Dövlət başçılarının bu həftə Asiyadakı rəsmi səfərləri nəyə hesablanıb? Politoloq AÇIQLADI
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cənab Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfərinin ardından Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Yaxın Şərqə səfəri ilə bağlı məlumatlar beynəlxalq ictimaiyyətdə müxtəlif suallar doğurmağa başlayıb. Belə ki, Suriya ordusunun ölkənin bir sıra regionlarında yaşayış məntəqələrini azad etdikcə, eləcə də ölkə başçısı Əl-Şəaranın xarici səfərlərdə əldə etdiyi razılaşmalarla Yaxın Şərqin önəmli bölgəsində sabitlik bərqərar olub. Rəcəb Tayyip Ərdoğanın belə bir dövrdə bölgəyə rəsmi səfəri Yaxın Şərqə göz dikən Qərbin kürkünə bit salmağa başlayıb. Bəs həm Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Yaxın Şərqə rəsmi səfərində başlıca məqsəd nədir?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə son zamanlarda Yaxın Şərqdə öz nüfuzunu gücləndirir. Yəni, sevindirici bir haldır ki, hər iki dövlətin Yaxın Şərq siyasəti üst-üstə düşür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəldən, Yaxın Şərqdə öz mövqələrini qoruyub saxlamağa yönəlik adımlar atıb və Türkiyənin bu regionda bir aktor kimi yüksək nüfuzu var. Nəzərə olaq ki, Suriyadakı vətəndaş müharibəsinin nəticələri də Türkiyənin istədiyi kimi başa çatdı. Buraya istər kürd məsələsi, istər Əsədin hakimiyyətdən devrilməsi və Əl-Şəaranın hakimiyyətə gəlməsi və digər məsələlər daxildir:
“Hazırda Türkiyə Qəzza məsələsində də güclü şəkildə öz siyasətini həyata keçirir. Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etdikdən, torpaqlarını azad etdikdən sonra qlobal siyasi proseslərdə daha fəal şəkildə iştirak edir ki, burada da əsas məsələ, əlbəttə ki, Yaxın Şərqdə gedən proseslərlə bağlıdır və Azərbaycanın Yaxın Şərq siyasəti Türkiyənin eyniadlı siyasətiylə vəhdət təşkil edir. Yəni, iki ölkə, demək olar ki, birlikdə bu məsələlərlə bağlı irəli doğru adımlar atırlar.
Suriya siyasətiylə bağlı Azərbaycanın mövqeyi tamamilə rəsmi Ankaranın mövqeyilə uzlaşır. Qəzza məsələsiylə bağlı da rəsmi Bakı öz mövqeyini dəfələrə bəyan edib. Burada da eyni uzlaşma siyasəti var. Yəni, hətta paralel siyasət həyata keçirilir.
Birləşmiş Ərəb Əmirliklərinə Cənab Prezidentin səfəri zamanı əldə olunan razılaşmalar, keçirilən görüşlər çox mühüm əhəmiyyət kəsb edir. Birləşmiş Ərəb Əməlikləri körfəzin böyük gücüdür və Azərbaycanın bu güclə yaxınlaşması çox vacibdir. Digər bir tərəfdən isə Türkiyə Prezidentinin Yaxın Şərqə etdiyi səfərlər Türkiyənin regional nüfuzunun güclənməsinə və burada söz sahibi olmasına yol açacaq bir prosesdir. Gələcəkdə Bakı və Ankaranın Ərəb dünyası və Yaxın Şərqlə bağlı siyasəti daha da güclənəcək və bu siyasət eyni zamanda birlikdə vəhdət təşkil edərək daha güclü yerlərə bizi gətirib çıxaracaq”.
Səfər
Oxunub 54
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 04 Fevral 2026 21:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















