Prezident: Azərbaycanla Türkmənistanı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri birləşdirir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan ilə Türkmənistanı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri birləşdirir.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda yer alıb.
Sərdar Berdiməhəmmədovu və bütün Türkmənistan xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlətimizin başçısı məktubunda, həmçinin bildirib: “İnanıram ki, ikitərəfli münasibətlərimiz ortaq soy-kök və milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 26 Sentyabr 2025 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















