Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

Dövlət Agentliyinin xəbərdarlığı əsaslıdır: Əllərinizi yumadan yemək yeməyin!

Dövlət Agentliyinin xəbərdarlığı əsaslıdır: Əllərinizi yumadan yemək yeməyin!

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Əhali bayram günlərində sağlıq problemlərinə, səhhətinə diqqət etməli, gigiyenik qaydalara riayət etməlidir


Əhaliyə bayram günlərində ictimai yerlərdə, sıxlıq müşahidə olunan məkanlarda şəxsi gigiyena qaydalarına riayət etmək, mövsümi xəstəliklərdən, mümkün infeksiyalardan qorunmaq üçün lazım gələrsə, qoruyucu maskalardan istifadə etmək tövsiyə olunur. Bu barədə İcbari Tibb Sığorta üzrə Dövlət Agentliyinin məlumatında qeyd edilib. Məlumatda bildirilir ki, yeni fəslə keçid, hava temperaturunun qısa müddət ərzində kəskin dəyişməsi, bayram günləri səbəbindən ictimai yerlərdə yaranan sıxlıqlar mövsümi xəstəliklərin və qripin əhali arasında yayılmasını artıra bilər. Yoluxucu virus və infeksiyalardan qorunmaq üçün sıxlıq müşahidə olunan məkanlarda şəxsi gigiyena qaydalarına əməl etmək, olduğunuz məkanları tez-tez havalandırmaq, immuniteti gücləndirmək üçün bol vitaminli meyvə-tərəvəzlə qidalanmaq və sağlam həyat tərzi vərdişləri formalaşdırmaq tövsiyə olunur. Qripin müayinə və müalicəsi ilə bağlı bütün tibbi xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutunda həyata keçirilir. Qrip virus mənşəli, tənəffüs yollarına təsir edən kəskin infeksion xəstəlikdir. Xəstəlik hava-damcı yolu ilə xüsusilə, payız-yaz aylarında geniş yayılır. Qripin əsas simptomları üşütmə, halsızlıq, ümumi zəiflik, yüksək hərarət (38-40°C), baş, əzələ və boğaz ağrıları, öskürək, gözdə sulanma, burun tutulması və ya axmasıdır. Qrip diaqnozunu dəqiqləşdirmək üçün həkim xəstəyə kliniki əlamətlərinə görə laborator müayinələr, PCR testi, burun-udlaq yaxması kimi müayinələr təyin edir. İxtisaslı həkim müayinəsi, laborator müayinələr, burun-udlaq yaxması, PCR testi, ultrasəs müayinə (USM), rentgen, ambulator və stasionar müalicə icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır. İmmunitet sistemi zəif olan, ürək-damar və diabet kimi ağır xroniki xəstəlikləri olan şəxslər, yaşlı insanlar, uşaqlar və hamilə qadınlar risk qrupu hesab edilirlər. Risk qrupuna daxil olan şəxslərdə qripin fəsadları daha ağır olur. Vaxtında müalicə edilmədikdə, qripin arzuolunmaz nəticələr və müxtəlif ağırlaşmalar yaratması mümkündür. Ağırlaşmalar zamanı tənəffüs yollarındakı bakteriyalar asanlıqla qana keçir və toksikoz əlamətlər yaranır. Qrip viruslarının immun sistemə mənfi təsiri nəticəsində yuxarı və aşağı tənəffüs yollarında ikincili bakterial ağırlaşmalar - stafilakok mənşəli ağciyər iltihabı (pnevmoniya: bu zaman irinli bəlğəm xaric olunur), sinusit (burun boşluqlarının iltihabı) və meningit baş verir. Bu səbəbdən, yüksək hərarət 5-7 gündən çox davam etdikdə, temperatursalıcı dərmanların təsiri olmadıqda, davamlı qusma, güclü baş ağrıları, ürək ritminin pozulması, təngnəfəslik, boğulma halları, döş qəfəsində darlıq, pnevmoniya, bronxit kimi bakterial infeksiyaların inkişafı müşahidə edildikdə təcili olaraq həkimə müraciət olunmalıdır. Ağırlaşma hallarında stasionar müalicə (xəstəxanada yatış) təyin olunur. Qripin ağırlıq dərəcəsindən asılı olaraq stasionar müalicə 3-10 gün davam edə bilər. Daha ağır hallarda bu müddət uzana bilər. “Hər bir vətəndaşımızı tövsiyələrə əməl etməyə, sosial məsuliyyətlərimizi nəzərə alaraq özümüzü və cəmiyyətimizi xəstəliklərdən qorumağa çağırırıq”, deyə məlumatda vurğulanıb. 

Qeyd edək ki, martın 18-dən 19-na keçən gecə qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə ümumilikdə 9 nəfər qəbul edilib. Bu barədə Kliniki Tibbi Mərkəzin məlumatında bildirilib. Qəbul edilən şəxslərdə əsas şikayətlər ürəkbulanma, qusma, ishal və mədə ağrıları ilə bağlı olub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabilləşdikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. 


Həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında bayram günlərində əhalinin sağlamlığına, şəxsi gigiyena və qidalanmaya xüsusi diqqət yetirməli olduğunu dedi: 


- Həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, həm də Kliniki Tibbi Mərkəzin məlumatları hər birimizdən bayram günlərində səhhətimizə qarşı, eləcə də ictimaiyyətə qarşı həssas, məsuliyyətli olmağı tələb edir. Məlumdur ki, bayram günlərində xalqımız el şənliklərinə qatılır, bayram şənliklərində iştirak edirlər, paytaxtda fəaliyyət göstərən bayram yarmarkalarına gedirlər, gəzintiyə çıxırlar. Ümumən şəhərdə, Nizami küçəsi, Fəvvarələr bağı, Dənizkənarı milli parkda sıxlıq müşahidə olunur. Gəzintiyə çıxanlar küçə satışındakı qidalardan, köşklərdə satılan müxtəlif yeyinti məhsullarından istifadə edirlər. Bəzən əllər yuyulmadan yemək yeyilir. Bunlar hamısı gigiyenik çirklənmələrə, qida zəhərlənmələrinə səbəb ola bilər. Xüsusən azyaşlıların qidalanmasına diqqət edilməlidir. Bir neçə saat açıq havada gəzdirilən uşaqlara elə küçədəcə qida təqdim etmək doğru deyil. Açıq havada satılan ərzaqlar, qida məhsulları çirklənməyə məruz qalmış ola bilər. Ola bilər, istifadə müddəti ötmüş qidalar satılsın. Bu da zəhərlənmələr, mədə-bağırsaq traktının pozulmasına gətirib çıxaracaq. Soyuq içkilər də ziyandır. Mədədə spazm yaradır. Boğazda, udlaq hissədə soyuqlamaya səbəb olur. Ümumiyyətlə, bayram  günlərində əhalimiz düzgün qidalanmağa çalışmalıdır. Milli mətbəximiz yağlı, yüksək kalorili qidalarla zəngindir. Üzərinə bir də şirniyyatları gələndə, mədə-bağırsaq pozuntuları artır. Təzyiqin, qan şəkərinin qalxıb-enməsi kimi fəsadlar baş qaldırır. Üstəlik də, Ramazan ayıdır. Axşam saatlarında iftar açılır, gərək ağır yeməklərə meyil etməsinlər. Bundan əlavə hazırda dəyişkən hava müşahidə olunur. Gah isti, gah mülayim, hətta soyuq, küləkli havalar bir-birini əvəz edir. Gəzintiyə çıxanlar, şənliklərə gedənlər bunu nəzərə almalıdır. Mövsüm dəyişikliyi zamanı yoluxucu xəstəliklərin, qrip virusunun yayılması gözləniləndir. Bu mənada Dövlət Agentliyinin xəbərdarlığı əsaslıdır. Əhali bayram günlərində sağlıq problemlərinə, səhhətinə diqqət etməli, gigiyenik qaydalara da riayət etməlidir.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Mart 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see269

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see231

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see229

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see205

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see191

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see175

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see156

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see150

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see145

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see145

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see134

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see131

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see130

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri