum. Fikrim var idi ki, iş adamı olum və özüm istədiyim və yazdığım mahnıları arada ifa edim və tamaşaçılara təqdim edim. Amma sonra gördüm ki, musiqisiz qala bilmirəm. Nə iş olursa olsun amma müğənnilik və musiqi mənə ruhən rahatlıq verir. Azərbaycandan Turkiyəyə gedib və orada “Gəlmişəm ki, mahnıları aranjiman edib və ya sizdən hansısa bir bəstəni alım” deyəndə başqa şeylər baş verəcək. Orada sənə hamı biznes tərəfdən baxacaqlar, səndən həm mahnıya, həm aranjimana, həm də klipə görə çox pul istəyəcəklər. Mən istəyirdim ki, onların içindən bir insan olum. Orada artıq mənim dostumun səs yazma studiyası da var idi. Orada onların içində olum və öz bəstələrimi təklif edim. Onlar da mənə… Necə Azərbaycanda bu işlər olur eləcə də Türkiyə də…”

“Kimin ipi ilə quyuya düşmərsiniz?” sualına Cəfərovun cavabı belə olub:

“Mən bir ip bilirəm. Hansıki onunla quyuya da düşərəm, yuxarıya da qalxaram… O isə məndə gizli qalsın”.

Estrada ulduzu “Yaxın zamanlarda dostunu itirən Elçin nəyi dərk etdi?” sözlərini belə tamamlayıb:

“Dostum Azər Baxşəliyev gedişi ilə bizə dərin acı yaşatdı. Allah yerini cənntə eləsin. Tək mənə deyil o bütün dostlarımıza gedişi ilə təsir etdi. Mən hazırda dostluğa sıfırdan başlamaq niyyətindəyəm. O mənə bunu yaşatdı. Ətrafımda dostlarım çoxdur və hamısının da xəstini çox istəyirəm. Amma Azər dünyasını dəyişəndən sonra düşündüm ki, mən sıfırdan bir daha dostluğa başlamalıyam. Hamıdan ilk əvvəl mən özüm dost olmalıyam ondan sonra önümdə olandan dostluq gözləməliyəm. Bax bunu öyrəndim”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://olay.az
archiveBu xəbər 25 Fevral 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri