Icma.az
close
up
RU
Dostu ilə yeyib içdi, evə gəlib uşaqlarının gözü qarşısında kabus yaşatdı: Gəncədəki hadisənin təfərrüatı

Dostu ilə yeyib içdi, evə gəlib uşaqlarının gözü qarşısında kabus yaşatdı: Gəncədəki hadisənin təfərrüatı

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə şəhərində 1990-cı il təvəllüdlü Taleh şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Fidana (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Taleh ötən ilin fevralın 27-də, saat 23:45-dəm başlayaraq evinin əsasən yataq və qısa zaman kəsiyində sanuzel otağında sərxoş vəziyyətdə azyaşlı uşaqlarının gözü qarşısında arvadı Fidana xüsusi amansızlıqla işgəncə verib. 
O, bu hərəkətlərini ertəsi gün səhər saat 5 radələrinədək davam etdirib. Bu müddət ərzində arvadına yumruq və təpik zərbələri, evin mətbəxindən götürdüyü baltanın sapı və dəmir hissəsinin küt tərəfi ilə, evin həyətyani sahəsindən götürdüyü yapışqanlı lentlə bir-birinə bağlanmış 2 ədəd armaturlarla 1-2 saat zaman aralıqları ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.
Hadisəni törədən Talehin barəsində Cinayət Məcəlləsinin 127.2.2 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma) və 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 27-də işdən evə gəlib və axşamtərəfi təxminən saat 19-20 radələrində dostu Kənana zəng edərək onunla birlikdə yeyib-içməyə gedib: “Həmin gün axşam kafedə yeməklə birlikdə spirtli içki qəbul etdim və axşam evə gəldikdən sonra evdə hadisəni törədən zaman spirtli içkinin təsiri altında olduğundan törətmiş olduğum cinayəti ümumiyyətlə xatırlamıram. Səhəri gün tezdən isə spirtli içkinin təsirindən ayılanda evdə birinci qardaşımı gördüm və qardaşım mənə arvadım Fidanın xəstəxanaya aparıldığını dedi, mənə polisə zəng etməyimi bildirdi. Evdən çıxaraq polisə getməyim yadımdadır. Bir də polis orqanında sual-cavab edilərkən ayıldım. Həmin gecə kafedən qayıdaraq gələn zaman isə dostum Kənanın məni maşından düşürtməsini ümumiyyətlə xatırlamıram”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisənin baş verməsinə heç nə səbəb olmayıb: “Bu hadisəyə qədər zərərçəkmiş şəxslə aramızda ailə daxili heç bir mübahisə olmayıb. Məndən polis orqanına bu günədək heç bir şikayət olunmayıb. Xeyli müddət olardı ki, hər gün spirtli içkilər qəbul edirdim. Hazırda vicdan əzabı çəkirəm, uşaqlarımın üzünə baxa bilmirəm. Yaddaşımla bağlı ciddi problemlərim var”. 
İş üzrə zərərçəkmiş Fidanın sözlərinə görə, fevralın 27-də Taleh işdən tez çıxıb və məni qarşılamaq üçün iş yerinin yaxınlığına gəlib və bir yerdə evə gediblər: “Yemək hazırladım, uşaqlar yemək yedi. Taleh telefonda oyun oynadıqdan sonra əvvəlcə öz atası ilə danışdı. Atası bizi qonaq çağırdı. O, isə atasına uşaqlar ilə gedəcəyini, onlara qonaqlığa sonra gələ biləcəyini bildirdi. Daha sonra Taleh dostu Kənanla danışdı. Kənan gələrək onu evdən götürdü. Həmin gün evin su çənində su tamamilə bitdiyi üçün Taleh məni və uşaqları yaxınlıqda yaşayan bacısıgilə aparmağı təklif etdi. Bacısına zəng etdikdə bacısı evdə olmadığını, Hacıkənddə olduğunu, evə gec qayıdacağını bildirdi. Buna görə də bacısıgilə getmədik. Taleh dostu ilə gedəndən sonra mesaj yazaraq uşaqları yatızdırmağı və mənə maşın sürməyi öyrədəcəyini dedi”. 
Zərərçəkmiş bildirib ki, həmin gecə saat 23-24 radələrində Taleh ona mesaj yazaraq artıq evə çatmaq üzrə olduğunu və maşını işlək vəziyyətə gətirməsini bildirib: “Evə çatandan sonra ondan su alıb-almadığını soruşdum. O, da almadığını, lakin almaq üçün getməyi, həm də mənə maşın sürməyi öyrədəcəyini dedi. Mən isə Talehin içkili vəziyyətdə olduğunu gördüyümdən buna lüzum olmadığını, uşaqların yatdığını və havanın soyuq olduğunu bildirdim. Ona da yatmasını dedim. Bundan sonra Taleh divanda uzanmaq istəyəndə yıxıldı. Evə ayaqqabı ilə girdiyi üçün onun ayaqqabılarını soyundurdum. Üst geyimini çıxartdıqda isə birdən ayıldı. Heç bir səbəb olmadan mənə şillə vurdu.
Talehin gözləri qıpqırmızı olmuşdu. Bunun səbəbini soruşduqda o, “heç nə” deyə cavab verdi. Bundan sonra uşaqlar ayıldı. Əvvəlcə Taleh evdə məni baltanın sapı ilə vurdu. Mən baltanı onun əlindən alaraq yatağın altına atdım. Taleh məni döyəndən sonra çölə çıxdı və çöldən armatur gətirərək məni bir daha döydü. Armaturu onun əlindən aldıqdan sonra Taleh bir daha yerdən götürərək armaturla məni vurdu. Bundan sonra Taleh divanda uzanaraq yatdı. O, həmin gecə məni 2-3 saat müddətində döyüb. Bundan sonra oğlumdan telefonu alaraq bacıma zəng etdi. Bacım isə zəngə cavan vermədi, buna görə də onun ərinə zəng etdi. Bacım və əri əvvəlcə mesajlara inanmadı. Talehin onlarla zarafat etdiyini düşündü”.
Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Taleh 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Yanvar 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri