Icma.az
close
up
RU
Dövlət başçısı: Azərbaycan ərazisinin 96 faizi qazlaşdırılıb

Dövlət başçısı: Azərbaycan ərazisinin 96 faizi qazlaşdırılıb

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan ərazisinin 96 faizi qazlaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Prezident bildirib ki, ölkədə qazlaşdırmanın səviyyəsi ən yüksək göstəricilərdən biridir.
“Azərbaycan ərazisinin 96 faizi qazlaşdırılıb. Ölkə əhalisinin 100 faizi elektrik enerjisi və genişzolaqlı internetlə təmin olunub. Eyni zamanda, biz elektrik enerjisi ixrac edirik”, – dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, daxili tələbat baxımından, demək olar, bütün işlər görülüb və əlavə layihələrə o qədər də ehtiyac olmaya bilər.
“Dəmir yolu infrastrukturu ilə bağlı işlər də demək olar ki, başa çatıb. Doqquz beynəlxalq hava limanımız və dəniz limanlarımız var. Beləliklə, daxili infrastruktura gəldikdə, vəziyyətimiz yaxşıdır”, – Prezident deyib.
Dövlət başçısı bildirib ki, çoxmillətli maraqlara xidmət edən infrastruktur daha cəlbedici ola bilər. Onun sözlərinə görə, burada, ilk növbədə, nəqliyyat, logistika, fiziki infrastruktur, eləcə də inzibati və rəqəmsal infrastruktur nəzərdə tutulur.
“Biz çoxlu körpülər, estakadalar və gəmilər inşa edə bilərik. Lakin rəqəmsallaşma və gömrük prosedurları ilə bağlı müasir tendensiyaları lazımi qaydada nəzərə almasaq, yüklərin emalı prosesini asanlaşdırmasaq və sürətləndirməsək, rəqabətdə uduzacağıq”, – Prezident İlham Əliyev vurğulayıb.
Prezident elektrik enerjisinin ötürülməsi xətlərinin digər mühüm istiqamət olduğunu bildirib. O qeyd edib ki, bu sahədə böyük potensial mövcuddur.
“Bu gün yalnız Azərbaycan enerji mənbəyi deyil. İki ildən az müddət əvvəl Özbəkistan və Qazaxıstanla Xəzər dənizinin dibi ilə sualtı elektrik kabelinin çəkilməsi haqqında saziş imzalamışıq. Məqsəd Mərkəzi Asiyanı Azərbaycanla, daha sonra isə elektrik enerjisi vasitəsilə Avropa ilə birləşdirməkdir”, – dövlət başçısı deyib.
Prezident İlham Əliyev bildirib ki, bu layihənin həyata keçirilməsi üçün böyük həcmdə maliyyə vəsaiti tələb olunacaq.
Prezident digər mühüm layihənin artıq texniki-iqtisadi əsaslandırma mərhələsində olan Qara dəniz sualtı elektrik kabeli olduğunu qeyd edib.
“Bu kabel də Azərbaycandan Gürcüstana, oradan isə Rumıniyaya uzanacaq. Söhbət Avropanın enerji bazarına istiqamətlənən 4 giqavat gücündə layihədən gedir”, – dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev enerji saxlama sistemlərinə də ehtiyac olduğunu bildirib.
“Bütün bunlar yalnız bizim üçün deyil, daha geniş beynəlxalq əməkdaşlıq üçün də lazımdır. Düşünürəm ki, əsas maraq doğuran sahələr məhz bunlar olacaq”, – Prezident əlavə edib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Sentyabr 2026 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri